Tərəflər yavaş-yavaş bir-birlərinin mallarına demək olar ki, bütün rüsumları ləğv edir. Bu, onların prezident Trampın siyasətinə cavabıdır " />

Yaponiya ilə Avropa İttifaqı tarixdə ən böyük ticarət ittifaqı bağlayıblar

Tərəflər yavaş-yavaş bir-birlərinin mallarına demək olar ki, bütün rüsumları ləğv edir. Bu, onların prezident Trampın siyasətinə cavabıdır

 REUTERS/Yves Herman

Tokioda Avropa Şurası başçısı Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Yaponiyanın baş naziri Sindzo Abe müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, Yaponiya və Avropa İttifaqı bir-birlərinin malına 99 faiz rüsumu ləğv edəcəklər. Bu haqda  Bloomberg

agentliyi xəbər verir: Aİ ilə Yaponiyanın iqtisadi tərəfdaşlığı haqqında tarixi müqavilə dörd il sürən danışıqlardan sonra imzalanıb. Razılaşma ilə yaradılan azad ticarət zonası 600 milyondan çox adamı əhatə edəcək.

Donald Tusk müqaviləni “tarixdə ən böyük ikitərəfli müqavilə” kimi dəyərləndirib. O həm də vurğulayıb ki, Aİ ilə Yaponiyanın əməkdaşlığı tək iqtisadi sahədə möhkəmlənmir.

Müqavilə yaponlar üçün çaxır, pendir, farmaseptik preparatlar, bəzək əşyaları və s-yə qiymətləri azaldacaq. Avropalılar da öz növbəsində, Yaponiyadan texnika, çay və balığı daha ucuz alacaq.

Aİ ilə müqavilədən başqa, Yaponiya Avstraliya, Meksika və Vyetnamla da oxşar müqavilələri müzakirə edir. Bundan əvvəl artıq Meksika ilə rüsumların azaldılması barədə müqavilə bağlayan Avropa İttifaqı eyni zamanda bir neçə ölkə ilə bu məsələ ilə bağlı danışıqlar mərhələsindədir.

Sənədin imzalanması mərasimində çıxış edənlər bir dəfə də olsun Donald Trampın adını çəkmədilər, amma  Bloomberg-in fikrincə, baş verənlər indiki ABŞ prezidentinin yürütdüyü ticarət proteksionizmi siyasətinə aydın cavabdır.


More on JAMnews