Müxalifətin əsas tələbi 2019-cu ilin sentyabrında keçirilən prezidenti seçkilərini qeyri-legitim elan edib, yeni seçkilərin təyin olunmasıdır " />

Abxaziyada minlərlə müxalifət tərəfdarı prezident sarayına hücum edib

Müxalifətin əsas tələbi 2019-cu ilin sentyabrında keçirilən prezidenti seçkilərini qeyri-legitim elan edib, yeni seçkilərin təyin olunmasıdır

Yanvarın 9-da minə yaxın müxalifət tərəfdarı Abxaziyada prezident sarayını mühasirəyə alıb, binanın qapılarını sındırıb, içəri hücum ediblər.

Posted by Низфа Аршба on ხუთშაბათი, 09 იანვარი, 2020

Bir neçə lokal toqquşma baş verib. Verilən məlumatlara əsasən, prezident saray binasında olmayıb.

Müxalifətin əsas tələbi – 2019-cu il 8 sentyabrda baş tutan və Raul Xajimbanın yenidən qalib elan olunduğu prezident seçkilərinin nəticələrinin qeyri-legitim elan olunmasıdır.

Müxalifıtin əsas arqumenti – Xajimbaikinci turda rəqibindən daha çox səs toplayıb, amma bütün səslərin cəmi 47 faizini, halbuki qalib olmaq üçün qanuna əsasən, bütün 50 faiz +1 səs toplamalı idi. 

Müxalifət yeni prezident seçkilərinin elan olunmasını tələb edir. bu məsələ ilə bağlı yekun qərar yanvarın 9-da Ali Məhkəmənin kassasiya instansiyasında qəbul olunmalı idi. Elə bu iclas prezident sarayına hücum üçün əsas olub.

Amma müxalifətin etirazına əsasən məhkəmə hakimlərdən birinin – Roman Kvarçiyanın namizədliyini ləğv edəndən sonra iclas təxirə salınıb. Müxalifət onu maraqlı şəxs hesab edib, çünki onun da namizədliyi digər hakimlərin sırasında prezident tərəfindən irəli sürülüb.

İndi iki ay müddətində kassasiya instansiyasının yeni tərkibi formalaşmalıdır, bundan sonra müxalifətin prezident seçkilərininetibarsız sayılması və yeni prezident seçkilərinin təyin olunması ilə bağlı iddiasına bağılmalıdır.

“Aytayra” müxalif partiyası (lideri nüfuzlu siyasətçi, Abxaziyanın eks-prezidenti Aleksandr Ankvabdır) prezident Raul Xajimbanı gərgin vəziyyəti yumşaltmaq üçün istefaya getməyə çağırıb.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews