Azərbaycanın Serbiyada və bir neçə digər ölkədəki səfiri, keçmiş baş prokuror həbs edildi
Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinada səfiri Bakıda olduğu zaman Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Ölkənin keçmiş baş prokuroru olmuş Eldar Həsənov büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunur.
Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Tender komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə barələrində həbs olunmuşdular.
Davam edən cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri zamanı Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə etməməsi barədə şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Eldar Həsənov bir neçə gün əvvəl Serbiyanın nümayəndə heyəti ilə birlikdə Bakıya səfərə gəlmişdi.
Səfərin əsas məqsədi iyul ayında Serbiyanın Ermənistana Tovuz döyüşləri zamanı etdiyi silah dəstəyi olub. Görüşlərdə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq, dostluq münasibətləri olduğunu xüsusi vurğulayıb.
Eldar Həsənov daha əvvəl Azərbaycanda Baş Prokuror vəzifəsində çalışıb. O, 2001-2013 illər arası Azərbaycan Respublikasının Rumıniyadakı Fövqaladə və Səlahiyyətli Səfiri olub. Ölkənin II dərəcəli dövlət ədliyyə müşaviridir.