Komandanın iki həftə əvvəl təyin olunan yeni məşqçisi istefaya getməyə hazırdır, amma işləri düzəltmək üçün üzərinə məsuliyyət götürə də bilər" />

Ermənistanın futbol üzrə yığması italyanlara 1:9 hesabla uduzub və öz anti-rekordunu yeniləyib

Komandanın iki həftə əvvəl təyin olunan yeni məşqçisi istefaya getməyə hazırdır, amma işləri düzəltmək üçün üzərinə məsuliyyət götürə də bilər

Италия-Армения, сборная Армении по футболу, спорт, футбольная федерация, Ванецян, Хашманян

Ermənistanın futbol üzrə milli yığması öz tarixinin ən böyük məğlubiyyətini yaşayıb. Noyabrın 18-də “Avro-2020”-nin sonuncu seçmə turunda Ermənistanın milli komandası İtaliyada yerli yığma ilə oynayıb və 1:9 hesabı ilə məğlub olub.

Buna qədər 1997-ci ildə Ermənistan komandası iki dəfə Çili və Gürcüstan yığmalarına 0:7 hesabı ilə uduzmuşdu.

Məğlubiyyətlər silsiləsi Finlandiya komandası ilə oyundan başlayıb, sonra isə Ermənistan futbolçuları ev oyununda yunanlara uduzublar.

Yeri gəlmişkən, Yerevanda keçirilən Ermənistan-İtaliya oyunu da rəqidin qələbəsi ilə başa çatıb (3:1).

Baş məşqçi istefaya getməyə hazırdır

İlk növbədə demək lazımdır ki, Ermənistanın futbol üzrə yığma komandasının baş mışqçisi Abraam Xaşmanyan noyabrın 6-da təyin edilib və komandaya cəmi 13 gündür ki, rəhbərlik edir.

“Mən Ermənistanın ən təcrübəli məşqçilərindən birinə üstünlük verdim… Ermənistan millisi 2019-cu ildə bir neçə möhtəşəm qələbə qazanıb. Ümid edirəm ki, yeni məşqçinin rəhbərliyi ilə bizim yığmamız azarkeşləri sevindirəcək”, – həmin gün Ermənistan Fotbol Federasiyasının rəhbəri Artur Vanetsyan demişdi.

Xaşmanyan özü isə italyanlara uduzandan sonra bildirib ki, bütün məsuliyyəti öz üzərinə götürür:

“Təəssüf ki, fəlakət Ermənistan yığmasının hazırkı vəziyyətini ideal şəkildə əks etdirir. Mən vəzifəyə gələndə ehtimal edirdim ki, belə bir şey ola bilər. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm, bu mənim günahımdır”.

Ermənistan yığmasının baş məşqçisi qeyd edib ki, Futbol Federasiyası qərar belə verərsə, istefaya getməyə hazırdır.

“Yox, əgər rəhbərlik qərara gəlsə ki, mən işimə davam etməliyəm, o zaman mən hər şeyi dəyişməli olacam, çünki mənim nəzərimcə, heç nə yığma [statusuna] müvafiq deyil, hətta təşəkkür də”, – Xaşmanyan deyib.

Şərh

Mediaekspert, “Cybersport” internet nəşrinin rəhbəriNikolay Petrosyan Facebook səhifəsində yazıb  ki, “İtaliyanın ikinci tərkibindən 1:9 – bu, total korrupsiyanın və maarifsiz diletantlığın sintezinin gətirib çıxardığı qanunauyğun nəticədir”.

O, sadəcə bəyanatla kifayətlənməyib, həmçinin “təcili həəyata keçirilməsi lazım olan” böhrana qarşı planını da təsvir edib. Aşağıda tam mətni təqdim edirik:

Vanetsyan, Melikbekyan, Nikoqosyan [Futbol Federasiyasının rəhbərliyi – JAMnews] (artıq “qəhrəmanların” adlarını çəkmək lazımdır) və yoldaşları istefaya getməlidirlər, əgər onların vicdanı və ləyaqəti varsa. əks təqdirdə onlardan bunu israrla xahiş etmək lazımdır.

• Federasiyanın tam maliyyə auditini həyata keçirmək və əldə olunan nəticələri dərc etmək.

• Futbolçular Bosniya və Herseqovina üzərində heç bir əhəmiyyəti olmayan qələbəyə görə aldıqları mükafatı (hərəsinə 12 min avro) geri qaytarmalıdırlar. Bu pulları həlak olmuş əsgər və zabitlərin ailələrinin hesablarına köçürmək.

• Dəvət olunmuş industriya peşəkarlarına milli futbolun yaxın 10-12 il üçün inkişaf strategiyasını hazırlatmaq.

• Federasiyanın büdcəsini yenidən paylaşdırmaq, millinin xərclərini minimuma endirərək, infrastruktura, kadrlara (məşqçi, menecer, tibb işçiləri və sairə) və uşaq-yeniyetmə futboluna ayrılan xərcləri maksimum artırmaq.

Ermənistan futbolçusu, İsveçin “Linçöpinq Siti” klubunun yarım-müdafiəçisi Levon Paçacyan da milli komandanın son oyunu ilə bağlı narazılığını ifadə edib.

O, Facebook səhifəsində bunları yazıb:

“Bu səviyyədə oyunlar üzərində təcrübə aparmaq olmaz, xüsusən də əgər bunun işə yaramayacağına 99 faiz əminlik varsa! Yəni doğrudanmı birinci hissədən sonra siz görmədiniz ki, komanda bu fəndi heç cürə qəbul etmir?! İndi biz bütün xalq olaraq biabır olduq! İndi buna görə cavab verin, növbə ilə istefaya gedin! Futbolçulara nə demək olar? Lidersiz oyun… Yaxşı, siz bu qədər oyun oynamısız, yəni aranızda bir nəfər güclü oğlan yox idi ki, nə baş verdiyini anlasın və nəyin nə olduğunu desin? Bizim bu gün məşqçimiz yoxdur da, indi bu o deməkdir ki, bizə 9 qol vurmalıdırlar?!”

Xaşmanyan kimdir?

Abraam Xaşmanyan baş məşqçi vəzifəsinə noyabrın 6-da təyin edilib. Onun müqaviləsinin müddəti 2020-ci il noyabrın 30-a qədərdir. Onun istefası haqda hələlik məlumat yoxdur.

Yeri gəlmişkən, onun sələfi Armen Gülbudaqyants Ermənistanın futbol yığmasının baş məşqçisi vəzifəsindən oktyabrın 18-də istefa verib.

Onun sözlərinə görə, Ermənistan yığmasının “Avro-2020”-nin final hissəsinə çıxa bilməməsi buna səbəb olub.

Xaşmanyana gəlincə, o, bir vaxtlar Ermənistanın ən perspektivli futbolçularından biri hesab olunub. Xaşmanyan SSRİ-nin yeniyetmələrdən ibarət yığmasına cəlb olunub.

O, Sovet İttifaqı Birinciliyində Ermənistanın aparıcı klubları olan “Ararat” (Yerevan) və “Kotayk” (Abovyan) komandalarının tərkibində çıxış edib.

Amma Xaşmanyan məşqçi kimi daha çox uğur qazanıb. Futbol çevrələrində deyirlər ki, o, klubları “dibdən” çəkib çıxarmağı bacarır. Məhz onun rəhbərliyi altında Yerevanın “Alaşkert” klubu ölkə çempionatında qələbə qazanıb və beynəlxalq Avropa turnirlərində çıxış edə bilib.

Италия-Армения, сборная Армении по футболу, спорт, футбольная федерация, Ванецян, Хашманян

Xaşmanyanın məşqçi qismində əldə etdiyi nailiyyətlər:

• Ermənistanın ikiqat çempionu (2015-2016, 2016-2017)

• Ermənistan Kubokunun qalibi (2018/2019)

• Ermənistan Superkubokunun qalibi (2016).


More on JAMnews