MDB ölkələri arasında Ermənistanda uşaq ölümü üzrə ən aşağı göstərici qeydə alınıb" />

2016-cı ildə 1 yaşına qədər uşaqlar arasında ölüm halları 4 faiz azalıb

MDB ölkələri arasında Ermənistanda uşaq ölümü üzrə ən aşağı göstərici qeydə alınıb

Son 10 ildə Ermənistanda uşaq ölümünün səviyyəsi azalıb: 1 yaşa qədər 1000 uşaqdan 8-i tələf olur.

Səhiyyə Nazirliyinin ana və reproduktiv sağlamlığın mühafizəsi şöbəsinin rəisi Qayane Avakyanın sözlərinə görə, bu gün Ermənistan uşaq ölümünün aşağı səviyyədə olduğu ölkələr sırasına daxildir, MDB ölkələri arasında isə ən aşağı göstəriciyə malikdir.

Üstəlik bu göstərici ölüm hallarının yetərincə yüksək olduğum 500 qram çəkidə doğulan uşaqları da əhatə edir. Halbuki daha əvvəl bu göstərici hesablanarkən yalnız doğulduğu zaman çəkisi 1 kq-dan artıq olan körpələr nəzərə alınırdı.

2016-cı ilin yanvar-dekabr aylarında qeydə alınıb:

  • 1 yaşına qədər uşaqlar arasında 356 ölüm halı qeydiyyata alınıb ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici 4 faiz azdır,
  • 4 yaşına qədər uşaqlar arasında 411 ölüm halı qeydə alınıb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 5,5 faiz azdır,
  • Ölü doğulan uşaqlar ümumilikdə 688 hal olmaqla 14 faiz azalıb.

Ermənistanda uşaq ölümünün azalmasına hamilələrə tibbi yardım sisteminin tətbiqi və uşaqların dövlət tərəfindən sığortalanması şərait yaradır, çünki bunun sayəsində qadınlar üçün tibbi yardım daha əlçatan olur.

Qayane Avakyanın sözlərinə görə, son 15 ildə Ermənistanda hamiləliyin süni yolla dayandırılması halları 4 dəfədən çox azalıb: 2000-ci ildə bir qadına 2,6 abort düşürdüsə, 2015-ci ildə 0,6 abort düşür. Həmçinin selektiv abortların da sayı azalıb: 2000-ci ildə hər yüz doğulan körpədən 120-si oğlan idisə, 2016-cı ildə nisbət 100-ün 112-ə olub.

Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı ildə Ermənistanda 40 638 uşaq dünyaya gəlib ki, onlardan da 21 459-u oğlan, 19 179-u qızdır.


More on JAMnews