Köçmək istəyirəm. Və bunun cavabında da tez-tez eşidirəm: “Mən də. Amma hara və necə?”" />

Nika Musavi, Bakı

Köçmək istəyirəm. Və bunun cavabında da tez-tez eşidirəm: “Mən də. Amma hara və necə?”

Köçmək istəyirəm.
Hələ bu yaxınlara qədər bu ifadə məndə qıcıq və hətta qəzəb oyadırdı.
İndi isə özüm vaxtaşırı bunu təkrar edirəm: “Köçmək istəyirəm.
Və bunun cavabında da tez-tez eşidirəm: “Mən də. Amma hara və necə?

Milləti emiqrasiya meylləri bürüyüb. Yaxşı, yaxşı. Ümumiləşdirməyək. Bütün milləti yox, onun müəyyən bir hissəsini. Bu, əsasən 20-40 yaş arası olan bakılılardır. Və yeri gəlmişkən, onların heç də hamısı ağır problemlərdən əziyyət çəkmirlər. Onların arasında xeyli sayda imkanlı, uğurlu və kifayət qədər xoşbəxt insanlar var, buna baxmayaraq onlar xəyali dünya xəritəsində arzuladıqları yerləri dairəyə alaraq, bir gün bir tərəfə bilet almaq arzusu ilə yaşayırlar.

Emiqrasiya ən fəal müzakirə olunan mövzulardan birinə çevrilib və adi tonla verilən bu “Buradan köçmək istəmirsən ki? ritorik sual deyəsən tezliklə Azərbaycan cəmiyyəti üçün ənənəvi olan “Nə vaxt evlənirsənərə gedirsən? sualından daha populyar olacaq.

Bu tendensiyanın köklərini tapmaq cəhdi heç bir nəticə verməyə bilər. Ən azı ona görə ki, burada hər şey çox individualdır. Və ona yaxın motiv sadalamaq mümkündür. Kimisə ötən il baş verən manatın devalvasiyaları və onun arxasınca gələn maliyyə böhranı qorxutdu. Kiminsə azad görüşləri Azərbaycan cəmiyyətinin kifayət qədər mühafizəkar baxışları ilə ziddiyyət təşkil edir. Kimsə yeni yerdə yeni həyat qurmaq ümidiylə özü özündən qaçır.
Kimsə sadəcə hesab edir ki, ətrafdakı dekorasiyalara öyrəşənə qədər yaşayış yerini ara-sıra dəyişmək lazımdır.
Elə qonşu ölkələr də qəsdən olan kimi çox narahatdırlar – biri drellə, biri ailə davalarıyla… Bir də gördün, öz aralarında dava eləməyə başladılar, onda da Azərbaycan odla su arasında qalacaq.
Amma əksər hallarda bu istək bir neçə sosial-siyasi, şəxsi və bir az da məxfi səbəblərə əsaslanır.

Bu tendensiyanın niyə məhz indi yarandığı sualını da vermək olardı, amma… Prinsipcə, bu məntiqə uyğundur. Hələ 25 il bundan əvvəl köçmək meylinin olması belə cinayət sayılırdı. Bunu texniki cəhətdən də həyata keçirmək mümkün deyildi. Yəni əslində, azərbaycanlıların beynində bu fikirlər 90-cı illərin əvvəllərində – sərhədlər açılandan və emiqrasiya əxlaqsız və az qala yerinə yetirilməsi mümkün olmayan arzudan real imkanlar kateqoriyasına keçəndən sonra yaranmağa başladı.

nika-musaviKöçmək istəyi artıq öz zirvə nöqtəsinə çatandan sonra bəziləri həqiqətən də köçür. Və bunun üçün müxtəlif leqallıq dərəcəsi olan üsullara əl atırlar.
Amerikalı yazıçı Çak Palanik deyir: “Əksər vaxtlarda insanlar balaca şəhəri ona qayıtmaq arzusu ilə yaşamaq üçün tərk edir; digərləri isə oranı tərk etmək arzusunda olmaq üçün qalırlar.
Dörd milyon əhalisi olan Bakını “balaca şəhər adlandırmaq çətindir, amma deyəsən bu qayda ona da aiddir. Hər halda xaricə köçən tanışlarımın böyük əksəriyyəti xroniki nostalji hissindən əziyyət çəkirlər.
Düzdür, qayıtmaq da istəmirlər. Amma lənət şeytana, tarixi vətənlərinin xiffətini çəkirlər. Ya da orada qalan tanışları, bəlkə özləri üçün darıxırlar.
Və “bizdə ifadəsi onlar üçün ömürlük ikili məna daşımağa başlayır. “Bizdə, Londonda artıq qar yağır. “Bizdə, Bakıda belə adət yoxdur. Burada heç bir ziddiyyət yoxdur. Belə də olmalıdır. Burada hətta qloballıq baxımından doğru olan nəsə var.

Bəs bütün köçmək istəyənlər öz arzularını gerçəkləşdirə bilsələr ölkə necə olacaq?
Elə beləcə.
Ən azı ona görə ki, bu onsuz da baş verməyəcək. Emiqrasiya və təzə mühitə uyğunlaşma çətin işdir. Həm də hər adamın işi deyil. Çoxları fəal addımlara başlamadan bu işdən vaz keçirlər. Uşaq və ipoteka “sahibi olur. Doğmalarına görə məsuliyyət, daha yaxşı gələcəyə ümid, Bruklin restoranında qab yumalı olması ilə bağlı qorxular onları Bakıya bir az da möhkəm bağlayır. Və vaxt keçdikcə “köçməyi arzulamaq üçün qalanlara çevrilirlər. Palanik haqlıydı.
Buna görə də Azərbaycanın demoqrafik dayazlaşma qorxusu yoxdur. Həm də tarixdə hansısa ölkənin hamının eyni vaxtda onu tərk etməsi səbəbindən boşalması kimi bir hadisə olmayıb.
Şəxsən mənim hansı səbəblərim var? Bu suala cavab vermək gözlənildiyindən daha çətin oldu. Bəlkə məsələ ondadır ki, günlərin bir günü artıq doğma şəhərinlə yollarının ayrıldığını anlayırsan. Deməli ayrılmaq lazımdır. Və bunu faciəyə çevirmək lazım deyil. Ən azı ona görə ki, sevgililərlə, dostlarla ayrılıq faciəvi ola bilər. Vətən isə məlum olduğu kimi, anadır. Kim deyib ki, qocalana qədər valideynlərin yanında yaşamaq lazımdır?
Mən köçmək istəyirəm.

Dərc edilib: 21.05.2016


More on JAMnews