Piyadaların vurulması bütün yol-nəqliyyat qəzalarının yarısından çoxunu təşkil edib" />

2019-cu ildə Bakıda 107 piyada avtomobil vurması nəticəsində həlak olub

Piyadaların vurulması bütün yol-nəqliyyat qəzalarının yarısından çoxunu təşkil edib

2019-cu ilin ötən 11 ayı ərzində Bakıda 488 yol-nəqliyyat hadisəsi baş verib, onlardan 294-ündə piyadalar avtomobillə vurulub. Bu qəzalar nətizəsində 107 nəfər həlak olub, 187 nəfər yaralanıb – “Report” xəbər verir.

2018-ci ildə nisbət təqribən eyni olub – 619 yol-nəqliyyat hadisəsinin yarısından çoxu piyadaların vurulması ilə müşayiət olnub.

Tkibuli – ölümə alışmış Gürcüstan şəhəri

Çox vaxt insanlar sutkanın qaranlıq saatlarında işıqlandırılmamış yerlədə maşın altına düşürlər – Bakı Nəqliyyat Polisi İdarəsindən bildirilir. Amma yerüstü və yeraltı keçidlərin yaxınlığında da piyadaların vurulması halları olur.

İdarə nümayəndəsi Vaqif Əsədov deyir ki, hadisələrin çoxunda günah təkcə sürücülərdə yox, həm də piyadalarda olur.

“Piyadalara tövsiyə edirik ki, yol hərəkəti qaydalarını pozmasınlar, xüsusilə də günün qaranlıq və işqlandırılmayan ərazilərində hərəkət edərkən piyadalar üçün nəzərdə tutulan səkilərdn, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməməyə çalışsınlar, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər”, – Yol Polisi İdarəsinin nümayəndəsi Vaqif Əsədov deyir.

Əsədov əlavə edir ki, onlar piyadalara “nəzarəti” artırmağı planlaşdırırlar ki, qadağan olunmuş yerlərdə onların yol keçməyinin qarşısını alsınlar.

İndi qadağan olunmuş yerlərdə və ya işıqforun qırmızı işəğında yol keçdiyinə görə piyadalar 18-20 manat (təxminən 10-12 dollar) həcmində cərimə olunurlar. Bu, əsasən şəhərin mərkəzində, bir yol qovşağında bir neçə polisin növbə çəkdiyi yerlərdə təcrübə edilir.

Bakının mərkəzində qələbəlik yol qovşağında pik saatı

Sürücülər piyadaları, piyadalar isə şəhər hakimiyyətini günahlandırır

Sürücülər hesab edirlər ki, piyadaların çoxunun yol hrəkəti qaydalarını bilməməyi onların vurulmasına səbəb olur.

“Öz şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, piyadalar çox vaxt, məsələn, nizamlanan yol qovşağı qaydalarını bilmirlər və maşınlar üçün yaşıl işıqda yolu keçirlər, çünki özlərinə aid olduğunu düşünürlər. Elə təəssürat yaranır ki, Bakıda insanlar o biri dünyaya düşməkdən daha çox avtobusa gecikməkdən qorxurlar. Düşünürəm ki, bütün bu qaydalar məkbələrdə ciddi öyrədilsə yaxşı olardı. Sürücüləri günahlandırmaq ədalətsiz olardı – son zamanlar onlar piyadalara daha yaxşı münasibət göstərməyə başlayıblar. Bəzən piyadanı vurmamaq üçün maşını qaçırmağa çalışarkən özləri yaralanırlar. Daha bir problem payızda və qışda çoxları qara və ya tünd rəngli paltar geyinir, uşaqları da elə geyindirirlər, qaranlıqda isə bu, insanı şürücü üçün “görünməz” edir. Bir çox ölkələrdə paltarın üzərinə bərkidilən xüsusi işıqqaytarıcılardan istifadə edir və ya işıqqaytarıcı elementləri olan geyin və ya ayaqqabı alırlar. Amma bizdə hələlik buna nadir hallarda rast gəlirik”, – avtomobilçi Leyla Hüseynova deyir.

Piyadaların isə küçələri və keçidləri layihələndirənlərə qarşı çox sayda iradları var.

“Bəli, çox vaxt piyadalar qadağan olunmuş yerdə yolu keçirlər, amma bəzən onların sadəcə başqa çıxış yolu yoxdur. ən yaxın keçid ya uzaqda olur, ya da ümumiyyətlə olmur. Bir yandan da zebraları yeraltı və yerüstü keçidlərlə əvəzləməyə başlayıblar, onların çoxu isə hədsiz narahatdır – nisbətən gənc və sağlam adamlar üçün də ondan istifadə etmək çətindir. Çox vaxt isə yollar genişləndirilən zaman şəhər hakimiyyəti sadəcə səki saxlamaq və ya tikməyi unudur və yaxud da rəmzi olaraq yarım metrlik yer qoyurlar və bu yarım metrin də yarısı kiminsə həyasızca saxladığı cip tərəfindən zəbt olunur. Belə hallarda insanlar yolun hərəkət hissəsi ilə getmək məcburiyyətində qalırlar”, – piyada Fərhad Mikayılov şikayətlənir.

Çox vaxt sürətli yolları süpürən süpürgəçi qadınlar maşın vurması nəticəsində həyatlarını itirirlər. Amma bu kimi hallarda qəzəbli şəhər sakinləri iradlarını sürücülərə yox, xüsusi texnikadan istifadə etmək əvəzinə süpürgəçiləri belə təhlükəsiz işə göndərən məmurlara bildirirlər.


More on JAMnews