Çeçenistanda qəzada həlak olanların yaxınları respublika rəhbərindən qəzanı törədən qohumunu “bağışlamağı” xahiş edib
Qroznıda baş verən avtomobil qəzasında həlak olan üç nəfərin yaxınları açıq şəkildə Çeçenistan (Rusiya tərkibində Şimali Qafqazdakı respublikalardan biri) prezidentindən xahiş ediblər ki, qəzanı törədən yaxın qohumu cəzalandırılmasın.
Qəza Qroznıda dekabrın 5-ə keçən gecə baş verib. “Mersedes” VAZ-2107 markalı avtomobilinə çırpılıb, nəticədə ikinci avtomobildəki bütün sərnişinlər, o cümlədən də 2 yaşlı uşaq həlak olub. “Mersedes”in sürücüsünə isə heç nə olmayıb.
“Kavkazskiy uzel”in məlumatına görə, sosial şəbəkə istifadəçiləri qəzanı törədənin yüksək vəzifəli şəxs, Ramzan Hadırovun yaxın qohumu, Şali rayonunun rəhbəri Turbala-Əli İbrahimov olduğunu bildirirlər. Amma Çeçenistan DİN-dən bu informasiya təkzib edilib və bildirilib ki, qəzanın günahkarı başqa adamdır, ona qarşı cinayət işi qaldırılıb.
•Çeçenistanda hakimiyyət Ramzan Kadırovun ailə biznesi kimidir
•Ramzan Kadırov Kremlin nəyinə lazımdır?
Dekabrın 13-də həlak olanların yaxınları dini xadim, Kadırovun dini məsələlər üzrə müşaviri Adam Şahidovla görüşüblər. Görüşdə qəza qurbanlarının doğmaları ictimai şəkildə Kadırova müraciət edərək Turpala-Əli İbrahimovun cəzalandırılmamasını xahiş ediblər.
Həlak olanların qohumlarının müraçiətinin vieo-çəkilişini Şahidov özü öz Instagram səhifəsində yerləşdirib və yazdığı şərhdə qəzada iştirakını açıq şəkildə etiraf edib. Kadırovun müşaviri həlak olanların qohumlarının müraciətini alqışlayıb və bildirib ki, respublika rəhbərinin onların xahişinə cavab verəcəyinə ümid edir.
“Kavkazskiy uzel” qeyd edir ki, “Çeçenistanda tez-tez səslənən əfv ricaları könüllü xarakter daşımır”. Bununla belə məndə vurğulayır ki, qəza qurbanlarının günahkarın əfv olunması ilə bağlı müraciətinin məcburiyyətlə əlaqəli olduğu barədə əllərində məlumat yoxdur.
Dekabrın 7-dən Çeçenistan sakinləri WhatsApp vasitəsilə Çeçenistan rəhbərinin tabeliyində olan şəxslərlə keçirdiyi iclaslardan birindəki çıxışını yayırlar. Həmin çıxışda o, özü ilə qohumluq əlaqəsindən, tutduğu vəzifə və rütbədən asılı olmayaraq, qəzada günahkar olan şəxsin cəzalandıırılmasını tələb edir.
Çeçenistan sakinlərinin Kadırovun yaxın çevrəsinə aid olan yüksək vəzifəli şəxslərin iştirakı ilə baş verən bu və ya digər hadisələrlə bağlı hakimiyyətin rəsmi açıqlamalarına inanmaması üçün əsasları var. Yerli ictimai təşkilatlardan birinin əməkdaşı Aslan belə hesab edir. “İnsanlar ona görə inanmırlar ki, presedentlərə şahid olublar”, – Aslan “Kavkazskiy uzel”in müxbirinə bildirib.
O, Kadırovun yaxın çevrəsinə daxil olan insanların günahı üzündən baş verən, ölümlə nəticələnən və rəsmən məlumat verilməyən bir neçə qəza haqda danışıb. Bu qəzalar sırasında Qudermess rayonunda baş verən bir hadisə də xatırlanıb. “O zamanlar da qurbanlar olmuşdu, qəzanı törədənn özü də ağır xəsarət almışdı və xaricdə müalicə olunurdu. Bu faktı gizlətdilər. İndi də Qroznıdakı qəza, qurbanlar var, hakimiyyət artıq bir neçə gündür ki, susur və yalnız üçüncü sutka tamam olanda öz versiyasını açıqlayır. Əlbəttə ki, bu etimadsızlıq doğurur”, – QHT nümayəndəsi bildirib.
“Çeçenistanda problemlər haqda mütəmadi susqunluq və insan haqlarının pozulması respublika sakinlərinin hakimiyyətə inamsızlığına, dürüst informasiya gösləməməsinə gətirib çıxarıb”, – Qroznıda baş verən səs-küylü qəzanın sosial şəbəkələrdə gedən müzakirələrini “Kavkazskiy uzel” portalı üçün rusiyalı politoloq Dmitri Oreşkin şərh edib.
Müstəqil KİV-lərin olmaması Çeçenistan sakinlərini etimada layiq görünən istənilən informasiyaya inanmaq məcburiyyətində qoyur, – politoloq Alleksey Malaşenko belə hesab edir.