Hökumət başçısının olduğu avtomobil Qaqra şəhəri yaxınlığında qarşı zolaqdan gələn avtomobillə toqquşub və küvetə yuvarlanıb" />

Abxaziyanın baş naziri Gennadi Qaquliya qəzada həlak olub

Hökumət başçısının olduğu avtomobil Qaqra şəhəri yaxınlığında qarşı zolaqdan gələn avtomobillə toqquşub və küvetə yuvarlanıb

Abxaziyanın baş naziri Gennadi Qaquliya qəzada həlak olub.

Faciə sentyabrın 8-də saat 23:10-da Qudaut rayonu ərazisində baş verib. Qaquliya Suriyaya iş səfərindən qayıdırmış. Baş nazirin avtomobili hökumət korteji ilə Rusiyanın Soçi şəhərindəki aeroportdan Suxuma gəlirmiş

Abxaziya DİN-dən bildirilib ki, daha iki nəfər xəsarət oalıb. Baş nazir xəstəxanaya aparılarkən yolda keçinib.

Abxaziya DİN-in verdiyi məlumata görə, baş nazirin də içində olduğu avtomobil qarşı zolağa çıxan minik avtomobili ilə toqquşub və küvetə yuvarlanıb.

Foto: Sariya Kvaratsxeliya

Foto: Sariya Kvaratsxeliya

• Gennadi Qaquliyanın 70 yaşı vardı. O, Abxaziya Nazirlər Kabinetinə 1995-1997-ci və 2002-2003-cü illərdə rəhbərlik edib, 2018-ci il aprelin 25-də yenidən bu vəzifəyə qayıdıb

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır
Facebook Comments

More on JAMnews