İqtidar partiyasında hesab edirlər ki, irəli sürülmüş ittihamlara qarşı hüquqi arqumentləri olmadığı üçün eks-prezidentin komandası təqib haqda danışır" />

Ermənistanın keçmiş prezidenti – cinayətkar, yoxsa siyasi təqib qurbanı? Vəkillər Serj Sarqsyanın işində kobud pozuntular olduğunu bildirirlər

İqtidar partiyasında hesab edirlər ki, irəli sürülmüş ittihamlara qarşı hüquqi arqumentləri olmadığı üçün eks-prezidentin komandası təqib haqda danışır

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyana qarşı cinayət işinin materialları cinayət tərkibini sübut etmir. Onun vəkilləri bu bu cür bəyanatla çıxış ediblər.

Söhbət Serj Sarqsyana qarşı “dizel” işi üzrə irəli sürülən ittihamdan gedir. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, milyon dollardan çox həcmdə büdcə vəsaitini talamaqda günahlandırılır.

İlkin istintaq sona çatıb, iddianamə prokurora təqdim olunub. Ermənistanın Xüsusi İstintaq Xidməti hesab edir ki, işin materialları artıq məhkəməyə göndərilə bilər.

Bütün bunlarla yanaşı Serj Sarqsyanın vəkilləri müvəkkillərinin işində kobud pozuntulara yol verildiyini bildirirlər və onlar hesab edirlər ki, bu, hakimiyyətin Sarqsyana qarşı həyata keçirdiyi siyasi təqibdir.

Cavab özünü çox gözlətməyib. İqtidar partiyasından bildiriblər ki, keçmiş dövlət başçısının vəkillərinin sadəcə irəli sürülmüş ittihamlara qarşı əsaslı hüquqi arqumentləri yoxdur.

Serj Darqsyan nədə günahlandırılır? – Bütün təfərrüatlar

Ermənistranın keçmiş prezidenti Robert Koçaryan niyə həbs olunub?

 Vəkillərin bəyanatı

Yanvarın 21-də eks-prezidentin vəkillər komandası bəyanatla çıxış edib və bildiriblər ki, Sarqsyan cinayət məcəlləsinin kobud pozuntuları ilə təqsirli şəxs kimi cəlb olunub. İşin materiallarında cinayət tərkini sübut edən dəlillər yoxdur.

Üstəlik, Sarqsyanın müdafiəçiləri qeyd ediblər ki, “toplanmış məlumatlar ümumiyyətlə cinayət tərkibinin olmadığına dəlalət edir”.

Keçmiş prezidentin vəkilləri onu da bildirirlər ki, müstəntiqin Serj Sarqsyanın əmlakına həbs qoyulması haqda qərar verməsi üçün əsas ola biləcək heç bir sübut olunmuş fakt yoxdur.

Bundan başqa, vəkillər istintaqın onların işin obyektiv və hərtərəfli araşdırılması və iş üçün mühüm olan sübutların əldə olunması haqda vəsatətini rədd etdiyini də vurğulayıblar.

“Bu, bizim Serj Sarqsyana qarşı cinayət-prosessual örtüyü altında siyasi təqibin gizləndiyinə dair əminliyimizi bir daha təsdiqləyir”, – bəyanatda deyilir.

Ən əsası isə vəkillər xatırladıblar ki, Ermənistan konstitusiyasına əsasən, prezident siyasi toxunulmazlığa sahibdir və statusundan irəli gələn əməllərinə görə cinayət təqibinə məruz qala bilməz.

İqtidar partiyasının cavabı

İqtidarda olan “Mənim addımım” fraksiyasından olan deputat Qayane Abramyan Serj Sarqsyanın vəkillərinin bəyanatına cavab verib.

Onun fikrincə, Sarqsyanın komandası irəli sürülmüş ittihamlara qarşı hüquqi arqumentə sahib olmadığı üçün məsələni siyasi müstəviyə keçirir.

Deputat prezidentin toxunulmazlığı məsələsini də şərh edib.

“Ona qarşı hazırda irəli sürülən ittihamlar üzrə törədilən əməllər heç bir halda onun səlahiyyətlərindən irəli gəlməyib və heç bir vəchlə onun fəaliyyət sahəsinə aid olmayıb”.


More on JAMnews