Azərbaycanda zorakılıq qurbanı olmaq ayıbdır?" />

Mən danışmaqdan qorxuram

Azərbaycanda zorakılıq qurbanı olmaq ayıbdır?

Bir neçə gün ərzində #‎ЯнебоюсьСказати‬ и #‎ЯнеБоюсьСказать (rus və Ukrayna dillərindən tərcümədə ‪#‎mendanishmagdangorxmuram‬) heşteqləri ilə cinsi zorakılığın qurbanı olan qadınların yüzlərlə dəhşətli hekayələri yazıldı. Əksər vaxtlarda üstündən sükutla keçilən problemi aşkara çıxarmaq məqsədi ilə keçirilən aksiyanı Ukraynanın “Jila jurnalının redaktoru və ictimai fəal Anastasiya Melniçenko təşkil edib.

“Bu gün biz – qadınların danışmağını istəyirəm. Əksəriyyətimizin yaşadığı zorakılıq haqqında danışmağımızı istəyirəm. Özümüzə: “Günün günorta çağında idman paltarında gedirdim, buna baxmayaraq məni tutdular –kimi bəraətlər qazandırmağa çalışmamalıyıq.

Çünki özümüzə bəraət qazandırmaq məcburiyyətində deyilik. Günahkar biz deyilik, günahkar HƏMIŞƏ zorlayan kəsdir. Mən danışmaqdan qorxmuram. Və özümü günahkar saymıram, – iyulun 5-də özünün “Facebook səhifəsində Anastasiya Melniçenko yazdı.

• Türkiyə: qadınların qətli və onlara qarşı zorakılıq artır

Kişilər və spirtli içkilər: Azərbaycanda qadınlar hansı restoranlara getmir və nəyə görə?

Ermənistanda qadınlar maddi problemlər üzündən ana olmağı təxirə salır

Özgəcanın xatirəsinə

Özgecan Aslan

Bu, birinci belə fleşmob deyil. 11 fevral 2015-ci ildə Türkiyədə 20 yaşlı tələbə qız Özgəcan Aslan qətlə yetirilib. Mikroavtobus salonunda yalnız bir qızın qaldığını görən sürücü qızı zorlamağa cəhd edir. Qız müqavimət göstərir, sürücü də ona bıçaqla bir neçə zərbə endirməklə qətlə yetirir.

Bu hadisədən sonra “Twitterdə yaranan Türkiyədə qadınlara qarşı cinsi zorakılıqla bağlı #sendeanlat (“öz başına gələnləri danış) heşteqi dünyada brendə çevrildi. Özgəcan Aslanın dəfn mərasiminə Türkiyənin hər yerindən 5 mindən çox adam gəldi.

Qadınlar islam qanunlarını pozaraq, cənazəni öz çiyinlərində apardılar. Türkiyənin bir çox şəhərində kütləvi etiraz aksiyaları keçirildi. “Qalatasaray klubunun futbolçuları meydana “Özgəcanın xatirəsi üçün susma. Qadın zorakılığına “Yox! de! şüarı ilə çıxdılar.

Qadınlara qarşı zorakılıq bütün dünyada ən geniş yayılan insan hüquqları pozuntusudur. Cinsi ayrı-seçkilik, ailə terroru, seksual zorakılıq – bütün bunlar cəmiyyətdən ən çox gizlədilən problemlərdir, çünki üzə çıxmaqla qurbanın özünü zərbə altında qoyur.

Bir çox adam sual edir: “Facebook aksiyası qadınlara necə kömək edə bilər?, – amma bu zaman onlar cinsi və məişət zorakılığının əksər qurbanlarının cəmiyyətin ittihamlarından qorxaraq, hər şeyi gizlətdiyini unudurlar.

“Bacı, bağışla

“Mənim də deməyə sözüm var. Bu olduqca çətiniymiş. Mən, 40 yaşlı qadına danışmaq çətindir. Hardasa 10 dəfə yazıb, pozmuşam. Səni, 9 yaşında qızı yaşlı bir kişinin zorlamağa çalışması haqqında xatirələr içini parçalayır. Əslində bunlar çoxdan olub.

Və səni qorxudan itaətkar məxluqa çevirən daha onlarla hadisə baş verib, amma məhz 9 yaşlı qızın qorxusu ömürlük qalır, – özünün Facebook səhifəsində Azərbaycan Qadın Krizis Mərkəzinin keçmiş rəhbəri Mətanət Əzizova bu sözləri yazaraq, Azərbaycan qadınlarını fleşmoba qoşulmağa çağırdı.

Amma hələlik sosial şəbəkədə #‎mendanishmagdangorxmuram heşteqi altında bir dənə də hekayə yoxdur. Axı Azərbaycan cəmiyyəti başına bu cür hadisə gələn qadının özünü günahlandırmağa meyillidir. Bununla belə “Facebookun rusdilli seqmenti bu ideyanı dəstəklədi və bir çoxları üçün Azərbaycanda, çoxlu sayda zorakılığa meyilli taksi sürücülərinin olması sürpriz oldu.

Hadisələrdən birində taksi sürücüsü qurbanın bakirə olduğunu görüb, qorxuya düşür: “Bacı, bağışla bilmədim. Nə olar, heç kimə demə, uşağımı atasız qoyma. Üçüncü şəxsdən danışılan, özü danışmağa cəsarət etməyən qadınlar haqqında çoxlu sayda hekayə var.

Və demək olar ki, bütün qurbanları hətta yaxınları belə günahkar sayır: “Anam məni ağlaya-ağlaya döyürdü. Bu, 14 yaşında qapının ağzında, bıçaqla hədələnərək zorlanan qadının hekayəsidir.

Azərbaycanlı qadınların problemlərini Mətanət Əzizova dərindən bilir. 15 ildən çox fəaliyyət müddəti ərzində Qadın Krizis Mərkəzinə kömək üçün məişət və cinsi zorakılığın qurbanı olan yüzlərlə qadın müraciət edib.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinsi toxunulmazlıq əleyhinə cinayətlərdən qorunmanı nəzərdə tutan maddələr var. Bunlar da aşağıdakılardır: 149-cu maddə – zorlama, 150-ci maddə – seksual xarakterli zorakılıq hərəkətləri, 151-ci maddə – seksual xarakterli hərəkətlərə məcbur etmə.

Bununla belə, qızlar rüsvay olmaqdan, rişxənd və tənələrdən qorxaraq, susmağı üstün tuturlar. Qadınlar çox vaxt hətta ən yaxın adamlarından da dəstək ala bilmirlər, – Əzizova danışır.

Onun sözlərinə görə, hətta cinsi zorakılıq haqqında işlərlə bağlı məhkəmə istintaqı da adətən ətrafdakılarda qurbanın günahkar olmasına əminlik yaradan alçaldıcı dindirmə, eyhamlarla müşayiət olunur.

“Təəssüf ki, məhkəməmizin qadına qarşı zorakılıq faktlarına münasibətdə mükəmməl olmaması kişilərdə cəzasızlıq hissi yaradır, – hüquq müdafiəçisi hesab edir.

Evə getməyə utanırdım

“Ədalətə nail oldum. Mənə zülm edən həbsxanadadır. Amma bir Allah bilir ki, nələrdən keçməli oldum, – cinsi və fiziki zorakılığın qurbanı olmuş Aliyə Mansurova danışır.

Rüfət Mehdiyevlə o, internetdə tanış olur. Bir müddət onlar virtual şəkildə və telefonla danışır, görüşəndə isə Rüfət Aliyəni evinə qonaq getmək üçün dilə tutur.

“O məni dilə tuturdu: “Beşcə dəqiqəlik gedək bizə, birdəfəlik hansı cehizi almaq lazım olduğunu görərsən, itimi də sənə göstərərəm. Vallah, sənə barmağımı da vurmayacam.

Onun sözlərinə inandım. O isə məni zorladı, – qadın danışır.

“Özümü çox pis hiss edirdim. Ağrıyırdım, qorxurdum. Getmək istədim, o isə məni hədələməyə və qalmağım üçün dilə tutmağa başladı. Çox utanırdım, camaatın nə deyəcəyini, bundan sonra evə necə qayıdacağımı düşünürdüm, – Aliyə deyir.

Beləliklə də iki ay yarım müddət ərzində o Rüfətin «vətəndaş arvadı», əslində isə girovu oldu.

Kişi onu qorxu içində saxlayır, mütəmadi olaraq döyür və zorlayır, hədələyirdi, bir dəfə də qızını evinə qaytarmaq istəyən yaşlı atasını döydü.

“O, başımı döşəməyə döyürdü, saçımdan sürüyürdü, təhqir edir, söyürdü. Bədbəxtlikdən çox tez hamilə qaldım. O da məni məsxərəyə qoyur, deyirdi: “Arxası üstə uzan, qarnına hoppanım. Toksikozum başladığına, ürəyim bulandığına görə də məni döyürdü. Dizi üstə ona yalvarırdım ki, məni buraxsın, o isə cavab verirdi: “Buradan ancaq meyitin çıxacaq, – Aliyə danışır.

Kömək üçün Aliyənin atası “Təmiz dünya ictimai təşkilatına müraciət edir.

“O, çox qorxmuşdu. Qarşı tərəf ailəni hədələyib, o cümlədən də fiziki təzyiq göstərib. Biz müraciəti qəbul edərək, dərhal Sabunçu rayonuna, 15-ci polis bölməsinə yollandıq. Rəislə danışdıq, onlarsa bu cür şeylərin həqiqətən baş verdiyinə inanmaq istəmirdilər, – “Təmiz dünya ictimai birliyinin rəhbəri Mehriban Zeynalova danışır.

O isə təkid edirdi və sonda polis əməkdaşlarını Rüfət Mehdiyevin evinə getməyə razı sala bildi. Rüfət onları evinə buraxmalı oldu.

Aliyə Mansurovanın keçdiyi məhkəmə tibbi ekspertizası döyülmə və ciddi kəllə-beyin travmasını qeydə aldı. Hazırda psixoloji problemlərdən başqa, onun güclü baş ağrıları var, qismən yaddaşını itirib.

Rüfət Mehdiyevə qarşı Azərbaycanın Cinayət Məcəlləsinin 128-ci maddəsi (“Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılır. Bu maddə cərimə və ya bir ilədək müddətə islah işlərini nəzərdə tutur.

Bir qədər sonra mətbuatda çoxsaylı məqalələr və sosial şəbəkələrdə gedən yazıların sayəsində hüquq-mühafizə orqanları Mehdiyevə qarşı Azərbaycan Respublikasının CM-nin 133.2.2-ci (işgəncə vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 150.1 (Seksual xarakterli zorakılıq hərəkətləri) və 149 (zorlama) maddələri ilə cinayət işi açır.

Nəticədə Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası aldı.

Günah özündədir

Bu halda qadını faktiki olaraq, Azərbaycan cəmiyyəti müdafiə etdi. Amma təbii ki, baş verənlərə görə qurbanın özünü günahlandıran, hətta onun zülmkarını dəstəkləyənlər, evinə niyə gedirdi axı, öz günahıdır dəyənlər də tapıldı.
Bütün hallarda zorakılıq qurbanı olan qadını günahlandırmaq tendensiyası Azərbaycanda o dərəcədə güclüdür ki, hətta qətllər barədə xəbərlər belə təqdiredici şərhlərlə müşaiyət olunur.

“Bacısının oğlanla görüşdüyünü bilən qardaşı onu qətlə yetirdi, – KİV məlumat verir, bu insanlar isə yazır: “Afərin, namusunu qorudu.

“Keçmiş arvadının ikinci dəfə ərə getdiyini bilən kişi onu bıçıqladı. – “Əla, əsl kişidir.

“Gənc qadını gecə səhər 3-də küçədə zorladılar, – “Düz elədilər! Gecə küçədə nə işi varıydı? Yəqin fahişədir. Özü gəl-gəl deyib, – kimi sevincək reaksiya verirlər.

Qadınlara ‪#‎mendanishmagdangorxmuram və buna oxşar digər aksiyalar necə kömək edəcək? Bu aksiyalar tədricən də olsa cəmiyyətin cinsi zorakılıq hallarına münasibətini dəyişir və qadınlara bu dərdləri ilə tək olmadıqlarını göstərir.


More on JAMnews