“Xanımımım rəfiqələri” artıq yeddinci ildir ki, populyarlığını itirmir " />

Artıq tək əyləncə kimi qəbul edilməyən gürcü serialı

“Xanımımım rəfiqələri” artıq yeddinci ildir ki, populyarlığını itirmir

Populyar “Xanımımım rəfiqələri” teleserialı Gürcüstanda bütün rekordları qırıb – onu artıq səkkizinci ildir ki, çəkirlər, populyarlığını da itirmir. Gürcüstanda bir çoxlarının fikrincə, buna səbəb serialın artıq çoxdan sadəcə əyləncə kimi qəbul edilməməsindədir. Serialın ssenari müəllifi bildirir ki, personajların prototipi yoxdur, satirik olaraq düşünülən serial da kimisə tərbiyələndirmək üçün çəkilmir. Bununla belə, süjetdə Gürcüstanda cəmiyyəti adi həyatda narahat edən problemlərə toxunulur — məktəbdə bullinq, ailədə zorakılıq, LGBT-nin diskriminasiyası və s.

Ədalət naminə qətl, vətənşüvənlər, əyalətdə iş adamı

Serialın personajı olan Maka Ancaparidze uğurlu qadındır, yüksək vəzifələr tutub, o cümlədən nazir də olub. Gürcüstanda deyildiyi kimi, “yaxşı ailədəndir”. Amma yüksəkvəzifəli məmurun ailə üzvünə haqqı olmadığı imtiyazlardan istifadə etmək imkanı verməyəndən sonra mənəvi terrora məruz qalıb. Eyni şeyləri əslində son zamanlar Gürcüstansa bəzi qadınlar öz üzərində hiss edib – şəxsi həyatın gizli video görüntüsü şəbəkədə yayılıb. Maka qanuni yollarla mübarizə aparmağa çalışıb, amma nəticəsi olmayıb – ona qarşı çıxan adam məhkəməni, şahidləri və hətta vəkili pulla ələ alıb və ya qorxudub. Qadın da özü ədaləti bərpa etmək qərarına gəlir və videonu sifariş edən adamı qətlə yetirir.

“Xanımımın rəfiqələri”nin birinci seriyası 2011-ci ildə çıxıb. Burada yaxın, amma çox fərqli rəfiqələrin – feminist Tina, yelbeyin boşanmış qadın Kato və evdar qadın Ninanın həyatından bəhs edilir.

Serialın ssenari müəllifi Keti Devdariani deyir ki, bu, qadınların kişilərin gözü ilə çox vaxt düz görmədiyi hekayələri olmalı idi. Buna görə də “Xanımımın rəfiqələri” adı ideyası yaranıb. Serialın janrını ssenari müəllifi “satira və tragikomediya” kimi xarakterizə edir.

Ukraynalılar hakimiyyəti ələ saldı

Çernobıl biznes kimi

Müharibə haqqında abxaz kinosu — icmal

Əvvəldən süjet adi Gürcüstan sakinləri üçün səciyyəvi olan ən müxtəlif həyat situasiyalarına düşən bir neçə ailənin hekayələri ətrafında cərəyan edib. Özü də ildən ilə vəziyyətlər və problemlər dəyişib – əsl həyatdakı kimi.  

Sonra da süjetdə həqiqətə az uyan siyasət də peyda oldu – daha çox parodiya, qrotesk şəklində. Serialda rəqiblərlə amansız mübarizə aparan iş adamları, elitanı keçməyə çalışan əyalət adamları da var. Başqalarına yuxarıdan baxan, yadları öz əhatəsinə buraxmayan “elit” ailələr də.   

Əvvəldən cəmi üç-dörd mövsüm çəkmək planlaşdırılırdı. Amma teleserial artıq səkkizinci ildir ki, populyarlığını itirmir. Süjeti istənilən yaş dövrünə aid tamaşaçılara maraqlı olan çox sayda məsələyə toxunur.  

Lideri populist siyasətçi Sotne Tsotaşvili olan fraksiya “Vətənşüvənlər” adlanır. Uğursuz siyasətçi karyerasından sonra o əvvəlcə müğənni, sonra da keşiş olur. Parlamentə namizədliyini irəli sürmək istəyən gənc iş adamı Bakar Orjonikidze ilə həyat təcrübəsini paylaşır.
Qərbu Gürcüstanda kasıb kənddə böyüyən Bakar indi sahib olduğu şeyləri əvvəllər yəqin ancaq yuxusunda görmüşdü – milyonluq var-dövlət və ətrafdakıların ondan qorxusu. Amma hələ ki, cəmiyyətdə əsl hörmət sahibi deyil və bu, onu incidir. Bakar seçkilərdə qalib gəlmək üçün piar və marketinq üzrə mütəxəssislər tutub. Hətta onun yeni imicinə yaraşmayan həyat yoldaşını xaricə göndərərək, özünə başqa qadın axtarmağa başlayır.   

Oliqarx serialın qəhrəmanıdır?

Bakarın əsli, sürətlə varlanması və Nitşe fəlsəfəsinə sevgisindən dolayı tamaşaçıların bir hissəsi hesab edib ki, onun prototipi ölkənin qeyri-rəsmi hökmdarı, keçmiş baş nazir Bidzina İvanişvilidir. İstisna deyil ki, İvanişvilinin özü də belə düşünür. Hər halda gürcü seriallarının keyfiyyətini açıq şəkildə tənqid edib. Amma gürcü serialları o qədər də çox deyil və onların arasında ən populyar olanı məhz “Rəfiqələr”dir.

Ssenari müəllifi Keti Devdarianidən tez-tez soruşurlar ki, qəhrəmanlarının prototipləri varmı. O da cavab verir ki, heç bir personajı konkret adamı təcəssüm etmir.

“Bəzi personajların bir yığım prototipi var, bəziləri trend və ya trendlər yığımını təcəssüm etdirir, bəziləri isə sadəcə kiməsə oxşayır. Konkret bir adam, onun xarakterini götürüb, bundan personaj yaratmaq – bu, işləmir”, – ssenari müəllifi deyir.

Sevdiyi personajı göstərməkdə çətinlik çəkir. Keti deyir ki, hamısına da eyni enerji və vaxt ayırır: “Onlar mənim üçün övlad kimidir”.

“Gördüyümü yazıram”


Serialın qəhrəmanı evindən qovulan transgender qadın Ninodur. Dostları olmayıb, qonşular məsxərəyə qoyub. Ölkəni tərk etmək üçün sənəd və pul toplaya biləndə də onu öldürürlər. Ninonu dəstəkləyən yeganə qadıb qonşusu Neliko oldu.

 

Neliko serialın ən mərhəmətli və tamaçaşıların ən çox sevgisini qazanan personajlardan biridir. Ona xərçəng diaqnozu qoyublar, amma sağalıb, indi də eyni xəstəliyə tutulan Ninaya məsləhətlər verir. Nina və Nelikonun həyat hekayələri onkoloji xəstələrin nələr hiss etdiyini, dəstəyə nə qədər böyük ehtiyacları olduğunu, amma bəzən hətta dəstəyin də bezdirici olduğunu və narahatlıq verə bidiyini göstərir. Teleserialda çox sayda aktual problem olduğundan tamaşaçı gözləyir ki, o, bütün mühüm məsələlərə reaksiya verməlidir.

“Çox vaxt serialdan gözləntilər informasiya buraxılışından olan gözləntilər kimidir – yənu niyə bu və ya başqa mövzunu işıqlandırmırsız… Axı bu, serialdır, mənim də aktual problemlərdən danışmaq kimi öhdəliyim yoxdur. Amma serial həyat haqqında olduğu üçün aktual həyat mövzuları bizim üçün maraqlı olur, mən də gördüklərim barədə yazmğa çalışıram”, – Keti Devdariani deyir.

Filosof, İliya adına Dövlət Universitetinin rektoru Qiqa Zedaniya da serialın mütləq reallığı əks etdirməli olması fikrini bölüşmür.

“Bu serialın rəqibləri ona görə yoxdur ki, burada heç bir yerdə olmadığı kimi bizim kollektiv hiss, həyacan və fantaziyalarımız əks olunub”, – o deyir.

Xanımımın rəfiqələri” serialının çəkilişləri. Foto: David  Pipia, JAMnews

Bundan başqa, filosof süjetin əvvəldən personajların şəxsi həyatı ətrafında qurulmasını, bir qədər sonra dəyişməsi və siyasətin də daxil edilməsini vacib sayır.

“Ola bilsin, buna bir çox başqa səbəblər olub, amma bu dəyişiklik rəmzi olaraq Gürcüstanda insanların özəl həyatının siyasətlə necə sıx bağlı olduğunu göstərdi”, – Qiqa Zedaniya deyir.  

Ədəbi tənqidçi Zaal Andronikaşvilinin sözlərinə görə, serial mədəniyyət hadisəsi oldu.

“Ola bilsin ki, bu, Gürcüstan televiziyası, kino və ədəbiyyatında bütövlükdə müasir Gürcüstanı əks etdirə bilən yeganə məhsuldur”, – deyə o qeyd edir.

Treninqlər və seminarlar əvəzinə serial


Ceko serialın getdiyi səkkiz il ərzində yeniyetməyə çevrilən uşaqdır. Bu dövr ərzində o, Gürcüstanda yeniyetmələrin  qarşılaşdığı çox sayda çətinliklərdən keçib. Bunların arasında bullinq də olub. Yuxarı sinif şagirdləri onu sıxışdırırdı, amma uşaq valideynləri ilə bu haqda danışa bilmirdi. Ceko problemi internetdən tapdığı daha böyük yaşlı dostlarının köməyi ilə həll etməyə çalışır, amma bir nəticə əldə edə bilmir. Axırda onun köməyinə babası gəlir.

Psixoloq Maya Tsiramua deyir ki, bullinq haqqında serialara görə, ssenari müəllifinə şəxsən təşəkkür edib. Belə ki, bu mövzuda cəmiyyətin məlumatlandırılması üçün mütəxəssislər çox sayda təlim və seminat təşkil edərək, illər və böyük zəhmət sərf edir.  

“Bullinqi necə üzə çıxarmalı, hansı formaları daha çox yayılıb, bullinqə məruz qalan və bullinq edən uşaq özünü necə aparır. Serialda bu məsələlər psixloji dəqiqliklə əks olunub”, – psixoloq deyir.

Tsiramua bildirir ki, onun təcrübəsində çox vaxt insanlar bullinq qurbanlarına laqeyd yanaşır. Amma serial cəmiyyətdə epmatiya yaratmağa nail olub. O hesab edir ki, problemli mövzuları cəmiyyətə bu bu şəkildə göstərmək yüksək vətəndaş məsuliyyətindən xəbər verir.

“Xanımımın rəfiqələri” serialının çəkilişindən.  Foto: David Pipia. JAMnews 

Tamaşaçı “səhv” reaksiya verəndə

Psixoloq həm də serialın tamaşaçıların gözləntilərini “doğrultmadığı” halı da yadına salır. Söhbət əri tərəfindən xəyanətə və zorakılığa məruz qalan, çox vaxt rəfiqələri ilə görüşməyə icazə verməyən evdar xanım Ketidən gedir. Keti başqa bir kişini sevir və bu sosial şəbəkə istifadəçiləri arasında coşqun reaksiyaya səbəb olur.  

“İnsanlar onun nə vaxt qətlə yetiriləcəyini gözləyirdi. Bu femisidin ictimai sifarişi idi. Bu mənim üçün çox təhlükəli və çox pis siqnal idi. Tamaşaçılar qadının hekayəsini bilə-bilə bunu tələb edirdi”, – Maya Tsiramua deyir.

Tamaşaçıların gözləntiləri doğrulmadı – qətl baş vermədi. Psixoloq cəmiyyətin “əks” reaksiyasına nümunə olaraq gənclərdən ibarət olan iki küçə dəstəsinin qarşıdurmasından bəhs edən epizodları gətirir. Maya Tsiramua hesab edir ki, serialın gülüş hədəfinə cevirdiyi “qanqster”lərin karikatur obrazları əslində tamaşaçıların bir qismində simpatiya yaratdı.  

“Mən hesab edirəm ki, serial cəmiyyətin necə dəyişməsi, ən yaralı yerlərimizi aşkarlamaq, cəmiyyətin hansı mövzulara biganə olduğunu müəyyən etmək üçün sosioloq və psixoloqlar üçün ən yaxşı vasitədir”, – deyə o bildirir.

Qiqa Zedaniya tamaşaçıların satiraya “əks” reaksiyasına daha bir nümunə gətirir. O hesab edir ki, bir çox tamaşaçıların gözündə elit Tbilisi rayonu Vakedə serialda gülüş hədəfi olan həyat tərzi tamaşaçılar üçün daha cəlbedici oldu.  

“Hər bir mürəkkəb bədii əsər kimi serial da proqramlaşdırılmış effekt verə bilməz. Bəzi şeylər var ki, onları əvvəldən bilirik, məsələn, əzilənlərin şəfqət hissi yaradacağını. Amma paradoksaldır ki, tamaşaçılar müəlliflərin parodiya kimi yaratdığı personajlara da rəğbətlə yanaşır”, – filosof deyir.

“Xanımımın rəfiqələri” serialının çəkilişindən.  Foto: David Pipia. JAMnews 

Tərbiyə etmək deyil, düşünməyə vadar etmək

Serialın ssenari müəllifi qeyd edir ki, ona serialdan sonra insanların məsələlərə fərqli baxdığını dəfələrlə deyiblər. Onun fikrincə, serialın qaldırdığı mövzular adamlara yaxındır, əks halda on beş mövsüm olmazdı.

“Serial kimisə düzəldə və ya yolundan çıxara bilən məhsul deyil. Buna görə də onun üzərinə bu məsuliyyəti qoymaq yəqin ki, düzgün olmazdı. Amma sabah mən mağazada kiminləsə qarşılaşa və qərarlarımı dəyişəcək nəsə öyrənə bilərəm. Serial da belədir – o, kimin üçünsə nəyisə dəyişməyə səbəb ola bilər. Onun mənəvi və ya tərbiyələndirici funksiyası yoxdur, bunu istəmirəm də”, – Keti Devdariani deyir.

Mütəxəssislər həmfikirdir ki, serial artıq təkcə əyləncə janrının çərçivələrindən kənara çıxıb.

“Xanımımın rəfiqələri” serialı təkcə mühüm mövzulara toxunmur, həm də açıq debatlarda nadir hallarda müzakirə olunan məsələlər üzrə diskussiyalar təklif edir”, – bədii tənqidçi Zaal Andronikaşvili deyir.

Serial nə qədər davam edəcək və nə ilə bitəcəyi məlumdurmu? Bu sualın cavabında Keti Devdariani deyir ki, seriala həyat kimi baxır:

“Həyatımın nə ilə nəticələnəcəyini 100 faiz bilmirəm. Serial prosesdir, hər şey də hadisələrin necə cərəyan edəcəyindən asılıdır”.

“Mediaşəbəkə”nin dəstəyi ilə

More on JAMnews