Bu, kütləvi etirazlar, müxalifətin prezident administrasiyasına hücum edərək ələ keçirməsi və Ali Məhkəmənin prezidentin vəzifədən kənarlaşdırılması haqda qərarından sonra baş verib" />

Abxaziya prezidenti istefaya getməyə razılaşıb, yeni prezident seçkiləri martın 22-ə təyin olunub

Bu, kütləvi etirazlar, müxalifətin prezident administrasiyasına hücum edərək ələ keçirməsi və Ali Məhkəmənin prezidentin vəzifədən kənarlaşdırılması haqda qərarından sonra baş verib

Abxaziya prezidenti Raul Xajimba müxalifətin yanvarın 8-dən başlanan kütləvi etirazlarının təzyiqi altında istefa ərizəsi imzalayıb.

Buna qədər parlament belə bir qətnamə qəbul etmişdi, daha sonra isə Ali Məhkəmə onun vəzifədən kənarlaşdırılması haqda qərarı təsdiqləmişdi. Yanvarın 11-də Mərkəzi Seçki Komissiyası yeni seçki gününün martın 22-ə təyin edildiyini açıqlamışdı.    

Amma Raul Xajimba vəzifəsini tərk etməkdən imtina etmiş və qarşılıqlı məhkəmə iddiası qaldıracağını bildirmişdi. Prezidentin çevrəsindən martda yeni prezident seçilənə qədər Xajimbanın öz səlahiyyətlərini davam etdirməsi ilə bağlı da təkliflər səslənmişdi.

Yanvarın 12-i axşam saatlarında müxalifətin minə yaxın tərəfdaşı Suxumda prezident iqamətgahı önünə toplaşıb. Etirazçıların bir qismi oraya prezident administrasiyasının binasından piyada, çoxları isə maşınla gəlib. Bu iki bina bir-birindən təxminən dörd kilometrlik məsafədə yerləşir.

Etirazçılar Raul Xajimbanın dərhal istefaya getməsini tələb ediblər. Bir müddət sonra prezident bildirib ki, müxalifət dağılışacağı təqdirdə istefa ərizəsini imzalayacaq. Toplaşanlar onun bu təklifini aqressiv qarşılayıblar. Daha on dəqiqə keçəndən sonra məlum olub ki, Raul Xajimba istefa ərizəsini imzalayıb.

Abxaziyada nələr baş verir?

Birləşmiş müxalifət 2019-cu il sentyabrın 8-də baş tutan son prezident seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edirdi. O vaxt hazırkı prezident Raul Xajimba ikinci turda az üstünlüklə yenidən qəələbə qazanmışdı. 

Amma müxalifət bu qələbəni qanunsuz hesab edir. Xajimba yalnız 47 faiz səs toplayıb, halbuki qanuna əsasən, bütün səs verənlərin 50 faiz +1 səsini toplayan şəxs qalib hesab oluna bilər.

Siyasi böhran yanvarın 9-dan başlayıb. Müxalifətin minə yaxın tərəfdarı əvvəlcə prezident sarayını mühasirəyə alıblar, daha sonra isə hücumla ələ keçiriblər.

Yanvarın 10-da parlament etirazçıları dəstəkləyib və hazırkı prezidentə istefaya getmək təklifini əks etdirən qətnamə qəbul edib. Bütün bu müddət ərzində alternativ iqamətgahda – “dövlət bağında” olan prezident bu təklifi rədd edib və bildirib ki, müxalifətlə dialoqa hazırdır.

Amma müxalifət dialoqdan imtina edib, etirazçılar bildiriblər ki, Xajimba istefa verənə qədər prezident administrasiyasını tərk etməyəcəklər.

Nəticədə yanvarın 10-da Ali Məhkəmə müxalifətin tərəfini tutaraq, prezidentin vəzifədən kənarlaşdırılması və yeni seçkilərin təyin olunması haqda qərar qəbul edib.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews