Rusiyada yerli seçkilər misilsiz etiraz və repressiyalarla müşayiət olunur" />

Rusiya, 8 sentyabr: seçki, yoxsa siyasi böhran?

Rusiyada yerli seçkilər misilsiz etiraz və repressiyalarla müşayiət olunur

Sentyabrın 8-də Rusiyada yerli qanunvericilik orqanlarına seçkilər keçiriləcək, həmçinin bir neçə regionun qubernatoru seçiləcək. Bu seçkilərdən ən vacibləri Rusiyanın iki mühüm şəhərində – Moskva və Peterburqda keçiriləcək.

Amma “seçki” və ya “seçkiqabağı dövr” sözləri son bir neçə ay ərzində Moskva və Peterburqda baş verənləri dəqiq ifadə etmir. Yerli hakimiyyət müxtəlif səbəblərlə müstəqil namizədləri qeydiyyata almaqdan imtina edib və bu da kütləvi etirazlara səbəb olub.

Şərh: Moskvada etirazlar böyüyür – repressiyalar da artacaq. Amma cəmiyyət buna hazırdır

İlk kütləvi aksiya iyulun 20-də baş verib. Bu aksiya hakimiyyətlə razılaşdırılmışdı və 20 min insanın iştirakı ilə keçmişdi.

O zamandan bəri hər iki şəhərdə hər şənbə günü etiraz aksiyaları keçirilir, onların əksəriyyəti hakimiyyətlə razılaşdırılmayıb və buna görə də aksiya iştirakçılarına qarşı kütləvi zorakılıq və həbslərlə davam edir. İndiyə qədər ən kütləvi aksiya avqustun 10-da baş tutub, Moskvada keçirilə bu aksiyaya 60 min nəfərdən çox insan toplaşıb.

Etirazların bir neçə iştirakçısı artıq “tvit paylaşdığına”, “zibil qutusunu polis tərəfə atdığına”, “polis əməkdaşının dəbilqəsinə toxunduğuna” görə iki ildən beş ilə qədər azadlıqdan məhrum edilib. Daha bir neçə iş üzrə həələlik hökm oxunmayıb.

Moskva: müxalifətçilərə qarşı uzun müddətli həbs – tvitlərə və etiraz aksiyasında iştiraka görə

Şərh: “Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın”

Moskva parlamentinə seçkilər nəyə görə vacibdir?

Moskvada təkadamlıq piket. Plakatda “Dəyişmək vaxtıdır” sözləri yazılıb. 17 avqust, 2019. REUTERS/Maksim Şemetov

Moskva şəhər Duması sıradan qanunvericilik orqanı deyil. Rusiya Konstitusiyasına əsasən, Moskva RF respublikaları ilə eyni sırada federasiya subyektidir. Moskva Parlamenti qanunvericilik təşəbbüsü haqqına malikdir.

Orada müstəqil namizədlərin yer alması, birincisi, leqal kütləvi etiraz aksiyalarının keçirilməsi imkanını artırır. İkincisi, müstəqil namizədlər üçün Moskva büdcəsinin əlçatan olması korrupsiyaya qarşı yeni araşdırmaların aparılması ehtimalını artırır. Bu, müxalifətin hakimiyyətlə mübarizədə əsas alətlərdən biridir.

Moskva büdcəsi iki trilyon rubl həcmindədir. Mediada gedən çoxsaylı məqalələr Rusiya paytaxtınnda korruppsiyanın görünməmiş miqyasa çatdığından xəbər verir. Moskva məmurları açıq şəkildədəyəri on nilyonlarla dollar olan daşınmaz əmlaklarını qohumlarının adına qeydiyyatdan keçirirlər.

“Çox insanpərvər insan” – Rusiya TV-də Putin haqda sevimli veriliş

Putin 20 il müddətində təhlükəsizlik xidmətinə necə rəhbərlik edib və prezident kürsüsünə yüksəlib?

Moskva

İki aya yaxındır ki, Moskvada Rusiya üçün görünməmiş etiraz aksiyaları davam edir. Aksiyalarda on minlərlə insan iştirak edir. Hakimiyyət reprssiyalarla qarşılıq verir: yüzlərlə insan 30 sutkaya qədər və nəhəng cərimələr şəklində inzibati cəza alıb, 6 nəfər cinayət məsulliyyətinə cəlb olunub və 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilib.

Etirazların səbəbi hakimiyyətin Moskva Dumasına seçkilərdə müstəqil namizədləri qeydiyyata almamasıdır.

Qeyri-parlament partiyalarından olan namizədlər (əsasən müxalifətdən olanlar) bir neçə min seçici imzası toplamalı idilər. Onlar imzaları toplayıblar. Amma müxalifətçi siyasətçilərin bildirdiyinə görə, qeydiyyat zamanı kütləvi saxtakarlıq baş verib.

Onların sözlərinə görə, seçki komissiyalarının üzvləri seçicilərin məlumatlarını elektrob sistemə daxil edərkən qəsdən yanlışlara yol verirdilər ki, sonra buna əsasən, onların imzaları etibarsız sayılsın.

Rusiya müxalifətinin lideri Aleksey Navalnı belə cavab verib:

• Dinc etiraz aksiyalarına çağırış etdim və müsbət cavab aldım.

Youtube kanalımda Moskva məmurlarının və deputatlarının qanunsuz varlanması haqda araşdırmaların yayımını təşkil etdim. Araşdırmalarda yüz milyonlarla dollar həcmində vəsaitlərdən söhbət gedir, baxış sayı 5 milyonu aşıb.

• Seçkilərdə hazırkı hakimiyyətlə bağlı olmayan istənilən namizədə səs verməyə çağırdım.

Hakimiyyət hələlik standart reaksiya verir: Navalnının ofisində axtarış aparılır, onun özünü və tərəfdarlarını mütəmadi olaraq həbs edirlər.

Ən dəhşətlisi jurnalist İlya Azarın həbsi olub, polislər onu evdən aparanda, onun iki yaşlı qızı mənzildə tək qalıb. 

Cəmiyyət baş verənlərə yüksələn qəzəblə cavab verir: etiraz aksiyalarında getdikcə daha çox “Faşistlər, işğalçılar!”, “Putin – oğru!” və “Polislər – Rusiyanın utancı!” şüarları səslənir.

Bütün bunlar artıq regional seçkiləri yox, tam mənada siyasi böhranı xatırladır.

Moskvada etiraz aksiyasının dağıdılması. 10 avqust, 2019. REUTERS/Tatyana Makeyeva

Peterburq

Rusiyanın böyüklüyünə görə ikinci şəhəri qubernator seçməlidir. Hakimiyyətin namizədi – qubernator səlahiyyətləri müvəqqəti həyata keçirən Aleksandr Beqlov yerli sakinlər arasında nüfuza malik deyil. Onun piar kampaniyası isə gülüş predmetinə çevrilir.

Qışda Peterburqda kommunal xidmətin yarıtmaz işi nəticəsində bütün hərəkət tam iflic olduğu zaman qubernator əlində bellə küçəyə çıxaraq qar təmizləməyə başlayıb. Bu zaman jurnalistlər onun yay mövsümü üçün İtaliya istehsalı olan ayaqqabılarına diqqət yetiriblər.

Daha sonra Beqlov öz kortejini saxlayıb ki, yaşlı adama yolu keçməyə kömək etsin. Amma onun yoolu keçirmək istədiyi qocanın yerli tatr aktyoru olduğu anlaşılıb.

Bilavasitə seçki ərəfəsində qubernator iki metro stansiyası açıb. Amma sərnişinləri bu stansiyalara buraxmayıblar, məlum olub ki, onlar hələ hazır deyil və istismarları təhlükəlidir.


More on JAMnews