Azərbaycan Xarici İşlər Nazirliyinin rəyincə, bu, Qarabağ münaqişəsinin nizamlanması prosesinə ziyan vurur " />

Azərbaycan hökuməti Fransa nümayəndə heyətinin Dağlıq Qarabağa səfərinə etiraz edir

Azərbaycan Xarici İşlər Nazirliyinin rəyincə, bu, Qarabağ münaqişəsinin nizamlanması prosesinə ziyan vurur

Şuşa. Foto: Olesya Vartanyan

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Sent-Etyen şəhərindən olan nümayəndə heyətinin Dağlıq Qarabağa qanunsuz səfərinə etiraz əlaməti olaraq Fransanın ölkədəki səfiri Orelin Buşeyə nota təqdim edib.

Dağlıq Qarabağ Azərbaycanın qərbində tanınmamış respublikadır. 90-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında baş tutan müharibədən sonra bu ərazi Ermənistanın nəzarəti altına keçib. Münaqişə hələ də həllini tapmayıb. Azərbaycan tərəfi Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin “icazəsi olmadan” səfər edilməsini qanun pozuntusu hesab edir.

Fransızlar Dağlıq Qarabağda bir neçə gün əvvəl olub və erməni tərəfi ilə Şuşa və Sent-Etyen şəhərləri arasında dostluq qətnaməsi imzalayıblar. Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq bəyan edib ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur.

Rəsmi Bakı hesab edir ki, belə addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq səylərə və bu prosesdə bir vasitəçi kimi Fransanın nüfuzuna xələl gətirir.

Azərbaycan mütəmadi olaraq analoji səbəblə etiraz etməli olur. Ən son insident sentyabrın əvvəlində baş vermişdi – o zaman erməni mənşəli Amerika vətəndaşı Den Bilzeryanın Qarabağa səfərinə reaksiya olaraq etiraz notası ABŞ-a ünvanlanmışdı. Bunun nəticəsidir ki, Azərbaycana gəlişinə qadağa qoyulmuş şəxslərin “qara siyahısında” 700-dən çox ad var.

 


More on JAMnews