Silsiləyə üç detallı test daxil olacaq. Bu dəfə yeni hökumətin formalaşdırılmasının bütün təfərrüatları haqda. İkinci məqalə korrupsiyaya qarşı mübarizə üzrə atılan addımlar barədə olacaq. Üçüncüdə isə seçki islahatlarından bəhs edəcək " />

Ermənistanda “inqilab” hökumətinə kimlər daxildir? JAMnews-un yeni Ermənistanın ilk üç addımı haqda yeni silsiləsi

Silsiləyə üç detallı test daxil olacaq. Bu dəfə yeni hökumətin formalaşdırılmasının bütün təfərrüatları haqda. İkinci məqalə korrupsiyaya qarşı mübarizə üzrə atılan addımlar barədə olacaq. Üçüncüdə isə seçki islahatlarından bəhs edəcək

Müstəqil Ermənistan tarixində 20018-ci ildə ilk dəfə inqilab nəticəsində hakimiyyət dəyişikliyi baş verdi. uzunmüddətli kütləvi aksiyalara müxalif deputat Nikol Paşinyan rəhbərlik edirdi. Mayın 8-də parlament məxməri inqilabın liderini baş nazir seçdi.

 JAMnews inqilabçı baş nazirin ilk addımlarına həsr olunmuş yeni silsiləyə başlayır. Bu məqalədə Paşinyanın formalaşdırdığı 15-ci Ermənistan hökuməti harda bütün təfərrüatlar əks olunub.

K

onstitusiya baş nazirə 15 gün ərzində kabinet formalaşdırmağa imkan verirdi, amma bütün təyinatlar bir həftə ərzində həyata keçirildi. Artıq mayın 21-də hökumətin yeni tərkibi and içib, vəzifə səlahiyyətlərinin icrasına başlamışdı.   

Hökumətin tərkibinə üç baş nazir müavini və 17 nazir daxildir.

Kadr məsələləri

Nikol Paşinyan öz hökumətinin formalaşdırılması prinsiplərini açıqlayanda hələ baş nazir deyildi:

  • kadrlar dağıdılmayacaq
  • “bizdən olan və olmayan” meyarı tətbiq edilməyəcək
  • böyük potensiala malik əməkdaşlar işdən azad olunmayacaq
  • “tanış-qohum-dayday” prinsipi artıq qüvvədən düşəcək

İstefaların sayına görə ehtimal etmək olar ki, əvvəlki hökumətdə demək olar, böyük potensiallı adamlar olmayıb.

Yeni hökumətin müxtəlif sahələrində rəhbərlərin əksəriyyəti Nikol Paşinyanın “Vətəndaş borcu” partiyasının üzvləridir, yəni “özlərinkilər”, onların dostları və doğmaları

Gənclərin hökuməti

Hökumətdə ən gənc baş nazirin müavini Tiqran Avinyan və diaspora naziri Mxitar Hayrapetyandır. Avinyanın 29, Hayrapetyanın 28 yaşı var.

Nazirlərdən doqquzunun hələ qırx yaşı yoxdur, yaşca ən böyük isə xarici işlər naziri Zohrab Mnatsakanyandır, onun 52 yaşı var.

Baş nazir Nikol Paşinyan 43 yaşındadır.

Yalnız nazirlər “cavanlaşmayıb”, hakimiyyətin digər həlqələrinin yeni rəhbərləri də gənc insanlardır. Məsələn, Lusaşox kəndinin rəhbəri 25 yaşlı tələbə Narine Qalstyan seçilib.

Cavanlaşma prosesində  kazuslar da baş verib. Diaspora nazirinin müşaviri vəzifəsinə 27 yaşlı Vaharşak Hakopyan təyin edilib. Ermənistan mediası o zaman yazmışdı ki, “İctimai xidmət haqda” qanuna əsasən, hələ üç il – 30 yaşına çatana qədər  – o nazirə müşavirlik edə bilməz.

Nazirlikdən cavab verildi ki, qanun nöqteyi-nəzərindən heç bir pozuntu yoxdur, Hakopyanın namizədliyi bu vəzifənin tələblərinə uyğundur. Bununla belə onu müşavir vəzifəsindən azad edib, nazir köməkçisi təyin etdilər.

İnqilab hökuməti

Kabinetdə ilk növbədə  inqilab iştirakçıları vəzifə alıb. Məsələn:

  • baş nazirin iki müavini,
  • təhsil və elm naziri,
  • diaspora naziri,
  • ərazi idarəetməsi və inkişaf naziri,
  • Dövlət Nəzarət Xidmətinin rəhbəri,
  • Təhlükəsizlik Şurasının katibi.

Müxalifətçilər dərhal reaksiya verərək, bildiriblər ki, “onları çəkdikləri əzaba görə mükafatlandırıblar”.

Keçmişi təmiz və az təcrübəli ziyalı nazirlər

İyirmi hökumət üzvündən on iki nəfəri xaricdə – Böyük Britaniyada, Hollandiyada, Yunanıstanda, ABŞ-da, həmçinin Rusiyada təhsil alıb.

Onların hamısı keçmişi təmiz insanlardır.

Yeni kabinet kasıb və dürüst komanda kimi tanınır. Onlardan bəzilərinin gəlir haqda deklarasiyalarında sıfır balans qeyd olunub. Məsələn, bu, Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryana aiddir.

Bu hökumətin təcrübəsi azdır, çünki üzvlərinin yaşı da azdır. Amma onların ətrafında etimad ab-havası formalaşıb və insanlar şüurlu şəkildə öz qorxularını kənara qoyur, onlardan effektiv iş gözləyir.

Şübhəli təyinatlar

Amma yenə də baş nazirin heç də bütün təyinatları bəyənilməyib.

Məsələn, Valeri Osipyanın polis rəisi təyin olunması birmənalı qarşılanmayıb. Daha əvvəl o, Yerevan Polis İdarəsinin rəis müavini vəzifəsini tutub. Və o, əvvəlki hakimiyyətə qarşı etiraz aksiyaları zamanı vəziyyəti şəxsən nəzarət altında saxlayıb.

Baş nazir şəxsən Facebook səhifəsindən növbəti canlı yayım zamanı insanlara bu qərarı hansı səbəblə qəbul etdiyini izah etməli olub:

“Valeri Osipyan korrupsiyaya qurşanmayıb, bu isə polis sistemində nadir haldır. Üstəlik o heç bir klanın, o cümlədən də polis klanının üzvü deyil”.

Amma Dövlət Gəlirləri Komitəsinə və polisə keçmişini ləkələmiş insanların təyinatı yenə də anlaşılmaz qalıb.

Köhnə hökumətdən yenisinə

Keçmiş nazirlərdən yalnız üçü öz portfelini qoruya bilib. Amma onlardan heç biri əvvəlki vəzifəsində qalmayıb.

Fövqəladə hallar naziri David Tonoyan müdafiə naziri təyin edilib.

İdman və gənclər naziri Qraçya Rostomyan Fövqəladə Hallar Nazirliyinə keçib.

Təbiətin mühafizəsi naziri Artsvik Minasyan iqtisadi inkişaf və investisiyalar naziri olub.

Keçmiş iqtidarı təmsil edən Respublikaçılar Partiyasından heç kim nazirlər kabinetində qalmayıb. Partiyada belə qərara gəliblər ki, onların üzvləri partiyadakı üzvlüklərini dondurub, yeni hökumətdə çalışa bilər. Amma bu imkandan yalnız təbiəti mühafizə nazirinin müavini Xaçik Hakopyan istifadə edib.

Siyasi razılaşmalar

Ermənistanda koalisiya yaradılıb və ilk dəfə bu fakt sənədlə təsbit edilməyib.

Paşinyanın təmsil etdiyi “Yelk” siyasi blokundan başqa hakimiyyətə “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partyaları da daxildir. Nazirlər Kabinetində bitərəflər də var.

“Çiçəklənən Ermənistan ” partiyasının nümayəndələri baş nazirin müavini vəzifəsini, dörd nazir portfeli, həmçinin dörd vilayətin qubernatorluğunu əldə edib. Daşnakların iki qubernatoru və iki naziri var.

Hökumətdə və orduda xidmət

Bu günlərdə Paşinyanın oğlu orduya xidmətə gedib. Daha əvvəl baş nazir xaricdə yaşayan ermənilərə müraciət edərək onları vətənə qayıdıb, orduda xidmət çəkməyə çağırmışdı. 320 nəfər bu çağırışa cavab verib, yay çağırışına qatılıb, hərbi xidmətə yollanıb.

Amma hökmətin özündə xidmət çəkməyənlərin sayı az deyil. Bu, baş nazirin birinci müavini Ararat Mirzoyan, baş nazirin müavini Tiqran Avinyan, təhsil və elm naziri Araik Harutunyan, diaspora naziri Mxitar Hayrapetyan, iqtisadi inkişav və investisiyalar naziri Artsvik Minasyandır.

Baş nazir Nikol Paşinyan özü də orduda xidmət etməyib.

O bu məsələyə də aydınlıq gətirib:

“1991-ci ildə qüvvədə olan qanuna əsasən, dövlət sadəcə məni orduya çağırmayıb və başqa işlərlə məşğul olmağa göndərib. Həmçinin o da bildirilmişdi ki, iki böyük qardaşı orduda xidmət etdiyi üçün üçüncünü aparmayacağıq. İki müxtəlif vəziyyət var. Birincisi, insan problem həll edir ki, xidmətə getməsin, ikincisi, dövlət deyib ki, hörmətli vətəndaş, bu durumda sizin orduda xidmət əvəzinə başqa işlərlə məşğul olmanızı istəyirik.

Əgər məlum olsa ki, hökumət üzvlərindən kimsə, xidmətdən və ya qanunla nəzərdə tutulmuş hansısa borcundan yayınıb, o azad ediləcək”.

Əvvəlki bəyanatlardan geri çəkilmə

Bu hökumətə səsləndirilmiş bəyanatlardan geri çəkilməsi xatırladılır.

Məsələn, Parlamentdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Yelk” fraksiyası 2017-ci ildə Ermənistanın Rusiyanın himayə etdiyi Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edirdi. Amma artıq vəzifəyə seçilmə ərəfəsində Paşinyan bildirdi ki, yeni hökumət əvvəlki siyasi kursdan sapmaq və AAİİ üzvliyindən imtina etmək niyyətində deyil.

Xarici siyasət

Artıq dəfələrlə yeni hökumətin Qərb, yoxsa Rusiyayönlü olduğu haqda sual gündəmə gəlib. Bu sualın aydın cavabı hələlik yoxdur. Baş nazirin özü artıq bir neçə dəfə bildirib ki, nə Qərb, nə də Rusiyayönlü siyasətçidir, o Ermənistanyönlüdür.  

Avropa İttifaqı üzvləri dəfələrlə bəyan ediblər ki, onun hökumətini hərtərəfli dəstəkləməyə hazırdırlar. Rusiya da öz növbəsində yeni baş nazirin fəaliyyətini alqışlayıb.

İnsanlar hökumətdən nə gözləyir və əldə edir?

İnsanların çoxunu sosial vəziyyətin yaxşılaşması və korrupsiya ilə real mübarizə maraqlandırır.

Birincisinə zaman lazımdır və insanlar səbrlə gözləyir. Hökumətdən ikinci gözlənti korrupsiya ifşaları və səs-küylü həbslərlə reallaşdırılır. Eyni zamanda büdcəyə böyük pullar qaytarılır. Baş nazir Paşinyan bilririb:

“Biz dövlət büdcəsinə ciddi məbləğlər qaytarmalıyıq, dövlətə dəymiş ziyanı sona qədər bərpa edəcəyik, biz yolumuzdan dönməyəcəyik”.

  • Korrupsiya ilə mübarizə haqda – JAMnews-un bu silsilədən olan növbəti məqaləsində

 

Facebook Comments

More on JAMnews