Polis artıq 51 yaşlı qadını şübhəli şəxs qismində saxlayıb " />

Tbilisinin mərkəzində qadın üç yaşlı uşağa bıçaqla hücum edib

Polis artıq 51 yaşlı qadını şübhəli şəxs qismində saxlayıb

Tbilisinin mərkəzində, Pekin küçəsində yoldan keçən qadın küçədə valideynləri və kiçik qardaşı ilə gəzişən üç yaşlı uşağı bıçaqla yaralayıb.

Polisin yaxınlıqda yerləşən aptekin video müşahidəsi kameralarından götürdüyü kadrlarda görünür ki, ailə sakitcə küçədə gəzişir, bu zaman naməlum qadın onlara yaxınlaşır və bıçağı uşağın üzünə tutur. Bundan sonra kadrlarda görünür ki, qadın ikinci uşağa da hücum etmək istəyir, amma valideynlər ona mane olur.

Oğlanın valideynləri deyir ki, bundan əvvəl heç vaxt hücum çəkən qadını görməyiblər.

O, hadisə yerindən uzaqlaşa bilib, amma artıq səhərə yaxın polis şübhəli şəxs qismində 51 yaşlı qadını saxlayıb.

Təcili yardım uşağı Jvaniya adına xəstəxanaya çatdırıb, burada o, əməliyyat olunub.

Klinikada bildiriblər ki, burnunda və yanağında kəsiklər olan uşağın vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

“Uşağın vəziyyəti orta ağırdır. Üz nahiyyəsində dərin yara yerləri var. Uşağın ümumi vəziyyəti qənaətbəxş olana qədər stasionarda qalacaq”, – həkim Natiya Vasadze deyib.

Polis artıq Tbilisidə Pekin küçəsində azyaşlı uşağı yaralamaqda ittiham olunan qadını saxlayıb. Cinayət 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


More on JAMnews