Pavel Ardzinbanın Aleksandr Ankvaba qarşı sayca altıncı sui-qəsdlə əlaqəli olduğu güman edilir " />

Abxaziyanın keçmiş prezidentinə sui-qəsddə ittiham olunan şəxs hakimiyyətə təslim olub

Pavel Ardzinbanın Aleksandr Ankvaba qarşı sayca altıncı sui-qəsdlə əlaqəli olduğu güman edilir

2012-ci ildən axtarışda olan iş adamı Pavel Ardzinba baş prokurorluğa könüllü surətdə təslim olub, ona qiyabi şəkildə artıq Abxaziyanın keçmiş prezidenti olan Aleksandr Ankvaba qarşı sui-qəsdin təşkil ittihamı irəli sürülmüşdü.

Prokurorluğun mətbuat xidmətinin bildirdiyiniə görə, elə həmin gün, sentyabrın 26-da Ardzinbanı dindirdilər və hazırda o, Abxaziya DİN-nin müvəqqəti saxlanma təcridxanasındadır.

Ardzinbanın özünün dediyinə görə, o, Aleksandr Ankvaba qarşı 22 fevral 2012-ci il tarixində Qudautun çıxışında baş tutan sayca altıncı sui-qəsdlə əlaqəlidir. Prezident kortejinə açılan atəş nəticəsində Ankvab zərər çəkməsədə də onun iki cangüdəni yaralandı.  

İki ay sonra istintaq orqanları cinayətin üstünün açıldığını elan etdilər. Həm də bəyan edildi ki, sui-qəsddə hələ 2007-ci ildə yaradılan və Aleksandr Ankvaba qarşı təşkil olunan bir neçə əvvəlki sui-qəsdlə birbaşa əlaqəsi olan cinayətkar qrup günahkar bilinir.  

Qrupun on üzvünə qarşı ittihamlar irəli sürülüb. Onlardan biri keçmiş daxili işlər naziri Almasbey Kçaç saxlanma zamanı intihar edib, daha biri təcridxanada özünü asıb. Həmin iş üzrə daha iki müttəhim Pavel Ardzinba və Ruşbey Barsisa qaçıb gizlənə biliblər.

2013-cü ildə başlanan məhkəmə prosesi dörd il sürdü. Nəticədə cinayətkar qrupun üzvləri müxtəlif müddətlərə həbs olundular – 13 ildən 20 ilə qədər. O vaxt Ali Məhkəmə Pavel Ardzinbaya hökm elan etmədi və bunu onunla izah etdi ki,  Ardzinba axtarışdadır. Onun işi ayrıca məhkəmə icraatına keçirildi.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır


More on JAMnews