Bazar günü Kişinyovda eyni zamanda həm LGBT haqlarının, həm də ənənəvi dəyərlərin müdafiəsinə həsr olunmuş aksiya keçiriləcək " />

Moldova prezidenti LGBT marşına qarşı çıxıb

Bazar günü Kişinyovda eyni zamanda həm LGBT haqlarının, həm də ənənəvi dəyərlərin müdafiəsinə həsr olunmuş aksiya keçiriləcək

Moldova prezidenti İqorDodon mayın 21-də LGBT həmrəyliyi marşının keçirilməsinə qarşı çıxıb və bəyan edib ki, onun təşəbbüsü ilə həmin gün Kişinyovun mərkəzi meydanında “ənənəvi dəyərlərin” müdafiəsinə həsr olunmuş aksiya baş tutacaq.

Prezidentin rəsmi Facebook səhifəsində dərc olunan bəyanatında deyilir ki, bu haqda o, ABŞ səfiri ilə görüşdə bildirib.

“LGBT marşının keçirilməsinə qarşı kəskin mövqeyimi ifadə edirəm. ABŞ-ın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri CeymsPettitaya xəbərdarlıq etmişəm ki, bu sadəcə mənim mövqeyim deyil, həm də Moldova vətəndaşlarının böyük əksəriyyətinin mövqeyidir. Qəti şəkildə vurğuladım ki, bu cür addımlar ənənəvi dəyərlərimizə, pravoslav inancımıza və mənəviyyatımıza ziddir. Onlar şəxsən mənim və bütün cəmiyyət tərəfindən qəbul edilə bilməz və edilməyəcək”, – Dodon bildirib.

O, həmçinin qeyd edib ki, ənənəvi ailə dəyərlərinin dəstəklənməsi və təbliğ edilməsinə dair bir sıra tədbirlər keçirmək qərarına gəlib və bu tədbirlər bazar günü saat 11:00-da Böyük Milli Məclis meydanında başlayacaq.

Ziarul de Gardă xəbər verir ki, bu günlərdə Moldovada 16-cı LGBT birliyinə dəstək festivalı  – “Moldova Prayd” keçirilməlidir. Bu festivala mayın 21-də Kişinyovun mərkəzində həmrəylik marşı yekun vurmalidir. Kampaniya çərçivəsində mayın 18-də Kişinyovda LGBT-ə dəstək aksiyası keçirilib. GENDERDOK-M təşkilatının üzvləri Böyük Milli Məclis meydanında  qorxunu təmsil edən buz divar qurublar, buz divar orada olanların gözləri qarşısında əriyib.

Foto: Ziarul de Gardă

“Fără frică-2017” (Qorxusuz) sosial kampaniyası Moldovanın LGBT haqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı olan GENDERDOK-M informasiya mərkəzi tərəfindən 2016-cı ildə başladılıb.


More on JAMnews