Xədicə İsmayılova yalan ittihamlarla yeddi il yarım azadlıqdan məhrum edilib, amma 2016-cı ildə şərti olaraq sərbəst buraxılıb" />

Azərbaycan hakimiyyətindən jurnalistin ölkədən çıxışına qoyulan qadağanın götürülməsi tələb edilir

Xədicə İsmayılova yalan ittihamlarla yeddi il yarım azadlıqdan məhrum edilib, amma 2016-cı ildə şərti olaraq sərbəst buraxılıb

Azərbaycan hakimiyyəti tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın səyahət qadağasını ləğv etməlidir – yanvarın 15-də “İndeks senzura”, “Sərhədsiz Reportyorlar” və “Beynəlxalq Şəffaflıq” beynəlxalq hüquq müdafiə təşkilatları bəyan edib.

İsmayılova saxta ittihamlarla 2014-cü ilin dekabrında saxlanılmış və 2015-ci ilin sentyabrında yeddi il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, 2016-cı ilin may ayında şərti olaraq sərbəst buraxılıb, lakin üç il yarımdan keçsə də hələ ölkəni tərk edə bilmir. (“Turan”)

Xədicə İsmayılova. Şəkil Əziz Kərimovundur, Ekho Kavkaza

• Siyasi məhbusların mart əfvi: bu necə baş verib?


More on JAMnews