Hökumət onların hərəsinə 6 min avro kompensasiya ödəməlidir" />

Avropa Məhkəməsi ölkədən çıxmalarına qadağa qoyulmuş on bir Azərbaycan vətəndaşının hüquqlarının pozulmasını tanıdı

Hökumət onların hərəsinə 6 min avro kompensasiya ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi ölkədən çıxışlarına qadağa qoyulmuş, yerli məhkəmələrin isə bununla bağlı şikayətlərinə baxılmasını rədd etmiş on bir Azərbaycan vətəndaşının tərəfini saxlayıb. Avropa Məhkəməsi bu insanlar barəsində Avropa İnsan Haqları Konvensiyasının iki maddəsinin (effektiv hüquqi müdafiə və hərəkət azadlığı) pozulduğunu tanıyıb və onların hər birinə mənəvi zərərə görə 5 min avro kompensasiyanın ödənilməsi barədə qərar çıxarıb. Eyni zamanda, onlar məhkəməyə çəkilən xərclərə görə hərəsi 1000 avro olmaqla kompensasiya almalıdırlar. Bu qərar ölkədən çıxma qadağasının aradan qalxması demək deyil. Lakin qərarın qüvvəyə minəcəyi vaxt – üç aydan sonra iddiaçılar yenidən Azərbaycan məhkəmələrinə müraciət edə və qadağanın aradan götürülməsinə nail olmağa cəhd edə bilərlər.

• Azərbaycanda jurnalist olmaq nə deməkdir

• Azərbaycanlı siyasi məhbusların siyahısının tarixi

İddiaçıların arasında müstəqil və müxalif jurnalistlər, hüquqşünaslar, hüquq müdafiəçiləri, həmçinin etimadını itirmiş bəzi məmurların yaxın qohumlaır var. Onların hamısının adları 2012-ci ildən 2016-cı ilə qədər olan dövrdə “stop siyahısı”na düşüb.

“Stop siyahısı” nədir və ora necə düşürlər

Bu müxtəlif səbəblər üzündəmn Azərbaycandan kənara çıxmalarına icazə verilməyən insanların siyahısıdır. Siyahı mütəmadi olaraq dəyişir. Cari siyahı ilə internetdə tanış olmaq mümkün olsa da, adəti üzrə insan ona “stop” qoyulması barədə xəbəri bilavasitə ölkədən çıxarkən, yaxud ölkəyə daxil olarkən sərhədçidən öyrənir. Misal üçün, belə bir hadisə jurnalist İzolda Ağayevanın başına gəlib. O, iki həmkarı ilə Ukraynadan qayıdan vaxt hava limanında məlumat alıblar ki, ölkədən çıxmalarına qadağa qoyulub, bundan sonra jurnalistlər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıblar və onlara peşəkar fəaliyyətləri ilə bağlı suallar verilib.

Sözügedən on bir nəfər ayrı-ayrılıqda müxtəlif vaxtlarda məhkəməyə müraciət ediblər. Digər bir neçə “ölkədən çıxa biməyən” də iddia ərizəsi ilə müraciət edib, lakin onların işləri ilə bağlı hələlik qərar verilmyib.

Azərbaycan hakimiyyəti hələlik Avropa Məhkəsinin qərarını heç cür şərh etməyib.

None found


More on JAMnews