Şərh: Ailə ola bilər ki, dövlətin yaratdığı süni institutdur" />

Abortlar: qadağan etmək, ya icazə vermək? İki qlobal tendensiya

Şərh: Ailə ola bilər ki, dövlətin yaratdığı süni institutdur

Şübhəsiz ki, çoxları kişinin orta aylıq maaşının bütün ailənin dolanışığına yetdiyi vaxtların xiffətini çəkə bilər. Amma bu, müasir dünya üçün keçərli deyil. Bu zamanda qadınlar sadəcə evdar olmaq istəmir, onlar da əmək bazarının bərabər hüquqlu iştirakçısı olmaq istəyir və olurlar da, – The New Republic müəllifi belə hesab edir.

Bu tendensiya son zamanlar iki ölkənin – İrlandiya və ABŞ-ın aborta münasibəti məsələsində  özünü göstərib.

İrlandiya

Bu yaxınlarda İrlandiyada abortlara qoyulmuş qadağanın aradan qaldırılması məsələsi ilə bağlı referendum keçirilib. Bununla da 1983-cü ildən bəri ilk dəfə İrlandiyada abortlara icazə veriləcək.

Daha əvvəl abortları konstitusiyaya edilmiş dəyişiklik qadağan edirdi. Həmin dəyişikliyə əsasən, ana və embrionun yaşamaq hüququ bərabər tutulurdu. Yalnız ananın həyatına təhlükə yaranması abort üçün səbəb ola bilərdi. Nə zorlanma, nə insest belə bir əsas vermirdi.

1992-ci ildən irland qadınlara abort elətdirmək üçün ölkədən getməyə icazə verildi. Bu dövr ərzində minlərlə qadın bu imkandan yararlanıb, İrlandiya hüdudlarından kənarda abort edib.

İrlandiyada referendum gününün sonunda əsl bayram yaşanıb. Minlərlə qadın ölkə küçələrinə çıxıb, onlardan çoxu xoşbəxtlikdən ağlayıb. Abortların 35 illik qadağasından sonra onlar nəhayət, hamiləliyi yarıda kəsmək haqqı qazanıblar.

ABŞ

Seçkiqabağı kampaniyasının ən başından hazırkı prezident Donald Tramp abortların əleyhinə olduğunu göstərən sərt çıxışlar edirdi. Vəzifəyə başlayandan sonra o bunu təsdiqlədi. Məsələn, Tramp qadınlara abort mövzusunda konsultasiya verən xarici təşkilatların maliyyələşdirilməsini qadağan edən fərman imzalayıb. Bundan başqa o, abortun ən qatı əleyhdarlarından biri olan Mayk Pensi vitse-prezident təyin edib.

Qadınların mübarizəsi davam edir

Hər iki hal – abortlarla bağlı İrlandiya qanunvericiliyinin liberallaşması və ABŞ siyasətinin sərtləşməsi ailənin dövlət tərəfindən yaradılmış və nizamlanan süni institut olduğunu göstərir.

Məsələn, İrlandiya konstitusiyasıda abortlar qadağan olunandan hələ çox əvvəl kişilərlə qadınların bərabər olmadığı təsbit edilmişdi. İrlandiya Konstitusiyasında deyilir: “Dövlət anaların işləməsi üçün iqtisadi məcburiyyətin olmamasına və bununla da ailədəki vəzifələrinə laqeyd münasibət göstərməməsinə çalışır”.

Analoji olaraq ABŞ-da da qanunvericilikdə həmişə “ideal ailədə” qadının evlə bağlı vəzifələri yerinə yetirdiyi, eyni zamanda kişinin isə pul qazandığı nəzərdə tutulub. “Ailə gəliri” anlayışı da bu cür yaranıb, yəni mahiyyətcə bütün ailənin dolanışığına yetməli olan kişinin qazancı.

The New Republic müəllifi hesab edir ki, XXI əsrdə ailə institutuna bu cür yanaşma cəmiyyətdə iflasa məhkumdur. İrlandiyada keçirilən referendumun uğuru və ABŞ-da mühafizəkar baxışlara qarşı qızışan mübarizə məhz bundan xəbər verir.


More on JAMnews