Fridrix Ebert Fondunun məlumatları əsasında " />

Orta statistik gənc gürcünün portreti

Fridrix Ebert Fondunun məlumatları əsasında

Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə regional ofisi 14-29 yaşında olan gənc gürcülərə həsr olunmuş tədqiqat keçirmək qərarına gəlib. Onların dərk, anlayış, gözlənti, dəyişən ətraf mühitə münasibətini öyrənmək üçün. Nəticələr çox maraqlı alındı. Onlarla burada tanış olmaq olar.

Biz isə bu tədqiqatın əsasında orta statistik gənc gürcünün portretini yaratmaq qərarına gəldik. Alınan da bu oldu:

Orta statistik gənc gürcü pravoslav xristiandır (85%), tam orta təhsillidir (47%), valideynləri ilə (70%), onların hesabına yaşayır (62%). Öz valideynləri ilə yaxşı yola gedir (55%) və onlar onun verdiyi qərarlara əhəmiyyətli təsir göstərir.

Ailəsinin maliyyə cəhətdən çiçəkləndiyini demək olmaz. Valideynlər birtəhər deyək ki, yemək, paltarla təmin edə bilir,

amma köhnə televizoru və sıradan çıxan soyuducunu dəyişmək iqtidarında deyillər (43%).

O, işsizdir (34%) və iş tapmaq istəyir. Onun fikrincə, işə düzəlmək üçün yaxşı tanışlıqlar lazımdır(75%).  Özəl sektorda iş tapmaq mümkün olduğu halda dövlət sektorunda işləməyi üstün tutur (42%). Öz işinə başlamaq, biznes qurmağa heç vaxt çalışmayıb (87%).

İstənilən halda gənc gürcünün aylıq şəxsi məqsədlər üçün müəyyən vəsaiti olur. Bu pulun böyük hissəsi siqaretə gedir (ayda 80 lari), əyləncəyə (60 lari), kitaba və başqa məqsədlərə (26,7 lari) daha az xərcləyir.

O qədər də məşğul deyil, amma vətəndaş fəallığı üçün vaxtı azdır. Heç vaxt kütləvi görüşlərdə olmur (94%), onlayn-forumlarda öz vətəndaş mövqeyini ifadə etmir (94%), misal üçün, insan haqlarına aid aksiyalarda iştirak etmir, siyasi nümayişlərdən qaçır və mühüm petisiyaları imzalamır.

Siyasətə münasibəti ümumiyyətlə soyuqdur. Az-çox ölkə daxili siyasi xəbərləri izləyir, Gürcüstanın hüdudlarından kənarda baş verənlər isə onu ümumiyyətlə maraqlandırmır (46%).

Heç bir dövlət institutu və ya siyasətə inanmırsa, siyasətlə maraqlanmamağında qəribə nə var.

Hər mənada etibar etdiyi yeganə institut kilsədir (81%).Allaha inanır (97%), öləndən sonra cənnətə və ya cəhənnəmə düşəcəyini düşünür (80%) və əmindir ki, əxlaq normaları və onunla bağlı olan öhdəliklər allah tərəfindən verilib (85%).

Gənc gürcü Amerikada yaşasaydı, çox güman ki, Trampa səs verərdi, o hesab edir ki, abortları qanunverici qaydada qadağan etmək lazımdır (42%).

Etnik azlıqlara, digər siyasi baxışları olan insanlara, başqa dini etiqad nümayəndələrinə inamsızlıqla yanaşır. Ən neqativ münasibət LGBT cəmiyyətinin nümayəndələrinə qarşıdır (46%).

Gənc gürcülər rəsmi münasibətləri (43%) vətəndaş nikahından üstün tutur, çünki hesab edir ki, qeydiyyatdan keçən münasibətlər partnyorların bir-birinin qarşısında məsuliyyətini artırır.

Seksə gəlincə, 57% oğlanın birdən çox partnyoru olub, bu zaman ancaq 1% qadınlar eyni zamanda bir neçə partnyorla əlaqədə olduğunu etiraf edir. Gənc gürcü heç vaxt marixuana çəkməyib (88%). Müntəzəm şəkildə və tez-tez dua edir (48%); kilsəyə baş çəkir (33%) və dini bayramları qeyd edir (83%).

Ölkənin əsas problemləri olaraq işsizlik və yoxsulluğu hesab edir.

Orta statistik gənc gürcü Aİ (74%) və NATO-ya (68%) daxil olmaq ideyasını dəstəkləyir. Eyni zamanda da istisna etmir ki, Aİ-yə inteqrasiya Rusiya tərəfindən təcavüzə səbəb ola bilər (52%). O eyni zamanda hesab edir ki, Aİ-yə inteqrasiya gənclərin getməsinə səbəb ola (45%) və gürcü özgürlüyü və ənənəvi dəyərlərə təhdid yarada bilər (30%).

Gənc gürcünü xüsusi olaraq vurğulanan milli mənsubiyyət xarakterizə edir – gürcü millətinin bir hissəsi özünü 56%, müstəqil fərd 20%, dünya vətəndaşı 19% hesab edir.

Və ən əsası gənc gürcü özünü  xoşbəxt sayır. O, şəxsi həyatından (60%),  məşğul olduğu fəaliyyət növündən (61%) razıdır. O, nikbindir, ölkədə vəziyyətin xeyli yaxşılaşması üçün 10 ilin bəs edəcəyinə inanır (95%).

  • Ebert Fondunun (FES) tədqiqatı Shell Youth Study tədqiqatının modeli əsasında aparılıb, bu tədqiqat 1953-cü ildən həm Almaniyada, həm də Avropanın digər ölkələrində aparılır. Tədqiqatın metodologiyası Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə regional ofisinin sifarişi ilə Təhlil və Məsləhət Qrupu (АСТ) tərəfindən işlənib hazırlanıb. Tədqiqatın nəticələri 1200 nəfərlə keçirilən müsahibələrin və 24 fokus-qrupda aparılan müzakirələrin məlumatları əsasında alınıb.

More on JAMnews