Keçmiş siyasi məhbus müxalifətin son mitinqində həbs olunub " />

Tofiq Yaqublunun apellyasiya şikayəti təmin edilməyib – 30 sutka həbs cəzası alan müxalifətçi işgəncəyə məruz qaldığını deyir

Keçmiş siyasi məhbus müxalifətin son mitinqində həbs olunub

Azərbaycan müxalifətinin liderlərindən biri Tofiq Yaqublu inzibati həbsdədir. O, oktyabrın 19-da keçirilən mitinqdən sonra 30 sutka həbs cəzasına məhkum edilib. Apellyasiya məhkəməsi onun şikayətini təmin etməyib və haqqında çıxarılmış hökmü qüvvədə saxlayıb. Müxalifətçi bildirib ki, saxlanıldığı zaman fiziki zorakılığa məruz qalıb.

• Mitinqlər, həbslər, yeni təyinatlar – Azərbaycanda alışılmamış qaynar həftə

• Bir gündə dörd mitinq – Tbilisidən fotoreportaj

Yaqublu niyə həbs olunub?

Oktyabrın 19-da Bakıda Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) təşkil etdiyi hakimiyyətlə razılaşdırılmamış mitinqi baş tutub.

Polis mitinqi amansızlıqla dağıdıb, yüzə qədər iştirakçı həbs edilib. Onların arasında DQMŞ koordinasiya mərkəzinin üzvü, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu da olub.

Saxlanılandan sonra polis əməkdaşları müxalifətçini döyüb və qabırğasını zədələyiblər, bu yolla onlar Yaqublunu siyasi mübarizədən çəkildiyini deməyə məcbur etmək istəyiblər, bu haqda mətbuata onun qızı Nigar Yaqublu və vəkili danışıb. 

FOTO: Tofiq Yaqublu 2019-cu il yanvarın 19-da siyasi məhbuslara dəstək mitinqində

Tofiq Yaqublunun kürəkəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Seymur Həzi mitinqdən iki gün əvvəl həbs edilib. Onu xırda xuliqanlıqda ittiham ediblər. Üstəlik əvvəlcə ona 15 sutka inzibati cəza verilsə də, sonradan cəzasını 30 sutkaya qədər artırıblar.

Həm Yaqublu, həm də Həzi müxtəlif ittihamlarla bir neçə il həbsdə olub və hər ikisi siyasi məhbus kimi tanınıb. Müxallifətçilərin tərəfdaşları, bir çox jurnalistlər və yerli hüquq müdafiə təşkilatları onların hazırkı həbslərini də siyasi motivli hesab edirlər.

DQMŞ növbəti mitinqini noyabrın 10-a təyin edib.


More on JAMnews