Milli və seksual azlıqları təmsil edən rekord sayda qadın Amerika siyasətinə qatılıb" />

ABŞ-da seçkilər: seçicilər yeni nəsil siyasətçilərin lehinə, Trampın əleyhinədir

Milli və seksual azlıqları təmsil edən rekord sayda qadın Amerika siyasətinə qatılıb

Noyabrın 6-da ABŞ-da müxtəlif səviyyələrdə seçkilər baş tutub. Onlardan ən mühümü Konqressə keçirilən ara seçkilərdir ki, onun nəticələrinə uyğun olaraq Yuxarı Palatanın üçdə biri, Aşağı Palata isə bütünlükdə yenilənir.

Seçkilərin əsas nəticəsi ondan ibarətdir ki, Aşağı Palatada çoxluq Demokratik Partiyaya aiddir.

Bu seçkilərdə özünü göstərən ən vacib tendensiya yeni nəsil siyasətçilərin ortaya çıxmasıdır.

• Trampın manipulyasiyası, yoxsa Ərdoğan hakimiyyətinin səriştəsizliyi?

• Ukrayna və Rusiya: müharibədə düşmən yoxsa ticarət tərəfdaşları?

İndən belə qadınlar 435 kürsüdən 90-nı tutacaq, bu isə rekord rəqəmdir. Onlardan çoxu Demokratik Partiyanın payına düşür.

CNN telekanalının verdiyi məlumata görə, ilk dəfədir ki, ABŞ Konqressinin Aşağı Palatasına iki müsəlman qadın daxil olacaq – bunlar Fələstin əsilli amerikalı və Somali qaçaınıdır.

Yenə də ilk dəfədir ki, Nümayəndələr Palatasında köklü xalqların iki nümayəndəsi də təmsil olunacaq.

Artıq federal səviyyəli qanunvericilər arasında açıq lesbiyan qadın da var. Yerli seçkilərin nəticələrinə görə, Kolorado Ştatının başına isə açıq gey gəlib. O, ABŞ-da qubernator kürsüsündə ilk cinsi azlıq nümayəndəsidir.

Tramp üçün seçkilərin nəticələri pis xəbərdir. İndi Nümayəndələr Palatası onun fəaliyyətinin geniş miqyaslı araşdırılması imkanı əldə edib və heç şübhəsiz ki, bu imkandan yararlanacaq.

Xatırladaq ki, prezident Trampa qarşı əsas şübhə onun 2016-cı il prezident seçkilərində Rusiya ilə sövdələşməyə getdiyi yöndədir. Bu zaman Rusiya tərəfindən seçkilərin gedişatına qanunsuz müdaxilə halları qeydə alınıb.


More on JAMnews