Parisdə keçirilən əsas mərasimə Qafqaz ölkələrinin rəhbərləri də daxil olmaqla 70-dən çox dünya lideri qatılıb. Fotoreportaj " />

Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi şərəfinə dünya liderlərinin Parisdə görüşü

Parisdə keçirilən əsas mərasimə Qafqaz ölkələrinin rəhbərləri də daxil olmaqla 70-dən çox dünya lideri qatılıb. Fotoreportaj

İnsanlar Fransanın Neuville-Saint-Vaast komunnasındakı La Targette məzarlığında Birinci Dünya Müharibəsində həlak olan əsgərlərin məzarları üzərində şam yandırıblar. Birinci Dünya Mürahibəsinin sona çatmasının 100 illiyi, 11 noyabr 2018. Reuters/Pascal Rossignol

70-dən çox dünya lideri Birinci Dünya Müharibəsində həlak olanların xatirə mərasiminin keçirildiyi Parisdə toplaşıb.

Müharibə 1914-cü ildən 1918-ci ilə qədər davam edib. 9,7 milyon hərbçi və 10 milyona yaxın dinc insan bu müharibənin qurbanı olub.

Müharibənin insanları qatilə çevirməsi haqda hekayə. Qarabağ müharibəsi

Avqust 2008. Cənubi Osetiya ətrafında müharibə. Hər şey necə olub?

Bazar günü, noyabrın 11-də Fransa prezidenti Makronun dəvəti ilə toplaşanlar Yelisey çöllərində Zəfər Tağının yanındakı Naməlum Əsgər  məzarının önündə keçirilən müharibə qurbanlarının anım mərasimində iştirak ediblər.

100 il əvvəl məhz həmin gün – 11 noyabr 1918-ci ildə müharibə edən tərəflər arasında atəşkəs razılaşması əldə edilib.

Kanzasdakı (ABŞ) Azadlıq Memorialı Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi şərəfinə 5 min lalə ilə bəzədilib.
REUTERS/Dave Kaup

Parisdə qonaqların sırasında ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub,  BBC xəbər verir.

Sağdan sola: Rusiya prezidenti Vladimir Putin, Fransa prezidentinin xanımı Bricit Makron, Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən anım mərasmində. 11 noyabr, 2018. REUTERS/Benoit Tessier

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən anım mərasmində. 10 noyabr, 2018. REUTERS/Ian Langsdon

Təntənəli mərasimlərdə iştirak etmək üçün həmçinin Gürcüstan prezidenti xanımı ilə, Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən xanımı ilə və Azərbaycanın xarici işlər naziri də Parisə gəliblər.

Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan xanımı Janna Akopyanla Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən anım mərasmində. 11 noyabr, 2018. REUTERS/Reinhard Krause

Gürcüstan preidenti Giorgi Marqvelaşvili xanımı Maka Çiçua ilə Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən anım mərasmində. 10 noyabr, 2018. REUTERS/Benoit Tessier

Bu gün anım mərasimləri həmçinin Böyük Britaniya, ABŞ, Yeni Zelandiya, Avstraliya, Hindistan və Birinci Dünya Müharibəsində əsgərləri həlak olan digər ölkələrdə də keçirilib.

Taxta xaçlar ot üzərində 100 rəqəmi formasında düzülüb. Kompozisiya Londonda Müqəddəs Mari kilsəsinin qarşısında 11 noyabr 2018-ci ildə – Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə bağlı keçirilən anım mərasimində hazırlanıb. REUTERS/Toby Melville

Britaniyanın Mauntnessinq şəhərində Birinci Dünya Müharibəsi qurbanlarının xatirə memorialı önündə şotland musiqiçilər tuluq zurnası ilə “Müharibə bitən zaman” ənənəvi şotland mahnısını ifa edirlər. İfa Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyinə həsr olunub. 11 noyabr, 2018. REUTERS/John Sibley

Britaniyanın Darram şəhərində əsgər “Tom” abidəsi Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi ilə əlaqədar lalələrə bəzədilib. 10 noyabr, 2018. REUTERS/Lee Smith


More on JAMnews