Müharibə haqda abxaz filmi - icmal
Abxaziyada iyirmi ildən çoxdur ki, yerli rejissorlardan heç kim müharibə və post-müharibə mövzusunda psixoloji kino çəkmir. Məsələ heç də maliyyə çatışmazlığında deyil. Rejissorlar dəfələrlə bildiriblər ki, bu mövzuya müraciət etmək üçün zaman lazımdır, müharibənin həmişə səbəb olduğu sarsıntını dərk etmək gərəkdir.
Amma son bir neçə ildə Abxaziyada belə filmlər ərsəyə gəlməyə başlayıb. Biz onlardan bir neçəsinin icmalını təqdim edirik.
A
bxaziyada ilk belə cəhd 2013-cü ildə olub, bu zaman rejissor Ada Kviraya müharibədən sonra real həyata qayıda bilməyənlər haqqında “Kürənin üstündəki qız” sənədli filmini çəkdi.
“Şar üzərində qız” filmi 2013-cü ildə ekranlara çıxıb, müharibədən sonra adi həyatda rastlaşa bilməyən insanlardan bəhs edir. Bütün film beləcə də qurulub – çox sayda qəhrəman var, dəqiq süjet xətti isə yoxdur, sadəcə Suxumun sahilyanı ərazisində baş verən müxtəlif hekayələrin bir-birinin ardınca düzülməsindən ibarətdir.
N
övbəti il isə gənc rejissor İlona Xvartskiya qısametrajlı “Zəfər” bədii filmini çəkdi.
Filmdə 1992-1993-cü illərdə Gürcüstan-Abxaziya müharibəsinin ilk günlərindən bəhs edilir.
Filmin baş qəhrəmanı Zəfərin yeganə oğlu həbsxanadadır. Heç kimin ona uşağını cəzadan xilas etməyə, ya da heç olmasa cəzasını yumşaltmağa kömək etmədiyi üçün hər kəsə küskünlüyü Zəfəri çox bədbəxt, həyatının son günlərini bütün dünyaya qarşı qəzəb və nifrətlə yaşayan qocaya çevirib.
Tək qalan Zəfər hər gün qonşuluqdakı böyük ailənin xoşbəxt həyatını müşahidə edir. Gürcü qoşunları kəndə girənə qədər qonşusu ailəsi ilə birlikdə Suxuma gedir, evinin açarını isə Zəfərə verir. Tamam tənhalaşan Zəfər qonşu evə girərək, buradakı əşyaları uzun-uzadı nəzərdən keçirir, onlara toxunur, qonşunun pencəyini geyinir, özgənin boşqabından yemək yeyir, çaxırını içir. Uzun müddət içində saxladığı qibtə hissi nəhayət ki, üzə çıxır.
Sonra isə Zəfər təsadüfən tapdığı məktubdan öyrənir ki, sən demə, qonşusu onun oğlunun işi ilə bağlı maraqlanıb, hətta prokurora rüşvət də göndərib, amma naməlum səbəb üzündən məsələni həll etmək mümkün olmayıb. Bu öyrəndikləri Zəfər üçün tam gözlənilməz olur. Axı bu vaxta qədər o bütün dünyada heç kimin onun faciəsi ilə maraqlanmadığını düşünürdü. Bu məktub isə hər şeyi dəyişdi. Bir qədər sonra iki gənc qvardiyaçı həmin qonşu evə soxulanda, Zəfər onların əmlakını qorumaq istəyir və kürəyindən güllələnir.
“Zəfər kinosu Suxumda keçirilən kino festivalda (müharibə mövzusunda çoxsayda digər kinolar arasında) qran-pri mükafatına layiq görülür, bir qədər sonra da Sardiniyadakı “SGUARDI VISIONI STORIE 2014″ kino festivalının laureatı olur.
İlona Xvarskayanı tanınmış abxaz rejissoru Vyaçeslav Ablotiya təbrik edir
D
igər bir abxaz rejissoru Naur Qarmeliyanın “Körpü” debüt filmi müharibədən sonrakı ilk illərdə boş qalmış abxaz kəndində ata və azyaşlı uşaqdan ibarət ailənin həyat hekayəsindən bəhs edir.
Filmin süjeti belədir:
Ata təkbaşına azyaşlı oğlunu böyüdür. Onlar torpaq sahəsində işləyir, mal-qara saxlayırlar. Vaxtaşırı oğlan Suxumdakı bazara pendir aparıb, alverçilərə satır.
Paytaxta aparan yol macəralarla doludur, bunlardan biri də sınıq-salxaq asma körpüdən keçməkdir. Şəhərə növbəti səfərindən qayıdanda oğlan ürək tutmasından vəfat edən atasının meyitini tapır. Bütün gecəni oğlan atasının meyitini kənddəki atılmış feldşer məntəqəsinə sürüyüb gətirməyə çalışır.
Resenziyalarda yazıldığına görə, bu oğlan müharibədən sonrakı ilk illərdə Abxaziyadakı maddi və mental dağıntılar fonunda yeganə pozitivdir.
“Körpü” filmi artıq Xantı-Mansiyskdə keçirilən “Tunc tayqa kino debütləri” festivalında mükafata layiq görülüb. Bu tammetrajlı film “Lenfilm” kinostudiyasında çəkilib.
M
üharibədən sonrakı həyat haqda daha bir hekayə – Sankt-Peterburq Kino və Televiziya UUniverssitetinin məzunu İnara Narmaniyanın diplom isi. Film “Orada Mişa uzanıb” adlanır.
Bu, 1991-1992-ci illər gürcü-abxaz münaqişəsi zamanı iki od arasında qalan Suxum yunanı haqda hekayədir.
2016-cı ildə filmi Suxumda təqdim edən zaman Narmaniya bildirib ki, bu hekayə tam müəllif hekayəsir və qəhrəmanın heç bir prototipi yoxdur, amma film bir çox insanların başına gələnlərdən, o cümlədən də hadisələrin basqısı altında onların xarakterlərinin necə dəyişməsi, müharibədən uzaqlaşma haqda bəhs edir.