Bu layihənin və digər böyük investisiyaların həyata keçirilməsi haqda Ermənistanın baş naziri Davos forumunda iştirak edən şirkətlərin nümayəndələri ilə razılığa gəlib " />

Ermənistan-İran sərhədində “Marriott” mehmanxanası inşa ediləcək

Bu layihənin və digər böyük investisiyaların həyata keçirilməsi haqda Ermənistanın baş naziri Davos forumunda iştirak edən şirkətlərin nümayəndələri ilə razılığa gəlib

Ermənistan hökuməti ölkə iqtisadiyyatına böyük sərmayələrin cəlb olunmasında və yeni beynəlxalq layihələrin həyata keçirilməsində maraqlıdır. İranla sərhəddə “Marriott” otelin inşa edilməsi Ermənistan nümayəndə heyətinin Davosda keçirilən Ümumdünya İqtisadi Sammitində əldə etdiyi razılaşmalardan biridir.

Ermənistanda yeni Marriott

Davosda keçirilən Ümumdünya İqtisadi Forumu zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və “Marriott International” şirkətinin direktoru Arne Sorenson Ermənistanda şirkətin fəaliyyətinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Paşinyan Sorensonla “Marriott” otelin Ermənistanda çox populyar olduğu və hökumətin məşhur mehmanxana brendinin ölkədə inkişaf edib, genişlənməsində maraqlı olduğu haqda danışıb.

Davosdan qayıdandan sonra Paşinyan layihənin reallaşdırılması ilə bağlı təfərrüatları açıqlayıb:

“ “Marriott International” şirkətinin siyasəti elədir ki, onlar heç nə inşa etmir və daşınmaz əmlak almırlar, icarəyə götürürlər, buna görə də bu ideyanın reallaşdırılması üçün “Marriott” şirkəti ilə layihəni razılaşdıraraq bina inşa etmək istəyən investoru tapmaq lazımdır, daha sonra şirkət bu binanı icarəyə götürəcək”.

Sorensonun sözlərinə görə, artıq “Marriott International” tərəfindən reallaşdırılacaq sərmayə proqramının konkret məsələlərinin müzakirəsi başlanıb.

Ermənistanda mikrobiznes bütün növ vergilərdən azad edilir

Biznesi hakimiyyətdən ayırmaq – Nikol Paşinyan hakimiyyətinin ilk yüz günündə Ermənistan iqtisadiyyatında nə dəyişib?

Ermənistanın baş naziri Davosda başqa hansı razılıqlara gəlib?

Paşinyanın sözlərinə görə, onun Davosa səfəri müxtəlif ölkələrdən olan investor və biznesmenlərlə keçirilən görüşlərlə və müzakirələrlə zəngin olub.

Məsələn, Yaponiya Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Şiniçi Kitaoka və “Mitsubishi Heavy Industries” şirkətinin idarə heyətinin üzvü Kristina Axmacyanla görüşdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Baş nazir Paşinyan “Global Energy Siemens” şirkətinin rəhbəri, Rusiyanın VTB bankının idarə heyətinin sədri Andrey Kostin, Rusiyanın Birbaşa İnvestisiya Fondunun baş direktoru Kiril Dmitriyevlə də gələcək layihələri müzakirə edib.

eBay şirkətinin sədr müavini mümkün investisiya proqramlarının müzakirəsi məqsədilə Ermənistana gəlməyə hazır olduğunu bildirib.

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun mahiyyəti nədir?

İsveçrənin Davos şəhərində yanvarın 22-dən 25-ə qədər Ümumdünya İqtisadi Forumu (WEF) keçirilib. Forumda 114 ölkənin 3000 nəfər nümayəndəsi iştirak edib. Bu il WEF-in devizi “Qloballaşma və dördüncü industrial inqilab dövründə qarşılıqlı əməkdaşlıq” olub.

Forum zamanı əsas müzakirə mövzuları qlobal əməkdaşlıq qarşısındakı maneələr və rəqəmsal inqilabla bağlı dəyişiklikləri əhatə edib.

Bu il Ermənistan Ümumdünya İqtisadi Forumunda üçüncü dəfə iştirak edib. Birinci dəfə ölkə 2009-cu ildə bu foruma qatılıb. O zaman ölkənin nümayəndə heyətinə Serj Sarqsyan rəhbərlik edib. 2018-ci ildə isə Ermənistan baş nazir Karen Karapetyanla təmsil olunub.

Mütəxəssislər Paşinyanın Davosda apardığı danışıqları necə dəyərləndirirlər?

Nikol Paşinyan ölkənin və ya Ermənistan nazirlər kabinetinin foruma qatılan üçüncü rəhbəri olub. Mütəxəssislər hesab edirlər ki, yeni seçilmiş ölkə lideri üçün bu, ölkəyə yeni investisiya proqramlarının cəlb edilməsi sarıdan yaxşı imkandır.

“Ermənistan ilin ölkəsi elan olunub. Və demək olar ki, bir çox ölkələrin investorları ölkəmizi diqqətlə izləyir. Hər şey Paşinyanın hazırladığı gündəmdən asılıdır”, – iqtisadçı Atom Marqaryan hesab edir.

Ermənistan Milli Məclisinin deputatı, iqtisadçı Artak Manukyan da Davos forumunun ölkəni tanıtmaq imkanı olduğunu vurğulayıb:

“Ölkənin tanınması dolayısı ilə yeni investisiyaların cəlb olunmasına və turist axınına gətirib çıxarır. Amma biz bu marağı konkret layihələrə çevirməyi bacarmalıyıq”.


More on JAMnews