Rusiya Azərbaycanın cəbhəyanı bölgəsinə humanitar yardım göndərib
Doqquz vaqon inşaat materialı, texniki və məişət avadanlığı – Azərbaycanın FHN-i Bardə rayonunda Rusiyadan gələn növbəti humanitar yardımı qəbul edib.
- Ermənistan müxalifəti ölkədə yeni Rusiya bazasının yaradılmasını təklif edir
- Dağlıq Qarabağ: “yeni” və “köhnə” qaçqınları nə gözləyir?
Hərbi əməliyyatlar bitdikdən sonra Rusiya Azərbaycana ümumilikdə 54 vaqon və 25 yük maşını humanitar yardım göndərib.
Bu mallar hərbi əməliyyatlar zonasından kənarda yerləşən və ikinci Qarabağ müharibəsi zamanı mərmi düşməsindən və raket zərbələrindən ziyan çəkən yaşayış məntəqələrində dinc sakinlərin əmlaklarının təmir və bərpa işləri üçün nəzərdə tutulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər Qarabağda davam edən hərbi əməliyyatlar zamanı Azərbaycanın cəbhəyanı zonasında 100 dinc vətəndaş həlak olub, daha 416 nəfər yaralanıb.
44 gün davam edən ikinci Qarabağ müharibəsi Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb. Bəyanat imzalanan anda Dağlıq Qarabağın Ermənistanın nəzarətində olan hissəsinə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Rusiya sülhməramlıları Xankəndini (Stepanakert) Ermənistan ərazisi ilə birləşdirən yeganə yolu – “Laçın” dəhlizinə də nəzarət edir.