Aydındır ki, onların bir qismi “kölgədə” olub və indi rəsmi qeydiyyatdan keçib. Amma məlum deyil ki, neçə faiz kölgədən çıxıb və nə qədər real iş yeri yaradılıb" />

Ermənistanda aydınlaşdırmağa çalışırlar: inqilabdan sonra 50 min iş yeri nəyin hesabına yaranıb

Aydındır ki, onların bir qismi “kölgədə” olub və indi rəsmi qeydiyyatdan keçib. Amma məlum deyil ki, neçə faiz kölgədən çıxıb və nə qədər real iş yeri yaradılıb

Ermənistanın baş naziri Avropa Şurası Parlament Assambleyasının tribunasından təqdim etdiyi informasiyanı bu gün sənədli şəkildə təsdiq edib. Paşinyan orada bildirmişdi ki, Ermənistanda inqilabdan sonra 50 min iş yeri yaradılıb.

Ermənistanın yeni liderinin hakimiyyətdə 100 günü – Nikol Paşinyan hesabatı meydanda verib

Ermənistanda məxməri inqilabı həyata keçirənlər haqda beş hekayə

Ermənistan: sərhədyanı kəndin həyatı

Rəqəmlər haradan götürülüb?

Baş nazirin təqdim etdiyi minlərlə iş yeri haqda informasiya Ermənistanda mübahisələrə səbəb olub. Parlament müxalifəti səsləndirilən rəqəmin reallığına şübhə edib. Paşinyan buna cavab olaraq rəqəmi götürdüyü mənbəni göstərib. Bu, vergi hesabatlarındakı göstəricilərdir. Onlara müvafiq olaraq 2018-ci ilin yanvarından sonra Ermənistanda vergi ödəyicilərinin sayı 50 min nəfərdən çox artıb.

Baş nazir bəyan edib ki, bu rəqəm şübhə altına alına bilməz:

“Bu rəqəmlər həqiqətə uyğun olmaya bilməz… Əgər lazım gələrsə, biz hansı şirkətdə və konkret nə qədər iş yerlərinin artdığını öyrənə bilərik”.

Yeni iş yerləri necə yaranıb?

Bununla yanaşı baş nazir etiraf edib ki, bu iş yerlərinin bir qismi inqilabdan əvvəl də mövcud olub. Ermənistanda hakimiyyət dəyişəndən sonra bəzi müəssisələrin rəhbərləri kölgədən çıxaraq, öz əməkdaşlarını rəsmi qeydiyyatdan keçirmək qərarına gəlib.

Amma Nazirlər Kabinetinin rəhbəri əmindir ki, bu 50 min iş yerindən bir qismi həqiqətən də yeni iş yerləridir:

“Əlbəttə, burada yeni iş yerləri də var. Bu sayın differensasiyası daha dərin analiz tələb edir, amma bu incəliklər hazırda o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, 2019-cu ilin yanvarında Ermənistan Respublikasında qeydiyyatdan keçən iş yerləri 2018-ci ilin yanvarı ilə müqayisədə 50141 rəqəm çoxdur”.

Baş nazir bu rəqəmin niyə ölkədə qızğın müzakirələrə səbəb olduğu ilə bağlı ehtimalını dilə gətirib:

“Hətta bunun fantastika janrına aid olduğunu da düşünmək olar. Amma bu fantastika bugün Ermənistanda reallıqdır və bu çox yaxşıdır. Mən bunu Ermənistan hökumətinin nailiyyəti hesab etmirəm, düşünürəm ki, bu, sahibkarlarımızın, vətəndaşlarımızın, şirkətlərimizin təfəkkürünün yüksəlməsinin nəticəsidir”.

Yeni iş yerləri hansı sahələrdə yaranıb?

Vergi hesabatlarına əsasən, ən çox iş yerləri pərakəndə və topdan satış sahəsində yaranıb – 16 427.

Ardınca gələnlər:

  • xidmət və ictimai iaşə sahəsi – 10 908,
  • emal sənayesi – 9 551,
  • informasiya və rabitə sahəsi – 2 260.
Facebook Comments

More on JAMnews