Bununla yanaşı, Paşinyan Rusiya ilə strateji tərəfdaşlıqda iddialıdır və qazla Rusiya silahına aşağı qiymətlərə nail olmaq niyyətindədir" />

“Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil” – baş nazir

Bununla yanaşı, Paşinyan Rusiya ilə strateji tərəfdaşlıqda iddialıdır və qazla Rusiya silahına aşağı qiymətlərə nail olmaq niyyətindədir

Ermənistan Rusiyanın bayrağı altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının üzvüdür, lakin bu o demək deyil ki, ölkə Avropa İttifaqı ölkələri əməkdaşlıqdan imtina etməlidir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Forumun plenar yığıncağında bildirib. 

“Avropa İttifaqı ilə Avrasiya İttifaqının yaxınlaşması qaçılmazdır”

Forumdakı çıxışında baş nazir diqqətə çatdırıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə yerdə qalan dünya oyunçuları, o cümlədən Avropa İttifaqı arasında özünəməxsus körpüyə çevrilə bilər. Onun fikrincə, iki birliyin birləşməsi qaçılmazdır:

«Ermənistanın Avropa İttifaqı ilə Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında Sazişi var və biz bundan islahatlarımızın dizaynı və implementasiyası üçün maksimal effektivliklə istifadə etmək niyyətindəyik. Aİ ilə tərəfdaşlıq heç bir vəchlə bizim Avrasiya İqtisadi İttifaqında üzvlüyümüzlə ziddiyyət yaratmır. Biri o birini tamamlayır, yeni imkanlarla və üstünlüklərlə zənginləşdirir».

Paşinyan hesab edir ki, avropalı həmkarlarla əməkdaşlıq Ermənistan üçün ilk növbədə məhkəmə sisteminin islahatları prosesində vacibdir:

«Fəaliyyətlərində keyfiyyət baxımından tərəqqinin müşahidə edildiyi icra və qanunverici budaqlarından fərqli olaraq, ölkənin məhkəmə hakimiyyəti hər hansı nəzərə çarpan dəyişikliyə məruz qalmayıb. Nəticə etibarilə cəmiyyətin məhkəmə sisteminə etimadında nəhəng boşluq yaranıb. Bu isə ölkənin ümumilikdə inkişafı üçün ciddi maneələr törədir».

Bu prosesdə Ermənistana Avropa İttifaqının kömək etməsi faktı Rusiya ilə münasibətləri dərinləşdirməyə mane ola bilməz – inteqrasiya strukturları çərçivəsində də həmçinin.

«Ermənistan kimi ölkələr üçün dünya iqtidasiyyatı və fəallığı mərkəzlərinə çıxışın institusionallaşması çox əhəmiyyətlidir. Bu ilk növbədə bizim Rusiya ilə əməkdaşlığımıza və Avrasiya İqtisadi İttifaqında üzvlüyümüzə aiddir.

Biz Rusiya ilə strateji tərəfdaşlığın daha da təkmilləşdirilməsinə və ittifaqda maksimum səviyyədə məhsuldar iştiraka köklənmişik. Biz ittifaqımızın əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və ittifaq üzvləri arasında inteqrasiyanın maksimal dərinləşdirilməsi üçün bütün səylərdən istifadə edəcəyik. Bu, eynilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında [Ermənistan Rusiyanın liderliyi ilə fəaliyyət göstərən postsovet hərbi bloka daxildir – JAMNews] üzvlüyə də aiddir».

İqtisadi forumdakı çıxışında Paşinyan ölkənin iqtisadi uğurlarına da diqqət yönəldib və xarici investorlara müraciət edib:

«Ermənistanda ÜDM-in artımı birinci rübdə 7,1% təşkil edib. Buna görə də, biz investorları dəvət edirik. Gəlin, böyük pullar qazanın və Ermənistanı zənginləşdirin». 

Paşinyan və Putin qazın qiymətini və silah tədarükünü müzakirə ediblər

Forum çərçivəsində Ermənistan və Rusiya rəhbərləri ikitərəfli görüş keçirməyə də macal tapıblar. Danışıqlardan sonra Paşinyan bildirib ki, ələlxüsus, Rusiya qazının Ermənistan üçün qiymətinin müzakirəsi aparılıb:

«Qazın elə bir qiymətini razılaşdıra bilməyimiz çox vacibdir ki, bu qiymət iqtisadiyyatımızda olan tempi sındırmasın. Mən ümid edirəm ki, ümumi dil tapacağıq, çünki bizim Rusiya ilə münasibətlərimiz adi münasibətlər deyil, stratejidir. Düşünürəm ki, qaz üzrə strateji məsələni həll etmək lazımdır».

Həmçinin hərbi-texniki əməkdaşlıq da danışıqların mövzusu olub. Belə ki, Paşinyanın sözlərinə görə, rəsmi Yerevan Rusiyadan yeni silah növləri almaq niyyətindədir.

«Bizdə “İskəndər”lərin sayı kifayət qədərdir. Lakin biz daha nə isə almaq niyyətindəyik. Nəsə böyük bir şey».

Lakin Paşinyan-Putin danışıqlarından sonra Rusiya prezidentinin mətbuat katibi məlumat verib ki, Ermənistanla Azərbaycan arasında münaqişə “ətraflı şəkildə müzakirə edilməyib. Çox ətraflı söhbət ikitərəfli münasibətlər və ticarət-iqtisadi əməkdaşlığın müxtəlif sahələri üzrə aparılıb”.


More on JAMnews