İvane Siskadzenin emalatxanasında idmançıları da, monarxları da görmək mümkündür" />

Tbilisili heykəltəraşın hekayəsi. Video

İvane Siskadzenin emalatxanasında idmançıları da, monarxları da görmək mümkündür

İvane (Malxaz) Siskadzenin emalatxanasında çox sayda maraqlı heykəl eskizi görmək olar.

Onun ən məşhur işi çariça Tamarın abidəsidir. Bu, çariça Tamarın Gürcüstandakı ilk heykəlidir. Bu heykəl 19 il əvvəl Axaltsixi şəhərində ucaldılıb. Usta heykəltəraş hündürlüyü 4 metr olan abidəyə 78 ton daş sərf edib.

Boris Payçadzenin “Dinamo-Arena” qarşısında ucaldılan bürünc heykəli də bu emalatxanada hazırlanıb. Vitali Daraseliyanın Futbol Akademiyasının divarındakı relyefi,  sambo üzrə dünya çempionu Arçil Çoxelinin heykəli də. İvane idmanı çox sevir.

2008-ci il müharibəsində həlak olan döyüşçülərin xatirəsinə həsr olunmuş əsəri İvanenin evinin yanındakı bağçada ucaldılıb. Müəllif bu işini “Amiran” adlandırıb. Abidənin üzərində ikibaşlı qartal və zəncirlənmiş Amiran təsvir olunub.


More on JAMnews