Ukraynada qaraçı düşərgələrinə hücumlar olub, ölən və yarananlar var " />

Ukrayna: ultrasağçılar romlara qarşı

Ukraynada qaraçı düşərgələrinə hücumlar olub, ölən və yarananlar var

“Hromadskoe”nin materialı əsasında 

Harada və nə vaxt?

Ukraynadakı romların yaşayış məntəqələrinə son iki ayda altı hücum olub.

Birinci hadisə aprelin 20-də Kiyevdə baş verib – Kiyevdə köçəri romların düşərgəsini dağıdıb, əşya və çadırlarını yandırıblar.

Daha sonra bir neçə yanğın baş verib: mayın 9-da Lvov əyaləti və mayın 22-dəTernopolsk əyalətində. İyunun 7-də isə “Milli drujina” təşkilatının üzvləri polislə birlikdə Kiyevin Qoloseyev milli parkında romların düşərgəsini dağıdıb.

İyunun 23-də Lvovda növbəti hücum nəticəsində bir nəfər həlak olub.

Hücum edənlər kimdir?

Hücumların arxasında “Nemezida”, “Ayıq və acıqlı gənclər”, “C14” ultrasağ hərəkat nümayəndələri dayanır. Onların haqqında nələri bilirik.

“C14” 2009-cu ildən mövcuddur. “C14” üzvləri Donbassda Ukrayna hərbçilərinin tərəfində müxtəlif könüllü batalyonlarda iştirak edib.

Bu təşkilat LGBT-cəmiyyəti və sol hərəkatı nümayəndələrinin tədbirlərini pozmaqla tanınır, məsələn, Kiyevdə rusiyalı neonasistlər tərəfindən öldürülən fəal Anastasiya Baburova və vəkil Stanislav Markelovun xatirəsinə olan aksiya zamanı.

“Nemezida” təşkilatının üzvləri martın 8-də Kiyevdə keçirilən qadın haqları uğrunda marşın iştirakçılarına hücumla yadda qalıb – onlar yürüşdən sonra bir neçə iştirakçının üzərinə “zelyonka” töküb və plakatlarını cırıblar.

“Ayıq və acıqlı gənclər”in adı mətbuatda heç vaxt hallanmayıb, amma onların beynəlxalq neonasist “Misanthropic Division” təşkilatı ilə əlaqələri barədə məlumat var.

“C14” sağradikal təşkilatının üzvləri Qoloseyev parkındakı qaraçıların düşərgəsində, Kiyev, 20 aprel 2018, Foto: “Facebook”da Sergey Mazurun səhifəsindən

Hücumların istintaqı necə aparılır?

Polis son hadisəyə qədər hücum faktı ilə bağlı cinayət işi açmağa tələsmirdi. Əvvəllər hər şey ifadə vermək üçün polisə dəvətlə bitirdi, amma münaqişə ilə hüquq müdafiəçiləri maraqlanmağa başladıqdan sonra polis təşkilatçılar və dağıntını törədənləri saxlamağa başladı.

İndi “əvvəldən bir qrup şəxin əlbir olaraq, qəsdən adam öldürmə”, “milli, irqi düşmənçilik və nifrətin salınmasına yönəlik hərəkətlər”, “həddi-buluğa çatmamış şəxslərin cinayət əməllərinə cəlb edilməsi” və başqa maddələr üzrə cinayət işi açılıb.

İyunun 26-sı axşam məlum olub ki, məhkəmə romların düşərgəsinə hücum edən altı nəfəri iki ay müddətinə həbs edib.

Dünya və Ukrayna necə reaksiya verib?

Lvov əyalətində romun qətli ilə bağlı beynəlxalq hüquq müdafiəsi təşkilatları, həmçinin Avropa Şurası və ABŞ-ın Ukraynadakı səfirliyi bəyanat yayıb.

Romlara hücum və qətl hadisəsi həm də Ukrayna yunan-katolik kilsəsi və Ukraynadakı Roma-katolik yepiskopları konfransı pisləyib.

Ukraynanın Mədəniyyət Nazirliyi daxili işlər naziri Arsen Avakovu Lvovşinadakı romun qətlini şəxsi nəzarətə götürməyə çağırıb. Avakov özü isə qətlin “Rusiyadan sifariş olunduğunu” bəyan edib. “Rus izi” haqda Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qritsak da deyib.  

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynadakı rom düşərgələrinə hücumlarla bağlı ictimaiyyət qarşısında bir fikir bildirməyib.


More on JAMnews