Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onlara tədbirdən bir gün əvvəl zəng vurub, bilet təklif edəcəklər " />

Ermənistanda pensiyaçılar konsert və tamaşalara pulsuz gedə bilərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onlara tədbirdən bir gün əvvəl zəng vurub, bilet təklif edəcəklər

İndən belə Ermənistanda pensiyaçılar konsert və teatr tamaşalarına pulsuz gedə biləcəklər.

Bunu kim düşünüb?

Təşəbbüs mədəniyyət, bir də əmək və sosial məsələlər nazirliklərinə aiddir. Mədəniyyət nazirinin səlahiyyətlərini yerinə yetirən Lilit Makunts və əmək və sosial məsələlər nazirinin səlahiyyətlərini yerinə yetirən Mane Tandilyan bu gün müvafiq hökumətlərarası razılaşma imzalayıblar.

Lilit Makunts bildirib ki, layihənin əsas məqsədi yaşlı insanların həyatına rəng qatmaqdır:

“Müxtəlif Avropa şəhərlərinə səfər edərkən bizdə belə təəssürat yarandı ki, həyat məhz pensiya yaşından başlanır. Biz də imkanlarımız çərçivəsində bizim pensiyaçıların həyatını bir qədər rəngləndirmək qərarına gəldik”.

O, həmçinin bildirib ki, artıq razılaşmalar əldə edilib: bütün teatrların rəhbərlikləri bu proqram çərçivəsində bilet təqdim etməyə hazırdır. Dəqiq müəyyən edilmiş say yoxdur. Amma konkret zaldakı yerlərin sayından asılı olaraq bütün biletlərin 2,5 faizindən 20 faizinə qədərini pensiyaçılar üçün ayırmaq mümkündür.

“Pensiyaçılar daha artığına layiqdir və bu, hazırda qurumumuzun onlar üçün edə biləcəyi minimumdur”, – Mane Tandilyan bildirib.

İlk tamaşalara pensiyaçılar artıq noyabrın 8-də gedə biləcəklər.

Ermənistanda sosial problemləri həll edən və insanlara kömək edən yeni biznes növü

Kor musiqiçilər və onların Ermənistandakı unikal layihəsi

Proqramdan nə qədər insan yararlanacaq?

İlkin hesablamalara görə, hər ay iki minə yaxın pensiyaçı proqramdan yararlana biləcək. Biletləri Əmək və Sosial Məsələlər Nazirliyi paylayacaq.

Üstəlik tamaşaya və ya konsertə bir gün qalmış pensiyaçılara nazirlikdən zəng vurulacaq və tədbirə gəlmək istəyib-istəmədikləri soruşulacaq.

Son məlumatlara görə, Ermənistanda 446 minə qədər pensiyaçı var.


More on JAMnews