Şiə müsəlmanlar Aşuranı – Məhəmməd peyğəmbərin nəvəsinin və onun tərəfdarlarının anım gününü qeyd edirlər " />

Özünə əzab vermək əvəzinə donorluq: Azərbaycanda matəm münasibətilə möminlər 1500 litr qan veriblər

Şiə müsəlmanlar Aşuranı – Məhəmməd peyğəmbərin nəvəsinin və onun tərəfdarlarının anım gününü qeyd edirlər

Azərbaycan möminləri müsəlmanların matəm günü olan Aşura münasibətilə 1500 litrdən çox qan veriblər.

Azərbaycanda müsəlman qadınlar nədən şikayətlənirlər

Gürcüstanda protestantla necə yaşayırlar

Aşura – Məhəmməd peyğəmbərin yeddinci əsrdə şəhid olmuş nəvəsinin və onun tərəfdarlarının anım günüdür. Ölkənin əksər məscidlərində səhər saatlarından başlayaraq matəm namazı qılınıb və ritual ağlaşma mərasimi keçirilib.

Əvvəllər bugünkü gün bir çox möminlər kədər əlaməti olaraq özlərini zəncirlərlə vurur və hətta başlarını yarırdılar. Lakin son illərdə özünə əzab vermək əvəzinə qan vermək ənənəsi qəbul edilib. Məcidlərdə simvolik özünə əzab vermə hələ də həyata keçirilir, lakin əsl ağır zəncirləri nazik zəncir topası ilə əvəz ediblər ki, bu da insana xəsarət yetirmir.

Bu gün polis gücləndurulmiş iş rejimində çalışıb: məscidlərdən kənarda ayinlər keçirmək qadağan edilib.

VII əsrdə nə baş verib?

Məhərrəm ayının 10-cu günü olan Aşura həmin ayın “kulminasiya” anıdır ki, həmin gün şiə müsəlmanlar Hüseynin (Məhəmməd peyğəmbərin nəvəsi) və onun tərəfdarlarının xəlifə Müaviyyənin oğlu Yəzidlə döyüşdə həlak olmalarına ağlayırlar. Bu hadisə 680-ci ildə Kərbəla şəhərinin (müasir İraqın ərazisində yerləşən, müsəlmanlar üçün müqəddəs sayılan şəhər) yaxınlığında baş verib.

Hüseynin həlak olmasından sonra müsəlman dünyasında iki şaxəyə bölünmə baş verdi: Hüseynin tərəfdarları olan şiələrə və Yəzidin tərəfdarları olan sünnilərə. Bu parçalanma indiki dövrə qədər davam edir və müxtəlif müharibələrə, münaqişələrə səbəb olub. Müvafiq olaraq, Aşura yalnız şiələrdə matəm günü kimi qeyd olunur.

Sünnilər də onu qeyd edirlər, lakin başqa cür və başqa səbəbə görə. Qurana əsasən, bu gün Səma, Yer, mələklər və ilk insan yaranıb və qiyamət günü də həmin gün baş verəcək.

Ötənilkinə nisbətən iki dəfə az

Aşura gününü tarixi hər il dəyişir. 2019-cu ildə bu gün sentyabrın 10-na tuş gəlib.

Bütün ölkə üzrə xəstəxanalarda və məscidlərdə donor qanının toplanması məntəqələri yaradılıb. Bunun təşkilatçıları Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsidir.

3 510 nəfər az qala 1580 litr qan veriblər – bu barədə Report məlumat verib. Bu, ötən il qeydə alınmış eyni göstəricidən təxminən iki dəfə azdır  o vaxt 5340 donordan 2403 litr qan toplanmışdı.

Bununla bərabər,ötən il 288 donorda hepatit və ya sifilis, bir nəfərdə isə QİÇS aşkarlanmışdı. Bu ilki analizlərin nəticələri hələlik məlum deyil.

Məhərrəmlik oktyabrın 29-da başa çatacaq. Bu iki ay ərzində Azərbaycanda toy şənliyi və digər böyük bayramlar keçirmək qəbul edilməyib.


More on JAMnews