Ədalət məhkəməsi, seçkilər, Anakliya limanı – bu məsələlər Tbilisidə daha çox diqqət cəlb edib" />

ABŞ dövlət katibinin Gürcüstan hakimiyyətinə ismarıcları

Ədalət məhkəməsi, seçkilər, Anakliya limanı – bu məsələlər Tbilisidə daha çox diqqət cəlb edib

Gürcüstanln baş naziri Mamuka Baxtadze iyunun 11-də Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. Görüşün yekununda Pompeo Gürcüstana dəstəyini ifadə edib və Gürcüstanda demokratik proseslərə və həmçinin Anakliya limanı layihəsinə dair bir neçə vacib bəyanatla çıxış edib. Mayk Pompeonun Gürcüstan hakimiyyətinə əsas ismarıclarını və Tbilisidə buna verilən reaksiyanı təqdim edirik.

NATO, Rusiya, hərbi dəstək

 “NATO-ya üzvlük yolunda sizin hər zaman ABŞ tərəfindən dəstəyiniz olacaq”.

– “Gürcüstan öz ərazi bütövlüyü uğrunda Rusiya işğalı ilə, Rusiyanın qanunsuz olaraq ərazilərini işğal etməsi ilə atəşkəs haqqında razılaşmanın pozulması fonunda mübarizə aparırdı”.

— “Rusiyanın düşmən münasibəti bizim Gürcüstanın müdafiə qabiliyyəti proqramına hərbi dəstəyimizlə öyünməyimizin daha bir səbəbidir”. Onun sözlərinə görə, Amerika canlı qüvvənin hazırlanmasında və təchizatda Gürcüstana hərbi dəstəyini davam etdirəcək ki, bu da Gürcüstana öz ərazilərinin müdafiəsində yardımçı olacaq.

“Az qala bir əsr ərzində sovet işğalı şəraitində olmuş Gürcüstanın müstəqil dövlət kimi hazırkı inkişafı göstərir ki, ölkə düzgün yoldadır”.

Ədalət məhkəməsi, seçkilər və Anakliya limanı layihəsi

Pompeonun bəyanatının Gürcüstanda böyük maraq doğurmuş hissəsi:

– «Biz Gürcüstanda ədalət məhkəməsi sisteminin təkmilləşdirilməsini və azad və ədalətli seçkilərin təmin edilməsi prosesini dəstəkləyirik».

— «Baş nazirlə biz Gürcüstan parlamenti tərəindən qanunun aliliyinin təmin edilməsi və hökumət strukturları tərəfindən əhaliyə verilmiş vədlərin yerinə yetirilməsi məsələlərini müzakirə etdik».

— «Mən ümidvar olduğumu bildirdim ki, Gürcüstan layihənin (dərinsulu Anakliya limanı) həyata keçirilməsini yekunlaşdıracaq. Layihənin gerçəkləşdirilməsi Gürcüstana azad iqtisadiyyatlarla əlaqələri möhkəmləndirməyə imkan yaradacaq və imkan verməyəcək ki, Gürcüstan Rusiya, yaxud Çinin iqtisadi təsiri altında qalsın».

Hakimiyyətin reaksiyası

—  «Görüşdə dövlət katibi demokratik institutların möhkəmləndirilməsi məqsədilə Gürcüstan hakimiyyətinin həyata keçirdiyi islahatlar haqqında yalnız müsbət tonda danışıb», — xarici işlər naziri David Zalkaliani bildirib.

— «Hakimiyyətin məhkəmə qolunda həll edilməli məsələlər var və məhz buna görə biz islahatların dördüncü dalğasının həyata keçirilməsinə başlamışı və islahatların bu hissəsini uğurla başa vurduq… Biz tərəfdaşlarımızın bütün tövsiyələrini nəzərə almağa hazırıq», — parlamentin sədri İrakli Kobaxidze deyib.

— «Biz Anakliyadakı liman layihəsini tamamilə dəstəkləyirik. Biz öhdəliklərimizi yerinə yetiririk, bundan əlavə, konkorsium üzvlərinə onların öhdəliklərinin yerinə yetirilməsində kömək edirik», — baş nazir Mamuka Baxtadze bildirib.

Anakliyada Gürcüstanda ilk dərinsulu limanın tikintisi layihəsini “Anakliya inkişa konsorsiumu” həyata keçirir.|

 

“Anakliya konsorsiumu”nun həmtəsisçisi – “TBC group”un rəhbəri Mamuka azaradzenin hakimiyyətlə problemləri yarandıqdan sonra layihənin gerçəkləşdirilməsində çətinliklər yarandı. Bu səbəbdən də bu günə kimi Gürcüstan hökuməti ilə saziş imzalanmayıb ki, bu da xarici investorların layihəyə 400 milyon dollar sərmayə yatırması üçün əsas ön şərtdir.

 

Ekspertlərin fikrincə, Anakliya layihəsi Gürcüstanda həyata keçirilən ən vacib layihədir.  Onlardan bəziləri əhəımiyyətinə görə bu layihəni Eduard Şevardnadze dövrünün Bakı-Tbilisi-Cethan neft kəməri ilə eyni sıraya qoyurlar.

 

ABŞ layihənin uğurla həyata keçirilməsində maraqlıdır. Bu layihədə xeyli özəl Amerika investisiyası iştirak edir.

 

Gürcüstan üçün bu, çox vacib infrastruktur layihəsidir ki, yüklərin Mərkəzi Asiyaya və Avropaya və əksinə daşınmasına imkanlar açır. Anakliya limanı Türkiyənin və regionun digər ölkələrinin limanları ilə uğurla rəqabət apara bilər.

 

Ümumilikdə, layihəyə yatırılan investisiyaların məbləği 2,5 milyard dollar təşkil edəcək. 

Müxalifət və qeyri-hökumət sektoru

– «İsmarıclar çox təhlükəlidir. Dövlət katibinin bunu hamının gözü qarşısında etməyə qərar verməsi yalnız onu göztərir ki, bu ismarıclara Gürcüstan hakimiyyəti son vaxtlara qədər əhəmiyyət verməyib», — müxalifətçi “Milli hərəkat”dan deputat olan Salome Samadaşvili belə hesab edir.

– «Bəyanatlar çox narahatlıq yaradır. Xüsusilə ədalət məhkəməsinə və demokratiyaya aid olanlar. Bu, bütün ölkənin fəaliyyətinə aiddir və ona işarədir ki, İvanişvili hakimiyyəti 2020-ci ildə demokratik seçkilər keçirməyə borcludur», — “Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava bildirib.

– «Biz mütləq ədalət məhkəməsi sistemi ilə məşğul olmalıyıq. Demokratik və azad seçkilər keçirməliyik. Biz Anakliyanı tikməli və burada problemlər yaratmamalıyıq… Aydın məsələdir ki, dövlət katibinin bütün iradları diqqətə alınmalı və nail olunmalıdır ki, dövlət onlara diqqətlə yanaşmalı, bu sahədə heç bir sualın qalmamasına nail olmalıdır», — “Gürcüstanın beynəlxalq şəffaflığı” qeyri-hökumət təşkilatının icraçı direktoru Eka Giqauri bildirib.


More on JAMnews