Britaniyanın Avropa İttifaqında qalması dünya siyasi böhranının qarşısını almağa necə kömək edə bilər?" />

Şərh. Sadəcə Britaniya Avropa İttifaqından çıxmır, ümumilikdə Avropa dağılır

Britaniyanın Avropa İttifaqında qalması dünya siyasi böhranının qarşısını almağa necə kömək edə bilər?

 Böyük Britaniyada dekabrın 12-ə ttəyin edilən parlament seçkiləri yalnız Britaniyanın özü üçün yox, bütün qitə üçün böyük əhəmiyyət daşıyır. “Bu seçkilərin nəticələri onsu da zəifləmiş Avropanı daha da sarsıdacaq”, – The Guardian nəşrinin şərhçisi Martin Kettl  yazır.

Niyə o, belə hesab edir?

NATO sammiti və onun gözlənilən uğursuzluğu

Seçkiqabağı kampaniyanın ən mühüm və sürreal hadisəsi dekabrın 3-də Londonda keçiriləcək NATO ölkələrinin sammiti olacaq.

Bu sammitdə önəmli məsələlər müzakirə olunacaq – maliyyə yükünün alyans üzvləri arasında bölüşdürülməsi, Suriya və Əfqanıstanın vəziyyəti, Rusiyaya münasibətdə siyasət.

Bu məsələlər müzakirə olunacaq, amma çətin ki həll edilsin. 

NATO hazırda o qədər də yaxşı dövrünü yaşamır: 

•Alyans iştirakçılarından biri – Türkiyə Suriyada digər iştirakçının – ABŞ-ın müttəfiqlərinə hücum edir; 

•Əfqanıstanda NATO tarixinin ən uzun müştərək əməliyyatı nəticədən hələ uzaqdı;

•ABŞ prezidentini Rusiyaya qarşı rəğbəti – NATO məhz bu ölkə ilə rəqabət üçün yaradılıb – bütün bunlar daha çox şübhə doğurur.

NATO sammitinin ehtimal olunan uğyrsuzluğu yeni ölkələri və qitələri əhatə edən siyasi böhranın yeganə ifadəsi deyil. Berlin divarı söküləndən 30 il sonra İkinci Dünya Müharibəsinin yekununda dünya nizamının əsaslandığı bir çox institutlar sınağa məruz qalır.

Yalnız NATO yox, BMT də zəifləyir

Təkcə NATO yox, həm də MBT gücdən düşür.

•Bretton-Bud sazişi – dünya maliyyə sisteminin quruluşu haqda razılaşma dağılır.

•Çin, Rusiya və Türkiyə kimi repressiv rejimlər özlərini daha da aqressiv aparır.

•Asiya-Sakit Okeanı regionunun ölkələri özlərini ABŞ, Rusiya və Çinsiz mövcud ola bilən yeni qüvvə kimi dərk etməyə başlayırlar.

Dekabrın 12-də Böyük Britaniyada baş tutacaq seçkilər bu böhranın təzahürlərindən biridir. Bu seçkidə həll olunacaq mərkəzi məsələ “Brexit”dir.

“Brexit” sadəcə Britaniyanın məsələsi deyil. Söhbət əsasını Almaniya, Fransa və Böyük Britaniyanın təşkil etdiyi Avropa İttifaqının bütövlüyündən və səmərəliliyindən gedir.

Avraopa İttifaqının bütün sakinlərinin həyat səviyyəsi, sosial təminatı, yüksəliş perspektivləri ümumi dəyərlərin və qanunların qorunub saxlanmasından asılıdır. 

Məsələ Avropa İttifaqının yaxşı və ya pis olmasında deyil, məsələ heç bir alternativin olmamasındadır.


More on JAMnews