Onu erməni dilinə və milli mədəniyyətə qarşı laqeydlikdə günahlandırırlar. Nazir hələlik getmək niyyətində deyil" />

Yerevan küçələrində yüzlərlə gənc təhsil nazirinin istefasını tələb edir

Onu erməni dilinə və milli mədəniyyətə qarşı laqeydlikdə günahlandırırlar. Nazir hələlik getmək niyyətində deyil

Араик Арутюнян, министр образования Армении, скандал, отставка, дашнакцутюн, ЕГУ

Ermənistanda milli mədəniyyətə, erməni dilinə və ənənələrə qarşı laqeydlikdə günahlandırılan təhsil nazirinin istefası tələbi ilə etiraz aksiyaları gedir.

Zaman etibarilə ən son hadisə – “Daşnaksütun” partiyasının gənclər qolunun noyabrın 7-dən  “Araik Harutunyansız hökumət iclası” tələbi ilə nazirliyin binası qarşısında başlatdığı oturaq etiraz aksiyasıdır.

Noyabrın 6-dan müddətsiz tətilə baçladıqlarını elan edən Yerevan Dövlət Universitetinin tələbələri də onlara qoşulub.

Ümumilikdə Yerevanda Təhsil Nazirliyinin binası qarşısındakı səkilərdə yüzlərlə gənc oturub və onlar nazir istefa vermədən oranı tərk etməyəcəklərini deyirlər.

Aksiyanın əsas səbəbi Təhsil Nazirliyinin hazırladığı “Ali təhsil və elm haqda” yeni qanun layihəsidir. Layihəyə əsasən, erməni dili, ədəbiyyatı və tarixi qeyri-humanitar fakültələrin tələbələri üçün məcburi fənlər siyahısından çıxarılacaq.

Amma etirazlar daha əvvəl – noyabrın 2-də, Yerevanda Təhsil Nazirliyinin maliyyəsi ilə küçə performansı təşkil ediləndən sonra başlayıb. Tamaşa Ermənistan cəmiyyətində qadınlara böyük azadlıqların verilməsini ideyasını dəstəkləmək məqsədi daşıyıb. Amma Ermənistanda çoxları bu tamaşanı “satanist layihəsi” adlandırıb.

Bütün detallar.

• Üç sinif – eyni otaqda. Uşaqlar sevinir, müəllimlər çaşqınlıq içindədir

Ermənistanın “inqilabçı” hökumətinə kimlər daxildir?

Niyə qadın azadlığını dəstəkləyən performans ifaçılarını satanizmdə günahlandırıblar?

Hər şey noyabrın 2-də alman müəllif Linda Nacinin modern perfomanslı üslubunun pərəstişkarlarının paytaxt metrostansiyalarının birinin yanında “Həyəcan və zəng” tamaşasını nümayiş etdirməsindən sonra başlayıb.

Bu eksperimental tamaşanın nümayişindən xüsusilə qəzəblənən bir neçə nəfər premyeraya mane olmağa çalışıb.

Əvvəlcə bu tamaşaçılar artistlərlə sözlü mübahisəyə girişiblər, sonra isə onlardan biri yaxına gələrək, çıxış edənlərin üzərinə brilyant yaşılı («zelyonka») tökmək istəyib. Anlamadıqları modern tamaşadan narazı qalanlar küçədə “Biabırçılıq!” deyə qışqırıblar.

Məsələyə polis qarışıb, asayişi pozanlar saxlanılıb. Pyesin səhnələşdirilməsinə qarşı çıxanlar isə təşkilatçıları “satanist” adlandırıblar.

Tamaşanın təşkilatçıları isə izah edirlər ki, Linda Nacinin performansı cəmiyyətin qadına sırıdığı rolu göstərməkdən ibarətdir. Artistlərin küçə tamaşasının tənqidçiləri isə bunu qadınlara qarşı və ailədaxili zorakılığın qarşısını almağa yönəlmiş İstanbul Konvensiyasının ratifikasiyasının təbliğatı hesab ediblər.

Ölkədə konvensiyanın ratifikasiya edilməsinə qarşı ciddi müqavimət mövcuddur. Bu yaxınlarda Yerevanda həmin sənədin ratifikasiyası məsələsini hakimiyyətlə müzakirə etmək üçün ölkəyə səfərə gəlmiş Avropa Şurasının nümayəndələrinin gəlişinə etiraz olaraq aksiya keçirilmişdi. Ermənistan sənədi hələ 2018-ci ilin yanvar ayında imzalayıb, lakin hələ də ratifikasiya etməyib. Sənədin əleyhinə olanlar onu milli dəyərlərə və ənənələrə zidd hesab edirlər, hətta onu LGBT cəmiyyətinin təbliğatı ilə əlaqələndirirlər.

Məişət zorakılığı ilə mübarizə milli dəyərlərə ziddir? Ermənistanda İstanbul konvensiyasına qarşı etirz edirlər

Mediada küçədə bu cür tamaşanın mümkünlüyü və ona bu qədər aqressiv reaksiyanın yolverilən olması barədə fəal müzakirələr aparılıb. Təhsil nazirliyinin büdcəsindən 2,7 milyon dram (təxminən 6 min dollar) vəsaitin ayrıldığı performansın faydalılıq dərəcəsi də müzakirə olunmuşdu.

Bununla bağlı hətta ziyalıların və etniqrafların məşhur nümayəndələrinin iştirakı ilə mətbuat konfransları da təşkil edilmişdi. Bu konfranslardan birində Kukla teatrının direktoru Ruben Babayan bildirmişdi:

«Bu hadisə göstərdi ki, Ermənistan doğrudan da Avropa ölkəsidir, lakin biz 600 il geri qalırıq. Bu, sadəcə olaraq, XV əsr Avropasıdır ki, o vaxtlar insanlar anlamadıqları hər şeyi şeytan əməli adlandırırdılar, əcinnə ovu aparılırdı, alimlər isə iddia edirdilər ki. Yer müstəvi şəklindədir».

Араик Арутюнян, министр образования Армении, скандал, отставка, дашнакцутюн, ЕГУ

Tələbələr nazirə qarşı və erməni dilinin məcburi tədrisinin müdafiəsində

Hələlik hazılanma mərhələsində olan, lakin bütün ölkədə müzakirə edilən “Ali təhsil və elm haqqında” yeni nazirlik layihəsi ətrafındakı qalmaqallı vəziyyət odu bir az da alovlandırdı.

Ermənistanda erməni dilini, ədəbiyyatı və tarixi yeni nazirlik layihəsindən qorumağa çalışrlar

Yeni qanun layihəsinə əsasən, “erməni dili”, “erməni ədəbiyyatı” və “Ermənistan tarixi” fənlərinin tədrisi qeyri-humanitar fakültələrin tələbələri üçün məcburi olmayacaq.

Etiraz əlaməti olaraq noyabrın 6-sı səhər Yerevan dövlət universitetinin filologiya fakültəsinin tələbə və müəllimləri tətil elan etdilər.

Aksiya iştirakçıları bildirdilər ki, zərurət yaranarsa, məşğələləri illərlə boykot etməyə hazırdırlar.

Yaranmış vəziyyəti heç olmasa bir qədər yumşaltmaq üçün elə həmin gün Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirliyi rəsmi bəyanatla çıxış etdi və bu bəyanatda deyilir:

«Layihə qəbul edildikdən sonra istənilən universitetin elmi şurasının hüququ var ki, bu fənlərin məcburi şəkildə bütün fakültələrdə tədris edilməsi haqqında qərar çıxarsın».

Məktəblərdəerməni kilsəsinin tarixi öyrənilməlidirmi?

Lakin təhsil nazirinin istefasını tələb etmək üçün daha bir səbəb var. Bu əhvalat hələ 2018-ci ilin iyul ayında başlayıb ki, o zaman ölkədə qəflətən məktəb proqramından “erməni kilsəsinin tarixi” fənninin çıxarılması məsələsi fəal tərzdə müzakirə edilməyə başladı.

O vaxt Ermənistan mediasında məlumat yayıldı ki, ABŞ-ın Ermənistandakı səfiri guya onu məktəb proqramında “erməni kilsəsinin tarixi” fənninin olması, həmçinin bununla bağlı dini azlıqlara təzyiqlərin edilməsinin onu narahat etməsi barədə bəyanat verib.

Təhsil nazirinin bu ideyadan əl çəkməməsi və fənnin məcburi fənlər siyahısından çıxarılmasını Ermənistanın ali patriarxı ilə müzakirə etməyə başlaması da cəmiyyətdə anlaşılmazlıq dalğası yaratdı.

Nəticədə, məsələ Ermənistanın baş naziri Nikol Paşinyana çatdı.

«Tədris proqramlarında “Ermənistan tarixi” fənninin olduğu bir halda “Erməni kilsəsinin tarixi” fənninin tədrisi məntiqə sığmır», – noyabrın 4-də, özünün “Facebook” səhifəsində canlı yayıma qoşulmuş hökumət başçısı bildirib.

Baş nazir nəyə görə belə hesab etdiyini izah edib. Onun sözlərinə görə, kilsə ölkənin bütün tarixi boyunca əhəmiyyətli rol oynayıb və kilsənin tarixini ayrıca öyrənməyin mənası yoxdur. Bundan əlavə, Nikol Paşinyanın rəyinə əsasən, onu ölkənin tarixindən ayırmaq sadəcə mümkün deyil.

Nazir üçün qutu

Yerevan dövlət universitetindən olan hərəkatın fəalları bildirirlər ki, Araik Harutyunyanın vəzifəyə gəlməsindən sonrakı fəaliyyəti belə deməyə əsas verir ki, “bu sahədə o işləyə bilmir”.

“Daşnaksütun” müxalifət partiyasının gənclər qanadından olan fəallar onlarla razıdırlar.

«Bəlkə o, parlaq iş adamı olacaq, bu ölkəyə vergilərlə kömək edəcək. Lakin bizim ödədiyimiz vergilərin antimilli layihələrə [söhbət “Həyəcan və zəng” tamaşasından, həmçinin erməni dilinin, ədəbiyyatının və Ermənistan tarixinin ali məktəblərdə məcburi fənlər siyahısından çıxarılmasından gedir – JAMnews] xərclənməsinə biz bundan sonra yol verməyəcəyik. Qırmızı xətlər var ki, onları keçmək olmaz», – onlardan biri deyib.

Etirazçılar elan ediblər ki, aksiyalar nazirin istefa verəcəyi vaxta qədər davam edəcək.

Aksiya iştirakçıları özləri ilə boş qutular gətiriblər ki. həmin qutuların üzərində “Evinə get”, “Ləyaqətlə get”, “Antimilli qrantlar”, “Geyim” yazıları var.

«İstefa verdikdən sonra Araik Harutyunyan bütün şəxsi əşyalarını bu qutulara toplamalıdır», – fəallar izahat veriblər.

Nazirliyin qarşısına toplaşmış gənclər mütəmadi olaraq vətənpərvərlik ruhunda mahnılar oxuyurlar.

Nazir nə deyir?

Araik Harutyunyan özü istefaya getməyə tələsmir.

Fəallar hökumət binasının qarşısında durduqları və Harutyunyanın nazir postunda özünü bitirdiyini bildirdiyi vaxt o, jurnalistlərə müsahibə verirdi. Təhsil naziri bildirib ki, yalnız özünün işini kifayət qədər effektiv hesab etməyəcəyi təqdirdə istefaya gedəcək.

Arutyunyan həmçinin etirazlara əvvəlki hökumətlərdə portfelləri, o cümlədən təhsil sahəsində portfelləri olan “Daşnaksütun” partiyasının nümayəndələrinin də qoşulmasını şərh edib. O, söz verib ki, “daha öncə mitinq edənlərdən qəbul etdiyi boş yeşikləri onlarla və hətta daha çox cinayət işləri ilə dolduracaq ki, həmin işlər təhsil sahəsində sui-istifadə hallarına görə başlanıb, sonra isə bu yeşikləri onlara yollayacaq”.

 Sosial şəbəkələrdə nə yazırlar?

“Facebook”un erməni seqmentinin istifadəçilərinin rəyləri bu məsələ ilə bağlı parçalanıb. Bəziləri naziri dəstəkləyir, digərləri isə, əksinə, onun tezliklə istefa verməsini tələb edirlər.

Şərhlərdən bəzilərini təqdim edirik:

«Bravo, Harutyunyan!»

«Siz çox ağıllı nazirsiniz! Fəalların 80%-i erməni dilini normal şəkildə bilmir və Ermənistan tarixindən xəbərləri yoxdur! Bu, nəsə sifarişli işdir ki, indiki hakimiyyətin imicini korlasın!»

«Siz hələ keçən il, ötkəm şəkildə məktəbə gəlmiş ruhanini tənqid etdiyiniz zaman istefa verməli idiniz! Təhsil sahəsində sizə yer yoxdur!»

«Artıq özünü reklam etməklə məşğuldur. Anlamır ki, xalq onu qəbul etmir. Özü antierməni dəyərlərinin təbliğatı ilə məşğuldur, hələ kilsənin tarixini də məktəb proqramından çıxarır! Nə qədər tez istefa versə, bir o qədər yaxşıdır

Араик Арутюнян, министр образования Армении, скандал, отставка, дашнакцутюн, ЕГУ


More on JAMnews