NDI əhalinin yoxsullaşdığını göstərən tədqiqatın nəticələrini dərc edib" />

Əhalinin yarısı kommunal xərcləri ödəmək iqtidarında deyil. Gürcüstanda necə yaşayırlar?

NDI əhalinin yoxsullaşdığını göstərən tədqiqatın nəticələrini dərc edib

სიღარიბე, თბილისი, ხალხი, მიწისქვეშა გადასასვლელი,

Milli Demokratiya İnstitutu (NDI) və CRRC Gürcüstan 13-29 iyul tarixlərində keçirilmiş sosioloji tədqiqatın nəticələrini dərc ediblər. 213 respondentin rəyi öyrənilib. Sorğuda əldə edilmiş nəticələrə əsasən, ölkədə ağır iqtisadi vəziyyət yaranır, əhali isə son 5 il ərzində yoxsullaşıb.

JAMnews aparılmış tədqiqatın ən maraqlı rəqəmlərini təqdim edir:

• UNICEF-in tədqiqatı: Gürcüstanda işsizliyin və yoxsulluğun səviyyəsi yüksəlib

• Gürcüstan vətəndaşlarının doğma ölkələri haqqında rəyləri. NDI-nin tədqiqatı

________________

• Əhalinin 49%-i hesab edir ki, ölkə yanlış istiqamətdə inkişaf edir. 2010-cu ildən sonra bu, ən aşağı göstəricidir. Yalnız 18 faiz bunun əksini düşünür.

• Əhalini düşündürən əsas məsələlər, əvvəlki illərdə olduğu kimi, iqtisadiyyatla bağlıdır. Sorğunun nəticələrinə görə, əsas problemlər bunlardır:

İş yerləri (48 faiz)

Qiymət artımı və inflyasiya (34 faiz)

Yoxsulluq (33 faiz)

Ərazi bütövlüyü (29 faiz)

Pensiya (22 faiz)

Əməkhaqqı (19 faiz) 

• Rəyi öyrənilənlərin 21 faizi fəal şəkildə iş axtaran işsizlər olub.

• Əhalinin üçdə iki hissəsi hesab edir ki, valideynlərinin nəsli daha yaxşı yaşayıb.

• Az qala hər ikinci şəxs (43 faiz) hesab edir ki, son 5 il ərzində daha da yoxsullaşıb və 5 il öncə daha böyük maliyyə imkanlarına malik olub.

• Gürcüstanın hər iki vətəndaşından biri son il yarım ərzində pulu olmadığı üçün heç olmasa bir dəfə kommunal xərcləri vaxtında ödəməyib.

• Rəyi soruşulanların yarıdan çoxu (54 faiz) bildirib ki, onların zərurət yaranacağı təqdirdə 300 lari borc ala biləcəkləri tanışları və yaxın adamları yoxdur.

• Gürcüstan əhalisinin yalnız 10 faizi “qara gün” üçün kənara pul qoya bilib. Maraqlıdır ki, əhalinin daha sıx yaşadığı yerlərdə bu göstərici yüksəkdir – 24 faiz.

• Gürcüstan əhalisinin 70 faizi hesab edir ki, ölkədə iqtisadi bərabərsizlik hökm sürür – yalnız insanların müəyyən qrupları iqtisadi imkanlardan istifadə edə bilir.

• NDI ilk dəfə əhali arasında pensiya islahatları ilə bağlı sorğu keçirib. [Xatırladaq ki, 2019-cu ilin yanvar ayından Gürcüstanda yaşı 40-a qədər olan vətəndaşlar üçün icbari yığım pensiya sistemi fəaliyyətə başlayıb, yaşı 40-dan çox olan insanlar isə bu proqrama qoşulub-qoşulmayacaqları barədə özləri qərar verirlər – JAMnews]. Məlum olub ki, yığım sistemində iştirak edən və müəyyən edilmiş məbləğləri ödəyənlər pensiyaya çıxdıqdan sonra yığılmış məbləğdən istifadə edə biləcəklərinə inanmırlar.

• Hakimiyyət nümayəndələrinin iqtisadiyyatdakı problemləri mütəmadi olaraq xarici amillərlə izah etmələrinə baxmayaraq, əhali və müxalifət başqa cür düşünür. Rəyi soruşulanların 84 faizi iqtisadi problemlərdə məhz Gürcüstan hakimiyyətini ittiham edir.


More on JAMnews