İstanbul siyasi hadisələrə rəğmən turistləri cəlb etməkdə davam edir" />

Sultanlardan və prezidentlərdən yüksəkdə olan şəhər

İstanbul siyasi hadisələrə rəğmən turistləri cəlb etməkdə davam edir

İstanbul sakinlərinin əsas keyfiyyəti həyatsevərlikdir. Adam həvəslə mərkəzi İstiqlal prospektində referendum günündə prezident Ərdoğanı dəstəkləyən mitinq iştirakçılarıyla birlikdə rəqs edir. Ondan niyə konstitusiya dəyişikliklərinin “lehinə” səs verdiyini xəbər alırıq. Cavab verir: “Kim sizə deyir bunu? Mən qəti əleyhinəyəm!” – “Bəs niyə buradasız, qarşı olanların yanında deyilsiz? (onların piketi otuz metr aralıda keçirilir) – “Onların musiqisi yoxdur”.  

Son on il ərzində Türkiyə az qala “turizm” sözünün sinoniminə çevrilib. 2006-cı ildən başlayaraq, ta 2016-cı ilə qədər ölkə dünyada ən populyar turizm məkanlarından biri oldu.

 

 

Milli aviaşirkətlər qlobal inkişaf edib, infrastruktur düzəlib, yerli bazarın bütün seqmentləri fəallaşıb.  

Vizalar turistlərin cəmi üç faizinə lazım olurdu ki, bu da Türkiyəyə turistlərin sayına görə, digər Aralıq dənizi ölkələri, misal üçün, Misiri qabaqlamaq imkanı verdi.

Turizm milli iqtisadiyyatın artıq 13 faizini təşkil edirdi və bütün müvafiq sahələrdə iki milyona yaxın iş yerini təmin edirdi, restoran, kafelər və əyləncə sənayesi xüsusiylə inkişaf etdi, Türkiyə Statistika Komitəsinin məlumatında deyilir.

2016-cı ildə terror aktlarının sayının artması və coşqun daxili siyasi proseslər dönüş nöqtəsi oldu.

 

 

 

Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir ki, təkcə 2015-ci ildə Türkiyədə 400 – orta hesabla 2010-2014-cü illər arası dövr ərzində ildə 70  zorakılıq aktı və terror aktı törədilib. Nəticədə turist axınının yarısından çoxunu təşkil edən Avropadan gələn turistlərin sayı 30% azaldı.  

 

Araşdırmalar göstərir ki, bu sahənin bərpası uzun çəkəcək. Bununla belə inkişaf da var, o cümlədən 2016-cı ilin avqust ayında iki ölkə arasında diplomatik böhranın həllindən sonra Türkiyəyə qayıtmağa başlayan rusiyalı turistlərin hesabına.  

JAMnews-un müxbirləri apreldə bir neçə gün İstanbulda oldular və o cümlədən turistləri və yerli əhalini nəzərdən keçirmək qərarına gəldilər.

Həmin günlərdə İstanbulda prezident Ərdoğanın tərəfdarları və əleydarları bir-biriylə mübarizə aparırdı, Ərdoğanın təşəbbüsü ilə aprelin 16-da Türkiyəni parlament respublikasından prezident respublikasına keçirən referendum keçirildi, JAMnews bu haqda məlumat verib.

Bütün dünyada siyasətçilər və ekspertlər müzakirə edir ki, Türkiyə indi nə qədər avtoritar olub və onun Avropa İttifaqına inteqrasiya perspektivləri nə qədər azalıb. JAMnews bu haqda ətraflı yazıb.  

Amma jurnalistlər siyasi kontekst barədə düşünməyi bir kənara qoyanda onlara elə bir İstanbul açıldı ki, Parisdən və onun haqqında olan məşhur deyimdən fərqli olaraq, onu görəndə ölmək istəmirsən. Əksinə bu mehriban, cazibədar və zəhmətkeş şəhərə qayıdıb yaşamaq istəyirsən.

Mehriban  

İstanbulda çox fərqli yerlər var. Misal üçün, Taksim meydanından eyni məsafədə həm şəhərin əsas ticarət mərkəzi sayılan İstiqlal meydanı, həm də Tarlabaşı bulvarı boyu uzanan nəhəng bir rayon yerləşir ki, onu hətta yoxsul rayon adlandırmaq da çətindir, bura daha çox “gecəqondu”ya oxşayır.

Turizm üçün maraqlı yerlərlə kifayətlənmək lazım deyil. Bu “gecəqondular” ən azı İstanbulun hardasa 50 il əvvəlki görüntüsünü təsəvvüründə canlandırmaq imkanı verir.

İstiqlaldakı alverçi dərhal bizim xarici olduğumuzu anladı və dedi ki, xarici alıcılara daha çox üstünlük verir: “Xaricilərlə alver etmək daha maraqlıdır. Ona görə yox ki, onları aldatmaq daha asandır. Sadəcə özümüzünkülərlə maraqsızdır, özünü razılaşdırılmış futbol oyunundakı kimi hiss edirsən: hamı işin nə ilə bitəcəyini əvvəlcədən bilir”.
Tarlabaşı rayonu. Deyirlər ki, burada əsasən kürdlər və ərəblər yaşayır.

Amma bu iki məkan arasında bir aydın nəzərə çarpan oxşarlıq var (əslində, Türkiyə paytaxtının bütün digər rayonları kimi). Bu, təhlükəsizlik hissidir. Səndə elə bir hiss yaranmır ki, yüksək aqressiya və küçə cinayətkarlığı rayonuna düşmüsən. Hər halda gündüzlər.

Onların əsas fərqi də yəqin ondadır ki, İstiqlalda ingilis dilində danışan adama rast gəlmək şansı daha böyükdür. Amma Tarlabaşıda da “Do you speak English?” – sualına istənilən satıcı sevinclə “Yes” cavabını verəcək, düzdür, bununla da söhbətin bitəcəyi ehtimalı da böyükdür. Düzdür, istədiyiniz yerə də mütləq gəlib çıxacaqsız: yolu öyrənmək cəhdləriniz boşa çıxandan sonra, sizi sadəcə lazım olan yerə qədər yola salacaqlar.

Uşaqlar çox mehribandır. Amma bizdən 10 lira qoparmaq da onlara heç də çətin olmadı.

İstanbulda əsl qorxunu yaşamaq istəyirsizdə, yerli taksi sürücüsünə möhkəm tələsdiyinizi deyin. Onda əfsanəvi tıxacları və kəskin enişli yolları olan bu şəhərdə maşında gediş sizə bir neçə ağ saç bahasına başa gələ bilər.  

Sərhəddəki müharibə, sayı artan terror aktları, siyasi sarsıntılar öz işini görüb. Təkcə statistika deyil, İstanbulda təəssüf ki, hər şey son vaxtlarda turizmin zəifləməsindən,  onunla birlikdə də bu sahədə çalışanların gəlirlərinin azalmasından xəbər verir.

Sahibkar İlmaz Özlük bizə İstanbulun indiki həyatından, işini necə qurmasından və qeyri-adi həyat hekayəsindən danışdı.

Cazibədar

İstanbulun cazibədarlığının sirri nədədir?

Onun nə Avropa, nə tam da Asiya olmamasında? Yoxsa onun qeyri-adi tolerantlığında? Və ya bir qədər arsızlığında?

Ola bilsin, elə eyni vaxtda hamısında.

İstanbul həqiqətən də Avropa paytaxtı deyil. Amma Asiya da deyil. Bu, Osmanlı İmperiyası, Qərb təsirinin izləri və müasir arxitekturanın qarışıqlığının eklektika kimi deyil, coğrafi qatların ardıcıl dəyişməsi qədər təbii qəbul edildiyi bir şəhərdir.

                      

Ola bilsin, dözümlüyünün kökləri də elə bundadır. Burada pravoslav, katolik kilsələrin və məscidlərin qonşuluğu heç kimi narahat etmir. O cümlədən, küçələrdə hicab və niqablarla yanaşı çox qısa ətəklərin olması da. Amma burada qeyd etməyə dəyər ki, niqablarda əsasən gəlmələr gəzir: son bir neçə il ərzində İstanbulda ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb.  

Deyir ki, adı Jildir və yerlidir, türkdür.

İstanbul bu sözün ən yaxşı mənasında arsızdır. Sakinləri ancaq işi getsin deyə və turistləri cəlb etmək üçün gülərüz və mehriban deyillər. Ola bilsin, belə bir gözəlliyin əhatəsində, belə bir iqlimdə və dənizə bu yaxınlıqda yaşamaqla özünü ciddi və qaşqabaqlı olmağa məcbur etmək çətindir.

Ekskursovod Mehmet İstanbulun turist episentrində öz qrupunu gözlərkən, onunla söhbət etməyə imkan tapdıq. “Turist axını çox dəyişib. Ərəblərin sayı xeyli artıb. Turist elə turistdir, təbii ki. Amma ərəb turistləri ilə bircə problem var – onları heç kimlə bir ekskursiya qrupuna daxil etmək olmur. Bir obyektdə beş dəqiqədən artıq qala bilmirlər: beş dəqiqə selfi və getdik”, – Mehmet bazarı təhlil etdi.

Zəhmətkeş

İstanbulda boş-bekar adam tapmaq çətindir. Hamı iş başındadır, hər kəs kiməsə hansısa xidmət göstərir. Alver edir, daşıyır, yedizdirir, mehmanxanalarda qəbul edir, ekskursiya gəzdirir.

Əvvəl düşündük ki, bekar istanbulluları Bosfor körfəzinin üstündəki körpüdə tapmaq mümkün olacaq. Onlarla adam (həm kişi, həm də qadın) spinniqlə durub, suya da 30 metr var. Amma onlar heç də boş durmurdu. Yəni əylənmirlər, ciddi bizneslə məşğuldurlar: tutduqları bütün balıqlar anındaca saysız-hesabsız sahilboyunda düzülən restoranlara çatdırılır, harada ki, siz həmin balığı yeyəcəksiz və yenə sifariş edəcəksiz.  

İstanbulda istənilən turist mağazasında sizə real qiymətindən təxminən dörd dəfə baha qiymət oxuyacaqlar. Amma bu da daha çox turistin iştirak üçün dəvət olunduğu alver tamaşasıdır: bu zaman əllər göylərə qaldırılır, dünya iqtisadi böhranından şikayətlər yağdırılır  və hətta qarınlarının doydurmalı olduğu çoxsaylı (heç də həmişə bənzəməyən) uşaqların şəkilləri də nümayiş olunur.  

Ayasofya, Mavi məscid, Bosforda səyahət – bütün bunlar İstanbulda mütləq proqramdır.  

Bu şəhərin böyük həzzini, əsl ləzzətini isə siz sərbəst proqramdan alacaqsız. Sadəcə mehmanxanadan çıxın (özü də sutkanın istənilən vaxtında, İstanbul heç vaxt yatmır) və gözünüzün baxdığı yerə gedin. Burada onlar həmişə doğru nəyəsə baxır.


More on JAMnews