“Bu cür insidentlər bazanın Ermənistanda qalmasına təsir etməyəcək. Belə məsələlər hüquqi yox, siyasi müstəviyə aiddir”, - ekspert " />

Rusiya hərbi bazasının hərbçisi Ermənistanda qadını qətlə yetirməkdə şübhəli bilinir

“Bu cür insidentlər bazanın Ermənistanda qalmasına təsir etməyəcək. Belə məsələlər hüquqi yox, siyasi müstəviyə aiddir”, - ekspert

Ermənistanın ikinci şəhəri Gümridə Rusiya hərbi bazasının hərbçisi saxlanılıb. O, yerli sakinin amansızca qətlində şübhəli bilinir.

İşin təfərrüatları

57 yaşlı Culyetta Qukasyan dekabrın 3-də döyülmüş halda Gümri xəstəxanasına gətirilib. O, Gümri mənzil təsərrüfatı şöbəsində süpürgəçi işləyib. Ona səhər işə gedərkən hücum edib, döyüblər. Aldığı xəsarətlərdən o, həyatını itirib, amma ölməmişdən əvvəl ona arxadan hücum edildiyini deyə bilib.

Ermənistan mediası məlumat verir ki, ailənin sosial durumu olduqca ağırdır. Dəfnə pulları olmayıb, meriya yardım edib.

Ermənistanda Rusiya bazası: müdafiə, yoxsa təhdid?

 

Ermənistan öz ərazisində növbəti xarici hərbi baza yerləşdirmək niyyətində deyil

Erməni ailəsini qətlə yetirən rusiyalı hərbçi Rusiyaya ekstradisiya edilib

Rusiyanın Ermənistandakı səfirliyinin reaksiyası

Qadının ölümündən dərhal sonra Ermənistan KİV-də qatilin Rusiyanın 102 saylı hərbi hissəsinin hərbçisi olduğu haqda məlumat getdi.

Rusiya səfirliyi öz vətəndaşının cinayətə aidiyyatının olduğunu təkzib etməyə tələsdi:

“Günahsızlıq prezumpsiyasının tamamən gözardı edilərək, qoylanılmamış və təsdiqlənməmiş məlumatların “qışqıran” başlıqlarla tirajlandığını görən zaman informasiya ilə işə bu dərəcədə qeyri-peşəkar yanaşmanı anlamaq mümkün deyil”.

Saxlanılan hərçinin adı və cinayət səbəbi hələlik bəlli deyil.

Rusiya hərbi bazası ilə bağlı insidentlər

Bu, 102 saylı bazanın hərbçisinin günahkar olduğu ilk faciə deyil. Rusiya əsgərlərinin sərxoş vəziyyətdə dava, atışma saldığı, onlarla dinc sakinin həyatı bahasına başa gələn çox syda hadisələr məlumdur.

Bunlardan ən səs-küylüsü isə 2015-ci ilin yanvarında Avetisyan ailəsinin qətli olub. Rusiyalı hərbçi Valeri Permyakov ailənin yeddi üzvünü qətlə yetirib. Ermənistan məhkəməsi 2016-cı ildə onu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Rusiya Federasiyasının hornizon hərbi məhkəməsi isə Gümridə bundan bir il əvvəl Permyakovu üç maddə ilə təqsirli bilib. Hərbi məhkəmə onu fərariliyə, silah oğurlayıb, qanunsuz gəzdirdiyinə görə cəzasını ciddi rejimli müəssidə çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib.

Bu ilin iyulunda isə bazanın hərbçiləri Panik kəndində atışma törədiblər. Daha sonra məlum olub ki, bu, təlim olub, amma kənd sakinlərinə bu haqda xəbərdarlıq edilməyib. Atışma nəticəsində yaşayış məntəqəsində əhali arasında təşviş yaranıb.

“Lragir” nəşrinin siyasi şərhçisi Naira Hayrumyan JAMnews-la söhbətində bildirib ki, növbəti insident də Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcək və bazanın bağlanması məsələsi gündəmə gəlməyəcək:

“Bazanın burada qalması məsələsi siyasi müstəvidədir və bununla bağlı qərar çətin ki, belə insidentlərdən asılı olsun. Üstəlik, Ermənistan rəhbərliyinin məsələnin müzakirəsini siyasi müstəviyə daşımaq niyyətində olmadığını görmək mümkündür. Amma belə hadisələr münasibətlərin hüquqi müstəvidə nəzərdən keçirilməsi üçün təəssüf ki faciəvi səbəblər doğura bilər.

Məsələn, Avetisyan ailəsini qətlə yetirən Valeri Permyakov üzərində məhkəmə Rusiyanın tələbi ilə Rusiya bazasının ərazisində, Ermənistan hüquq-mühafizəçilərindən demək olar ki, tam uzaqda keçirildi. Bu dəfə ədalət mühakiməsi necə həyata keçiriləcək, demək çətindir. Amma  ilk növbədə Ermənistan-Rusiya münasibətləri hərbi baza sahəsində onların hüquqi müstəvisində korrektə edilməlidir. Ermənistanın ədalət mühakiməsinə suveren hüququna qeyd-şərtsiz zəmanət verilməlidir və Rusiyanın 102 saylı bazasının Gümridə qalmasının müqavilə platformasının yoxlanılması bundan başlaya bilər”.


More on JAMnews