Onlardan çoxu genetikdir " />

Ermənistana xas olan 90 nadir xəstəlik mövcuddur

Onlardan çoxu genetikdir

Səhiyyə Nazirliyinin mütəxəssisləri Ermənistanda rast gəlinən 90 növ nadir xəstəliyi aşkar ediblər. Bu cür siyahılar müxtəlif ölkələrdə əhali sayı əsasında tərtib olunur.

Müxtəlif regionlarda müxtəlif xəstəliklər nadir hesab olunur. Avropa ölkələrində 2000 nəfərdən birində rast gəlinən, ABŞ-da isə 1500 nəfərdən birində rast gəlinən xəstəlik nadir xəstəlik hesab edilir.

Nadir xəstəliklərin 80 faizi irsən ötürülür. Bunlar əsəb-əzələ sisteminin xəstəlikləri, xromosom xəstəlikləri, həmçinin maddələr mübadiləsilə bağlı, onkoloji və nadir qan xəstəlikləridir. Ermənistanda ən çox yayılan Dövri xəstəlikdir ki, bunu da Yerevan xəstəliyi adlandırırlar. Nadir xəstəliklər həyat üçün təhlükəli ola bilir.

Respublika Tibbi Genetika Mərkəzinin rəhbəri Albert Matevosyanın sözlərinə görə, nadir xəstəlikləri effektiv müalicə etmək üçün “milli proqramlar və qanunlara ehtiyac var, həmçinin mərkəzlərin olması və mütəxəssis yetişdirmək lazımdır”.

Dünyada 5-7 min arası bu cür xəstəliklər mövcuddur ki, onların da  bir hissəsi ekzotik hesab olunur.


More on JAMnews