Bir vaxtlar Tkvarçel/i “möhtəşəm layihələndirilmiş” sovet şəhəri nümunəsi sayılırdı, bu gün isə tarixin bir küncündə qalıb" />

Keçilər, kabuslar və keçmişdə qalan möhtəşəmlik – Abxaziyada tərk edilmiş şəhərdən reportaj

Bir vaxtlar Tkvarçel/i “möhtəşəm layihələndirilmiş” sovet şəhəri nümunəsi sayılırdı, bu gün isə tarixin bir küncündə qalıb

Slider

Günlərin birində insanlar yox olarsa, Yerdə həyatın necə olacağını bilmək istərdiz? Bir zamanlar Akarmara çiçəklənən mədən şəhəri Tkvarçel/inin bir hissəsi idi. 1970-ci illərdə bu şəhərin əhalisi 35 min nəfərə çatmışdı.

Slider
Tkvarchel/i
Tkvarchel/i
Slider

1992-1993-cü illər gürcü-abxaz müharibəsindən sonra buradakı mədənlər də, kombinatlar da bağlanıb. Tkvarçel/i kabus-şəhərə çevrilərək keçmiş günlərinin bomboz kölgəsi olub.

Slider
Slider

BBC-nin topladığı məlumata görə, Akamarda hazırda 35 sakin qalıb. Amma biz bütün gün ərzində yalnız iki nəfərə rast gələ bildik: yol kənarında bir qadın bal və ədviyyat satırdı, bir kişi isə öz avtomobilini təmir edirdi.

Slider
Akarmara
Slider

Bizə danışdıqlarına görə, yerli sakinlərin qalanı yaşlı insanlardır və evdən nadir hallarda çıxırlar.

Slider
Slider

İnsanlar bu yerləri tərk edib, amma təbiət boşluğu sevmir. Tkvarçel/ini də meşə basır.

Slider
Slider

Küçələrdə insanları keçilər və donuzlar əvəz edib, evlər isə otun, alağın içində qalıb.

Slider
Slider

Yol kənarındakı al qırmızı və gömgöy güllər vaxtilə çiçəklənən mədən şəhərinin yoxa çıxmasını pərdələyir.

Slider
Slider

Akamara Tkvarçel/inin bir hissəsidir, əvvəllər “möhtəşəm layihəndirilmiş” şəhər kimi tanınırdı, əhalisinin sayı 35 min nəfərə çatırdı.

Slider
Slider

“Ən yaxşı zamanlarda Tkvarçel/idə işləmək və yaşamaq üstünlük hesab olunurdu. Yalnız şaxtaçılar yox, mühəndislər və alimlər də belə beyirdi. Bura arzuların şəhəri idi. İkinci Dünya Müharibəsindən sonra bir çox şəhərlər küllərindən yenidən doğulan zaman sovet funksionerləri buranı belə görürdü”, - Rusiyada doğulan fotoqraf Mariya Qruzdeva, “Tkvarçeli haqda nəğmə” kitabının müəllifi 2017-ci ildə British Journal of Photography jurnalına müsahibəsində belə deyib.

Slider
Slider

1990-cı illər Abxaziyanın bir çox yaşayış məntəqələri kimi Tkvarçel/i üçün də sonun başlanğıcı oldu. Demək olar ki, bütün gürcü-abxaz müharibəsi dövrü boyu – 1992-1993-cü illərdə şəhər Gürcüstanın Milli Qvardiyasının nəzarətində olub.

Slider
Slider

Abxaziyanın beynlxalq təcridi ilə yanaşı mədən və kombinatların dayanması da Tkvarçel/ini elə həddə gətirib çıxarmışdı ki, 2011-ci il əhalinin siyahıya alınmasına görə, burada cəmi 5 min insan qalmışdı.

Slider
Slider

Şəhərdə qalanlar keçmiş gözəl günlərdən danışmağı sevmirlər. Həmsöhbətlərimiz Abxaziyanın geniş beynəlxalq aləm tərəfindən tanınmamasının fəsadlarını da müzakirə etmək istəmədilər. “Burada hamı Sovet İttifaqının xiffətini çəkir”, - bələdçimiz Alxas deyir. O, Tkvarçel/inin kənarında böyüyüb.

Slider
Slider

“Burada hamı Sovet İttifaqının xiffətini çəkir”, - bələdçimiz Alxas deyir. O, Tkvarçel/inin kənarında böyüyüb.

Slider
Slider

“O zaman onların işi vardı, indi isə heç nələri qalmayıb”, - Alxaz söyləyir. – “Yayada turist mövsümü olanda onlar sahilyanı şəhərlərdə - Qaqrada, Qudautda və ya Suxumidə işləyirlər”.
“Bəs qışda?”
“Qışda yerli sakinlər həyatda qalmağa çalışırlar”.

Slider
Slider
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayı

More on JAMnews