“Qoy, mer Taron Marqaryan zövqünü öz həyətində nümayiş etdirsin”, - yerevanlılar belə hesab edir" />

Yerevan meriyası şəhərin mərkəzini 3D formatında rəsmlə bəzəmək qərarı verib və tənqidlərə tuş gəlib

“Qoy, mer Taron Marqaryan zövqünü öz həyətində nümayiş etdirsin”, - yerevanlılar belə hesab edir

Yerevan meriyası paytaxt sakinlərinə yeni sürprizini təqdim edib: Azadlıq meydanında 3D formatında üzərində dərədə oynayan ayıların əksi olan strit-art peyda olub. Rəsmin ömrünü mümkün qədər uzatmaq üçün xüsusi suya və istiliyə davamlı boyalardan istifadə olunub.

Bəziləri artıq bu ayılarla şəkil çəkdirib, bəziləri isə açıq şəkildə öz narazılığını bildirib. Rəsmdəki ayıların Rusiya istehsalı olan məşhur konfetləri xatırlatması və Yerevanın ümumi görünüşü ilə qətiyyən ahəngdar olmaması paytaxt sakinlərinin xoşuna gəlməyib.

“Yerevan meriyasının hər hansı təşəbbüs irəli sürmək hüququndan məhrum edildidiyi Konstitusiyaya daxil etmək lazımdır. Qoy, mer Taron Marqaryan zövqünü öz həyətində nümayiş etdirsin, niyə bunu şəhərdə edir?” – memar Arsen Karapetyan bəyan edir.

Yerevan Dövlət Rəssamlıq Akademiyasının rektoru Aram İsabekyan deyib ki, ayıların niyə meydanda, Opera və Balet Teatrının yanında peyda olduğunu anlamayıb. “Bu, hər hansı başqa təsvir ola bilərdi, məsələn, Mona Liza ola bilərdi. Niyə ayılar? Mənim təsəvvürümdə Rusiya ilə bağlı assosiasiyalar yaranır”.

Rəsmin Rusiya istehsalı olan konfetləri xatırlatmasını kino-ssenarist, yazıçı və publisist Vaqram Martirosyan da qeyd edib: “Bu rəsm Moskvada istehsal edilən və həmişə defisit olan üzərində üç ayı rəsmli sovet konfetlərini xatırladır. Bu, nəyə lazım idi? Assosiasiya doğurmaq üçün? Firavan sovet keçmişimizi yada salmaq üçün? Axı o zaman yaxşı olan nə vardı? Qıtlıq?”

Bu da Facebook istifadəçilərinin yazdıqlarından bir neçə sitat:

“Opera binasının qarşısındakı “dərədə ayılar” nədir elə? Bu nədir, Rusiya konfetləri zavodunun həyətidir?”

“Başqa kimə elə gəlir ki, opera ninasının qarşısında fövqəladə eybəcər rəsm peyda olub?”

“Sizə sadəcə elə gəlir ki, hakimiyyətin zövqsüzlüyünün, geridə qalmışlığının və axmaqlığının sərhədi var”.

“Bağışlayın, amma mən “kəndçi” sözündən istifadə etməli olacam – kənd sakinləri ilə səhv salmayın. Ayıların azadlığa və ya klassik incəsənətə [ayıların rəsmiOpera və Balet Teatrının da yerləşdiyi Azadlıq meydanında peyda olub] nə aidiyyəti var? Əgər estetikadan başınız çıxmırsa, niyə məsləhət almırsız? Ya da bəlkə bu, rus ayısının bizim azadlığımızı idarə edəcəyinə eyhamdır?”

“Nəyə görə isə mənə elə gəlir ki, Spendiaryan və Tumanyanın heykəlləri yaxın zamanda canlanacaq və Azadlıq meydanından qaçacaqlar. Elə təəssürat yaranır ki, sanki Üçüncü sahədəki [sovet zamanında zavodlar rayonu] metronun keçidindən rəssamların rəsmlərini bura gətiriblər”.

 


More on JAMnews