Kiyev “Ştaynmayer düsturu” ilə razılaşıb. Keçmiş prezident Poroşenko hesab edir ki, yeni hokumət Rusiyanın təzyiqinə təslim olub " />

Kapitulyasiya, yoxsa çoxdan gözlənilən sülh? Ukrayna nəyə razı oldu?

Kiyev “Ştaynmayer düsturu” ilə razılaşıb. Keçmiş prezident Poroşenko hesab edir ki, yeni hokumət Rusiyanın təzyiqinə təslim olub

«Ştaynmayer düsturu»na qarşı etiraz aksiyası საპროტესტო აქცია „შტაინმაიერის ფორმულის“ წინააღმდეგ

Ukrayna münaqişənin nizamlanması üzrə Minsk razılaşmasının yerinə yetirilməsi çərçivəsində “Ştaynmayer düsturu” ilə razılaşıb. O cümlədən Kiyev ölkənin şərqində nəzarəti altında olunmayan ərazilərə, ədalətli seçkilərin keçiriləcəyi təqdirdə bu əraziyə xüsusi statusun tanınmsına razılıq verib. Bu qərar Ukraynanın qərb tərəfdaşları tərəfindən bəyənilsə də, Ukrayna cəmiyyətində birmənalı qarşılanmayıb.  

Minsk razılaşması nədir? 

Ukraynanın şərqində hərbi münaqişəni nimzamlaması üzrə sənəd 11-12 fevral 2015-ci il tarixində Minskdə “normand dördlüyü” adlandırılan Almaniya, Fransa, Ukrayna və Rusiya arasında gərgin danışıqlardan sonra qəbul olunan sənəddir. Sənəd Ukrayna, Rusiya, ATƏT və tanınmamış “xalq respublikaları”nın nümayəndələri tərəfindən imzalanıb.  

Ukraynalılar hakimiyyəti ələ saldılar. Aktyor-komik necə prezident oldu 

Rusiya ilə Ukrayna arasındakı fərq nədədir 

Rusiyanın MH17-nin məhvində və kiber müharibələrdə əli var 

Razılaşma o cümlədən aşağıdakıları nəzərdə tutur: 

• Atəşkəsin elan olunması, ağır hərbi texnikanın  təmas xəttindən çəkilməsi və bütün əsir və girovların mübadiləsi 

• Ukraynada Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunun qəbul olunması 

• Münaqişə iştirakçılarının amnistiyası 

• Ukrayna qanunvericiliyinə əsasən və ATƏT-in müşahidəsi ilə yerli seçkilərin keçirilməsi 

• Bütün xarici qoşunların və muzdluların çıxarılması, qanunsuz hərbi birləşmələrin tərksilah olunması 

• Rusiya ilə sərhədin Ukrayna rəsmi qurumlarının nəzarəti altına verilməsi 

• Yerli hakimiyyət orqanlarının hakimlərin təyin olunmasında iştirakı, yerli “xalq polisinin” yaradılması 

 Ukrayna konstitusiyasının desentralizasiyası məqsədi ilə ona dəyişikliklərin edilməsi 

Amma razılaşma hələ də yerinə yetirilməyib. Ukrayanın şərqində mövqe döyüşləri davam edir, hər iki tərəfdən insanlar həlak olur. Beynəlxalq ictimaiyyət məsuliyyəti Rusiyanın üzərinə qoyur. ABŞ və Aİ razılaşmanın şərtlərinə əməl etmədiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 

Ukraynada 2014-cü ildən ölkənin şərqində hökumət qoşunları ilə Rusiyayönlü birləşmələr arasında gedən hərbi əməliyyatlar nəticəsində 10 mindən çox adam həlak olub. 

«Ştaynmayer düsturu»na qarşı etiraz aksiyası, Kiyev, 2 oktyabr 2019-cu il   REUTERS/Valentyn Ogirenko 

Ukrayna nəyə razılıq verdi?

Oktyabrın birində Minskdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Kiyevin rəsmi təmsilçisi kimi danışıqların digər iştirakçıları ilə birlikdə “Ştaynmayer düsturu”nun implementasiyasına razılıq imzalayıb. 

Frank Valter Ştaynmayer Almaniyanın xarici işlər naziri olanda 2016-cı ildə Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə öz “düsturunu” təqdim edib. Düstur o cümlədən, Donbassın xüsusi statusu barədə müvəqqəti qanunun qəbul edilməsini nəzərdə tutur, qanun regionda yerli seçkilərin keçirildiyi gün qüvvəyə minməlidir. ATƏT missiyası seçkiləri ədalətli hesab etdiyi halda qanun artıq daimi əsaslarla qüvvəyə minəcək. 

Əsas seçkiqabağı vədi “müharibəni dayandırmaq” olan Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın birində xüsusi brifinq keçirib. Zelenski bildirib ki, razılaşmanın şərtlərinə əsasən regionların xüsusi statusu barədə yeni qanun işlənib hazırlanacaq, hansı ki, yalnız seçkilərin Ukrayna qanunvericiliyinə əsasən keçirildiyi halda qüvvəyə minəcək. “Bu isə o deməkdir ki, avtomat lüləyi altında heç bir seçki olmayacaq” və “Donbass artıq işğal altında olmayacaq”. 

Ukraynada və Qərbdə reaksiya 

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Ştaynmayerin düsturu”nu “Rusiyanın işi” adlandırıb. 

«Rusiya bu versiyanı qəbul etdirməyə cəhd edib, Ukrayna tərəfi isə həmişə qəti etirazını bildirib, bizim alman, fransız və amerikalı tərəfdaşlarımız da həmişə Ukrayna tərəfini dəstəkləyiblər”, – Poroşenko deyib. 

O bildirib ki, “düstur”un qəbul edilməsi zəifləmə və hətta Rusiyadan sanksiyaların götürülməsi deməkdir.  

Rusiyayönlü “Müxalif platforma – Həyat naminə” isə əksinə razılaşmanı alqışlayır. “Bunu beş ildən çox sürən münaqişənin dinc siyasi yolla tənzimlənməsi üçün mühüm siyasi iradənin nümayişi hesab edirik”, – partiyada bildiriblər. 

Yuliya Timoşenkonun “Batkivşina” partiyasında “Ştaynmayer düsturu”nun imzalanmasını millu təhlükəsizlik, ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdid adlandırıblar. 

Oktyabrın birində axşam Nezalejnost Maydanında Ukrayna tərəfindən “Ştaynmayer düsturu”nun dəstəklənməsinə etiraz əlaməti olaraq onlarla adam toplaşıb. Etirazçılar oktyabrın ikisi axşam da Maydana gəlib. 

Eyni zamanda Almaniyanın xarici işlər naziri Qayko Maas razılaşmanı alqışlayıb. 

«Şadam ki, Minskdəki üçtərəfli kontakt qrupundakı konstruktiv ab-hava o yerə gətirib çıxarıb ki, biz çoxdan gözlədiyimiz proqressə nail olmuşuq. Bu, norman dördlüyü liderlərinin sammiti və Minsk razılaşmalarının digər mərhələlərinin realizəsi üçün qapı açır», – deyə almaniyalı nazir bildirib. 

Politoloq Mixail Basarab «Qromadske»nin efirində bildirib ki, Ştaynmayer planını ona görə tənqid edirlər ki, o, siyasi nizamlanmanı (seçkilərin keçirilməsi, xüsusi status) “ərazi işğaldan azad olunana, Rusiya qoşunları oradan çıxana və Ukrayna sərhəd üzərində nəzarəti bərpa edənə qədər” başlamağı təklif edir. Eyni zamanda Basarab qeyd edir ki, “Ştaynmayer düsturu”nun özü Minsk razılaşmalarında olmayan, Zelenskinin yerinə yetirmək öhdəliyi götürmədiyi heç nəyi təklif etmir.  

Ukrayna hərbçiləri Donbassda, aprel 2019. REUTERS/Gleb Garanich

Diplomat, Ukraynanın Aİ-də keçmiş səfiri Andrey Veselovski hesab edir ki, Ukrayna tərəfindən “Ştaynmayer düsturu”nun razılaşdırılması milli maraqlara xəyanət demək deyil.  

«Seçkilər Ukrayna konstitusiyası və qanunvericiliyinə uyğun həyata keçirilir, həm də bu seçkilər üçün qanunvericilik hələ yazılmayıb, o qüvvədə olandan daha sərt və dəqqitlə yazıla bilər, onda mən deyərdim ki, bu “xəyanət” deyil, “qələbədir», – deyə o qeyd edib. 

Eyni zamanda qondarma “xalq respublikaları”nın liderləri Denis Puşilin və  Leonid Paseçnikov bildiriblər ki, “Ştaynmayer düsturu”nun razılaşdırılması “Donbass xalqının öz müqəddəratını özünün həll etməsi” deməkdir. Onların sözlərinə görə, “Kiyev hakimiyyəti sərhəd üzərində heç bir nəzarət almayacaq”. 

Gələcək sammti nəticə kimi 

Ukrayna və onun nəzarəti altında olmayan əraziləri üçün qəbul edilən qərarın nəticəsi hələ aydın olmasa da, Rusiya və onun normand dördlüyü formatı üzrə Avropa tərəfdaşlarının müəyyən siyasi nəticələrinə artıq nail olunub. 

O cümlədən, “Ştaynmayer düsturu”nun razılaşdırılması dörlüyün – Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin görüşünün keçirilməsi üçün Rusiyanın irəli sürdüyü şərt olub. 

Bəzi Qərb ekspertləri bildirirlər ki, Fransa və Almaniya Minsk razılaşmalarının yerinə yetirilməsində irəliləyiş olduğu halda Rusiya ilə sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. 


More on JAMnews