Hüquq müdafiəçilərinin fikrincə Çeçenistanda onun həyat və sağlamlığı təhlükə altındadır " />

Belarusda saxlanılan çeçen idmançı Çeçenistan güc strukturlarına təhvil verildi

Hüquq müdafiəçilərinin fikrincə Çeçenistanda onun həyat və sağlamlığı təhlükə altındadır

Çeçenistan polisinin təqibindən Belarusa sığınmış çeçen idmançı, qarışıq əlbəyaxa döyüşlər üzrə dünya çempionu Rusiyaya təhvil verilib. Çeçenistan Respublikasının DİN-i bildirir ki, Belarusda Muad Amriyev artıq Çeçenistan güc strukturları əməkdaşlarına təhvil verilib və “ifadə vermək üçün” Çeçenistana gətiriləcək.

Çeçenistan DİN-i iddia edir ki, Amriyev saxta sənəddən istifadə etməkdə şübhəli bilinərək saxlanılıb, eyni ittihamla da onun haqqında axtarış elan olunub.

Son zamanlar Almaniyada yaşayan tanınmış çeçen idmançını artıq uzun illərdir ki, Qroznıda mühakimə etməyə çalışırlar – hüquq müdafiəçilərinin bildirdiyinə görə, uydurma ittihamlarla.

Amriyev dünən Rusiya-Belarus sərhədində belorus sərhədçilər tərəfindən saxlanılıb. O, Bryansk şəhərində qatardan düşürdülüb yerli prokurorluqda dindirildikdən sonra Rusiyanı tərk etmək istəyərkən Belarus ərazisinə gəlib.

Belarusun hüquq-mühafizə orqanlarının nümayəndələri dərhal saxlanılan şəxsin Rusiyaya ekstradisiyasına hazır olduqlarını bəyan etdilər.

Bu minvalda “Novaya qazeta” yazır ki, Çeçenistanın polis əməkdaşları Amriyevlər ailəsinə qanlı qisas elan edib və yenidən Çeçenistana göndərildiyi təqdirdə Murad Amriyevi işgəncə, hətta bəlkə də ölüm təhlükəsi gözləyir.

 

Bütün hekayə 2013-cü ildə Murad Amriyevi saxlayıb Çeçenistan polisində ona işgəncə vermələri ilə başlayıb. Cavan oğlanın özünü heç nədə ittiham etməyiblər. Tələb ondan ibarət olub ki, Qroznının polis rəisi Maqomed Daşayevi öldürməyə cəhddə günahlandırılan böyük qardaşı Almaniyadan Çeçenistana qayıtsın.

Murad Amriyevi buraxan kimi o, dərhal Çeçenistanı, daha sonra isə Rusiyanı tərk edərək, qardaşının yanına Almaniyaya gedib. Bu illər ərzində o, orada uğurlu idman karyerası qurub və qarışıq əlbəyaxa döyüşlər üzrə dünya çempionu olub.

Rusiyada ona qarşı qaldırılan cinayət işinə xitam verilib, amma 2017-ci ilin fevralına qədər, sonra isə onun haqqında Çeçenistanda yenidən axtarış elan ediblər. Amriyevin bundan xəbəri olmayıb, mayda pasportunu təzələmək üçün Rusiyaya gəlib və saxlanılıb.

Onun saxlanılması xəbəri Çeçenistana çatan kimi Amriyevi təhvil alıb Qroznıya gətirmək üçün əməliyyat qrupu yola düşüb. Amma onlar istəklərinə nail olmayıblar, dindirilmədən sonra idmançını buraxıblar və o, vəkili ilə birlikdə dərhal Belarusa gedib.

“İşgəncələrə qarşı Beynəlxalq Komitə” bəyan edib ki, Amriyevin həyatı təhlükə altındadır.

Amriyevin atası və anası oğullarının Çeçenistana göndərilməməsi xahişi ilə video-müraciət ediblər. İyunun 9-da məlum olub ki, onun ailəsi Çeçenistanı təhlükəsizlik məsələsi ilə bağlı tərk edib.


More on JAMnews