Minlərlə narazı insanı Yerevan küçələrinə çıxaran itaətsizlik hərəkatının lideri artıq seçilmiş Sarqsyana qarşı mübarizəni davam etdirir " />

Ermənistan müxalifəti məxməri inqilaba başlayır

Minlərlə narazı insanı Yerevan küçələrinə çıxaran itaətsizlik hərəkatının lideri artıq seçilmiş Sarqsyana qarşı mübarizəni davam etdirir

Yerevanın əsas meydanında itaətsizlik hərəkatının növbəti çoxsaylı mitinqi başlayıb. Hələ aprelin 13-də Serj Sarqsyanın baş nazir seçilməsinə mane olmaq üçün küçələrə çıxan insanlar o, seçiləndən sonra da etirazlarını davam etdirirlər.

Mitinq hərəkat lideri, parlamentdəki müxalif “Yelk” fraksiyasının rəhbəri və “Vətəndaş Sazişi” partiyasının sədri Nikol Paşinyanın kütləni ənənəvi salamlaması ilə başlayıb: “Ermənistanın azad sakinləri”.  Bu və digər ənənəvi salamlama – “Ermənistanın qürurlu sakinləri” – hərəkatın rəmzinə çevrilib. Paşinyan bildirib ki, çox kədərli və eyni zamanda gülməli hadisə baş verib: Sarqsyanı baş nazir seçdilər, amma çar da elan edə bilərdilər. Paşinyan mübarizəni davam etdirməyə çağırıb “və qələbə qaçılmaz olacaq”.

Photo by JamNews

Photo by JamNews

Mitinqin əsas çağırışı – mübarizə dinc olmalıdır ki, polisə nümayişi dağıtmaq və güc tətbiq etmək üçün bəhanə verilməsin. Çıxış edənlər qeyd ediblər ki, tələbələrin aksiyanın baş tutmasında böyük əməyi olub. Həmçinin erməni diasporasının tanınmış nümayəndələrinin də hərəkatı dəstəklədiyi haqda bəyanat səslənib.

Photo by JamNews

“Bizim hərəkətlərimiz düşünülmüş, planlaşdırılmış və effektiv idi. Bunlar hakimiyyət xalqa keçənə qədər davam edəcək. Biz hərəkatımızın mahiyyətini anlamalıyıq. Biz hər yanda hərəkəti və bu hakimiyyətin fəaliyyətini iflic edəcəyik. Biz öz addımlarımızı davam etdirəcəyik. Bu, əsəblərin mübarizəsidir. Və biz qalib gələcəyik. Məxməri inqilab baş tutacaq”, – hərəkat fəalı Tiqran Avinyan mitinqdə bildirib.

Photo by JamNews

Bir neçə saat əvvəl seçiləndən sonra öz çıxışında Serj Sarqsyan parlament deputatlarına tövsiyə edib ki, onlar müxalif lider, parlamentin “Yelk” fraksiyasının rəhbəri və “Vətəndaş Sazişi” partiyasının sədri Nikol Paşinyanı küçədən parlamentə qaytarmaq üçün  bütün səylərini sərf etsinlər:

“Bu, sizin böyük töhvəniz olar. Heç vaxt, heç bir dövrdə şəxsən mən və daxili siyasi qüvvə qana susamamışıq. Biz çox qan görmüşük, amma mən heç vaxt hətta düşmənin belə qanına susamamışam. Əgər siz hesab edirsinizsə ki, nümayişçilər Milli Məclis binasına gəlməli və sizin əvəzinizə sizin kabinetlərdə qanunlar yazmalıdır – bu sizin yanaşmanızdır, sizin təsəvvürünüzdür.

Əgər belə hesab etmirsizsə, siz digər tərəfdə, qanunun tərəfində olmalısız. Xalq hüquq pozucusu ola bilməz. Əks halda küçələrdə milyonlarla insan olardı. Mənim bildirdiyim kimi, bütün bunlar sadəcə tövsiyədir, bu, məcburiyyət deyil, hökm deyil və ittiham deyil”.

Prezidentin hakimiyyətini uzatmaq üçün baş nazir olmaq istəməsi ilə bağlı ittihamlara cavab verərək Serj Sarqsyan bunları deyib:

“İnsanlar hələ anlamırlar ki, bir nəfərin hakimiyyəti artıq olmayacaq. Siyasi qüvvələrin hakimiyyəti olacaq. Serj Sarqsyan hakimiyyətinin üçüncü müddəti olmayacaq. Ermənistanın Respublikaçılar Partiyasının birinci hakimiyyət müddəti olacaq”.

Polis nümayişin dağıdılması üçün şəhərə böyük qüvvə və texnika yerləşdirib və mediada yayılan bəyanata görə, istənilən an itaətsizlik hərəkatı iştirakçılarının qanundan kənar hərəkətlərinin qarşısını almaq üçün xüsusi vasitələr tətbiq oluna bilər.

İtaətsizlik hərəkatının başlanğıcından son günlərin hadisələrinə qədər JAMnews-un materiallarından oxumaq mümkündür:

Ermənistanda Serj Sarqsyanın hakimiyyətinin davamına etiraz edən partiyanın üzvləri saxlanılıb

Yerevan: müxalifət Serj Sarqsyanın hakimiyyətdə qalmasına qarşı fasiləsiz aksiyalara başlayıb

Müxalifət Ermənistanın İctimai Radiosu binasına canlı efir tələbilə soxulub

Yerevanda etirazçılar parlamentin ətrafında çadırlarda gecələyəcəklər ki, aprelin 17-də deputatları binaya buraxmasınlar

Ermənistanın keçmiş prezidenti ölkənin mütləq hakimiyyətə sahib baş naziri oldu. JAMnews-un reportajı: Ermənistanda etirazların beşinci günü

Ermənistanda hakimiyyət uğrunda mübarizə əvəzinə şou

JAMnews hadisələrin inkişafını izləyir.

 

 


More on JAMnews