Zəhərli tüstü şəhəri o dərəcədə bürüyüb ki, sakinlərin çoxu Vladiqafqazı tərk etməyə başlayıb" />

Vladiqafqazda təhlükəli sənayedə yanğın – hakimiyyət ekoloji fəsadlar haqda həqiqəti söyləyirmi?

Zəhərli tüstü şəhəri o dərəcədə bürüyüb ki, sakinlərin çoxu Vladiqafqazı tərk etməyə başlayıb

Şimali Osetiyanın ən nəhəng zavodunda iri miqyaslı yanğın baş verib. “Kavkazskiy uzel” internet portalının informasiyası əsasında təfərrüatlar və nəticələr.

Nə baş verib?

Bazar günü, oktyabrın 21-də səhər Şimali Qafqazın paytaxtı Vladiqafqazda “Elektrosink” zavodunda yanğın baş verib. 4,5 min kvadrat metrlik ərazi tamamən yanıb.

Yanğını yalnız günorta saatlarında söndürmək mümkün olub. Bir yanğınsöndürən həlak olub, üçü yaralanıb.

Zəhərli tüstü şəhəri o dərəcədə bürüyüb ki, bir çox sakinlər Vladiqafqazı tələsik tərk etməli olub.

Yanğın bir neçə il əvvəl tikilmiş yeni sexdə baş verib. Hələlik yanğın səbəbilə bağlı rəsmi məlumat verilmir.

“Elektrosink” nədir?

“Elektrosink” Şimali Osetiyanın rəngli metallurgiya üzrə ən nəhəng sənaye müəssisəsidir. Gücünə görə bütün Rusiyada ikinci yeri tutur, sink, qurğuşun, kadmiyum və sulfat turşusu istehsalı ilə məşhurdur.

Müəssisənin sahibkarı Ural dağ metallurgiyası şirkətidir.

Hakimiyyətin reaksiyası

Şimali Osetiyanın baş sanitar həkimi Alan Tibilov laboratoriya tədqiqatının nəticələrinə əsaslanaraq bildirib ki, “Elektrosink”də baş verən yanğından sonra Vladiqafqazda karbon monoksid və ağır maddələr üzrə mümkün konsentrasiya səviyyəsinin bir qədər yüksəlişi qeydə alınıb.

Sosial şəbəkələrdə yerli sakinlərə şəhəri tərk etmələri ilə bağlı müraciətlər yayılandan sonra Şimali Osetiya başçısı Vyaçeslav Bitarov öz növbəsində bəyan edib ki, “şəhərdən qaçmaq lazım olduğu haqda şayiələr xalqı həyəcana salmaq və əhali arasında gərgin vəziyyət yaratmaq məqsədi daşıyan təxribatdır”.

Cəmiyyətin reaksiyası

Sosial şəbəkələr qorxu və təşvişə düşmüş insanların şərhləri ilə doludur. Xarakterik sitat:

“Hakimiyyətin və şəxsən Vyaçeslav Bitirovun bugünkü hadisəyə açıq reaksiyası hələlik çox zəifdir. İnsanların şəhərdən qaçdığı bir vəziyyətdə bütün respublika əhalisinin hakimiyyətin onların tərəfində olduğunu bilməyə ehtiyacı var. Hətta əgər hələlik heç nə məlum deyilsə də – nə yanğının səbəbi, nə real çirklənmə təhlükəsi, nə də onun nəticələri.

Bu məqamda “Elektrosink”in özündən başqa nə “siyasi təxribat”, nə də başqa şey haqda danışmaq lazım deyil. Bu haqda isə susurlar”, – Şimali Osetiyanın “Daryal” ədəbi jurnalının baş redaktoru Alan Suxurbayev oktyabrın 21-də axşam yazıb.


More on JAMnews