Onlar taksi xidməti üçün istifadə olunan maşınların altı ildən köhnə olmamasını diktə edən yeni lisenziya şərtlərindən narazıdırlar" />

Yerevanda taksi sürücüləri etiraz aksiyası keçirib

Onlar taksi xidməti üçün istifadə olunan maşınların altı ildən köhnə olmamasını diktə edən yeni lisenziya şərtlərindən narazıdırlar

Bu gün bir qrup taksi sürücüsü Yerevan meriyasının qarşısında etiraz aksiyası keçirib. Sürücülər taksi xidməti üçün istifadə olunan maşınların altı ildən köhnə olmamasını diktə edən yeni lisenziya şərtlərindən narazılıqlarını bildiriblər. Çünki taksi xidməti göstərənlərin çoxu köhnə avtomobil sürür, yenisini almağa da imkanı yoxdur.

“Belə çıxır ki, biz yeni istehsal olunmuş maşın almalıyıq, kredit ödəməliyik, kreditlərin yükü altında yaşamalıyıq ki, taksi sürə bilək”, -sürücülərdən biri Qor Karapetyan deyir.

Onun sözlərinə görə, yeni maşın almağa imkanı olsaydı, taksi xidməti göstərməzdi.

“Avtomobil sürücülərinin müdafiəsi liqasının” mütəxəssisləri də bildirirlər ki, yeni lisenziyalaşdırma qaydası yolverilməzdir və sükan arxasında çörəkpulu qazanan və ailələrini dolandıran çox sayda insana zərbə vuracaq.

“Bu, taksiçilərə qarşı soyqırımdır. Paytaxtdan kənarda lisenziya üçün 5 min dram (10 dollar), Yerevanda isə 12 min dram (25 dollar) ödənildiyi bir vəziyyət yaranıb. Bu da ədalətli deyil”, – “Avtomobil sürücülərinin müdafiəsi liqasının” sədri Tiqran Ohanesyan deyir.

Yerevan meriyasında taksi sürücülərini qəbul edib, onların şikayətini dinləməkdən imtina ediblər, bildiriblər ki, bu məsələ onların səlahiyyətinə aid deyil. Bundan sonra taksi sürücüləri maşınları ilə birlində prezident qərargahına doğru getmək istəyiblər. Bu zaman əsəbi sürücülər o dərəcədə tələsiblər ki, maşınları bir-biri ilə toqquşub. Bununla da aksiya sona çatıb.

Facebook Comments

More on JAMnews