Korrupsiya və kriminalın çoxalması, eyni zamanda hakimiyyətin hərəkətsizliyi əsas narazılıq səbəbidir" />

Abxaziya müxalifəti daha əvvəl özünün təyin etdiyi baş prokuroru ittiham edir

Korrupsiya və kriminalın çoxalması, eyni zamanda hakimiyyətin hərəkətsizliyi əsas narazılıq səbəbidir

Fоtо: Sergei  Demianov, JAMnews

Abxaziyanın müxalif qüvvələrinin bloku Baş Prokurorluğun ünvanına kəskin tənqidlə çıxış edib. Baş prokuror Zurab Açbanın bu vəzifəyə elə həmin müxalif qüvvələr bloku tərəfindən təyin edildiyini nəzərə alsaq səsləndirilmiş tənqidin daha çox önəm daşıdığını anlamaq olar.

Amma indi ona qarşı hərəkətsizlik, səmərəsiz fəaliyyət və hər şeydən əvvəl respublikada kriminal və korrupsiya hallarının artması ilə bağlı ittiham irəli sürülüb.

“Ancaq son dövrdə ondan çox səs-küylü cinayət, Abxaziya vətəndaşlarına və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı amansız zorakılıq törədilib. Abxaziya kənardan gələn kriminal avtoritetlərin iştirakı ilə cinayətkar qruplaşmalar arasında qanlı haqq-hesab çəkilən məkana çevrilib, hansılar ki, respublikada öz nüfuz və nəzarətini bərqərar etmək istəyir”.

“Abxaziya Nəzarət Palatasının və Rusiya Hesab Palatasının materialları kütləvi sui-istifadələr və on, üz min rubllarla hesablanan büdcə vəsaitlərinin məqsəddən kənar xərclənməsi haqda danışmağa əsas verir. Mənimsəmədə ittiham olunanlar sırasına praktiki olaraq bütün əsas nazirliklərin məmurları daxildir, talanmış vəsaitlər siyahısında isə prezidentin ehtiyat fondu da var”, – Müxalif qüvvələrin blokunun bəyanatında belə deyilir.

Baş Prokurorluğun yeni rəhbərinin təyinatı Abxaziyada 2016-cı ilin dekabrında yaşanmış gərginliklərdən sonra əldə edilmiş kompromisin nəticəsidir.

Danışıqlar silsiləsindən sonra 2016-cı il dekabrın 19-da “İctimai-siyasi stabillik haqqında Saziş” imzalanıb. Bir çox ekspertlərin fikrincə, bu saziş respublikada vətəndaş qarşıdurmasının qarşısını alıb.

Baş prokuror kürsüsündən başqa müxalifət bu sazişə əsasən Konstitusiya Məhkəməsinin beş hakimindən ikisini, baş nazirin müavinini və Mərkəzi Seçki Komissiyasının iki üzvünü təyin etmək imkanı qazanıb. Əvəzində müxalif qüvvələr bloku o zaman prezident Raul Xajimbanın vaxtından əvvəl istefası tələbini geri çəkib.

Müxalifət nümayəndələri bəyan edirlər ki, onlar 2016-cı ilin dekabrında sıralarından birinin – Zurab Açbanın baş prokuror vəzifəsinə təyin olunmasını nikbinliklə qəbul ediblər, onlar “gələcəyə təmkinli optimizmlə baxmağa imkan verəcək” müsbət dəyişikliklərə ümid bəsləyiblər.

Amma müxalif qüvvələr bloku bildirir ki, “vəziyyətin nə dönüşü, nə sağlamlaşdırılması baş verməyib, heç dəyişikliklərlə bağlı eyham belə səslənməyib”.

“Yaranmış bu vəziyyətə görə fərdi məsuliyyət, bizim dərin əminliyimizə görə, baş prokuror Zurab Açbanın üzərinə düşür”, – müxalifət bildirir və xəbərdarlıq edir: yaxın zamanda məlum səs-küylü cinayətlər və pozuntularla bağlı tədbirlər görülməsə müxalif qüvvələr bloku onun istefasını tələb edəcək.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış hesab ediləcək və ya başqa səbəbdən qeyri-etik hesab olunan şərhləri silmək haqqını özündə saxlayır

More on JAMnews